28 Mart 2025 11:32
565
SİYASƏT
A- A+
Keçmiş məcburi köçkünlər xoşbəxt həyatlarına qovuşurlar 

Keçmiş məcburi köçkünlər xoşbəxt həyatlarına qovuşurlar 

Xalqa verdiyi sözün sahibi olan Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə çevirdi və bu gün işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələri qurularaq 30 il məcburi köçkün həyatını yaşamış insanlar öz doğma yurdlarına qaytarılır.  Dövlət başçımız torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağımızı və keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış  yerlərinij onların müvəqqəti yaşayış yerləri olduğunu bildirirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidən qurma və abadlıq işlərinin həcmi ermənilərin 30 ildə viran qoyduğu ərazilərin yenidən canlanması deməkdir. Ermənistan torpaqlarımızı işğal edəndə bilirdi ki, azərbaycanlılar gec-tez öz doğma yurdlarına geri qayıdacaqlar. Ona görə də 30 ildə daşı-daş üstündə qoymayaraq dağıtmaq və talamaqla məşğul oldular. Bu, həm də onların bu torpaqların əzəli sakinləri olmadığının göstəricisi idi. Çünki yurdunun sahibi olan heç kəs belə dağıntı və talan etməzdi. Necə ki, azərbaycanlılar öz yurdlarından məcburi köçkün düşəndə özləri ilə heç nə götürməyərək evlərin qapılarını qıfıllayıb çıxmışdılar.  Ermənilər isə ərazilərimizi tərk edəndə unitazları belə apardılar və qalan yerlərə də od vurub getdilər. 

 Erməni vəhşiliklərinin ən böyük göstəricisi Ağdam şəhəridir.  Ağdam "Qafqazın Xirosiması" adlandırılır. Dövlət başçımızın Sarıcalı kəndinin sakinləri ilə görüşü zamanı qeyd etdiyi kimi, Xirosima atom bombası ilə dağıdılmışdısa, Ağdam isə erməni barbarlığı ilə xarabalığa çevirilib. Ermənilər şəhəri dağıdaraq daşları belə aparıb satdılar. Məsciddə isə donuz saxlamaqla, ümumiyyətlə, islam dinini təhqir etdilər.  Bizim isə Ağdamı yenidən qurub bərpa etməyə başlayanda ilk ucaltdığımz bina məscid oldu. Bu, bizim dinimizə və milli mənəvi dəyərlərimizə verdiyimiz böyük dəyərin göstəricisidir.

Bugün Ağdam dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.  Burada yaşayış massivləri, sosial infrastruktur və iş yerləri yüksək səviyyədə yenidən qurulur.  Ümumiyyətlə, Şərqi Zəngəzur və Qarabağ sıfırdan yenidən qurulur və bütün tikinti işlərini dövlətimiz öz gücü hesabına həyata keçirir.  44 günlük Vətən müharibəsində qələbəmizi öz gücümüzlə qazandığımız kimi yenidənqurma və bərpa işləri də öz gücümüzlə reallaşdırırıq. 

İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifəsidir.  Qəhrəman ordumuz Ali Baş Komandanın döyüş tapşırıqlarını yüksək səviyyədə icra  edərək bu qələbəni bizə qazandırdı.  Ordumuz döyüş meydanında mərdcəsinə vuruşaraq düşməni təslim etdi. Ermənistan 30 il ərzində bir santimetr belə torpağımızı bizə qaytarmamağa çalışdı. Onlar arxasında dayanan qüvvələrdən güc alırdılar. Amma Müzəffər ordumuz nəinki Ermənistanı, həm  də onun arxasında 30 il dayanaraq  torpaqlarımızda işğalın davam etdirilməsinə dəstək verən qüvvələri məğlub etdi. Çünki onlar Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar. 

Ordumuz Ermənistandan  fərqli olaraq  mülki insanlara qarşı müharibə aparmadı.  Hətta Şuşanı işğaldan azad etdikdən sonra 15 minə yaxın erməni ordusu mühasirəmizə düşmüşdü  və biz onların hamısını məhv edə bilərdik. Amma biz humanistlik nümayiş etdirdik və üç tərəfli bəyanat imzalayaraq müharibəni dayandırıb onlara ərazilərimizi tərk etməsinə şərait yaratdıq. Ordumuzun qəhrəmanlığı sayəsində  bir güllə atmadan Ağdam, Laçın və Kəlbəcər rayonlarımızı işğaldan azad edə bildik. Üç ildən sonra isə torpaqlarımızda erməni separatizminin kökünü kəsdik. Ermənilər isə torpaqlarımızı işğal edəndə heç bir rəhm göstərmədilər. Silahsız mülki insanlara qarşı soyqırımlar törətdilər. Dinc insanları qətlə yetirərək onların cansız bədənlərini təhqir etdilər və kütləvi şəkildə basdırdılar. Şəhərlərimiz və kəndlərimizə qarşı barbarlıq etdilər. Biz isə torpaqlarımızı könüllü tərk etmək istəyənlərə yol açdıq və bir nəfərin burnunu belə qanatmadıq. Təbii ki, bu, xalqımızın böyüklüyüdür. 

  Bu gün öz gücümüzə işğaldan azad olunmuş ərazilərdə bu həcmdə yenidənqurma və bərpa işləri görən dünyada ikinci bir ölkə yoxdur.  Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bütün hədəflərə nail olunur. 30 il məcburi köçkün həyatı yaşamış insanlar öz doğma yurdlarına qayıdırlar və xoşbəxt həyatlarına qovuşurlar.  Dövlət başçımız Novruz bayramında Həsənriz kəndinin sakinlərinə evlərin açarlarını təqdim edərək sevindirmişdisə, Ramazan bayramı ərəfəsində isə Sarıcalıları sevindirdi. Ümumiyyətlə, bu günə qədər 13 yaşayış məntəqəmiz yenidən qurularaq öz sahiblərinin istifadəsinə verilib. İlin sonuna qədər isə Ağdam şəhəri, Xıdırlı və Kəngərli kəndləri də öz sakinlərini qarşılayacaq.  

 Sarıcalıda bütün infrastruktur ən müasir şəkildə yenidən qurulub.  Bu kənddə  işğaldan əvvəl 239 ev vardısa, indi 425 ev tikilərək insanlar məskunlaşacaqlar.  Tikilən hər bir evə 12 sot həyatyanı sahəsinin ayrılması və digər ərazilərdə də təsərrüfat işləri görmək üçün layihələrin icrası doğma yurdlarına qayıdan şəxslərin yaşayış və iş məsələlərinin kompleks şəkildə həll olunması deməkdir.  Suqovuşan və Sərsəng su anbarları erməni işğalı altında olduğu illərdə bizi təsərrüfat işlərinin görülməsində də böyük problemlərlə qarşılaşdırmışdı. Amma bu gün Ağdamın Xaçınçay su anbarı da yenidən qurulub, təsərrüfatlararası kanalların bərpası işləri aparılır və 100 min hektardan çox ərazilər dövriyyəyə qaytarılır. Çünki torpaqlar öz sahiblərinə qayıtdığı kimi su resurslarımız da öz sahiblərinə qayıdıb. İşğaldan azad olunmuş ərazilər cənnətə çevrilməkdədir.


Azər BADAMOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır

18:43
31 Mart

Soyqırımı qurbanlarının xatirəsi Mil-Muğan bölgəsində ehtiramla anılıb

18:30
31 Mart

Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

18:27
31 Mart

XX əsrin ən dəhşətli soyqırımı cinayəti

18:06
31 Mart

Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər YENİLƏNİB

17:37
31 Mart

Bibiheybət məscid-ziyarətgah Kompleksində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib  

16:51
31 Mart

Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib 

16:33
31 Mart

Özbəkistan, Tacikistan və Qırğızıstan liderləri dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında sənəd imzalayıb  

16:25
31 Mart

Kreml: Ukrayna üzrə ABŞ-Rusiya dialoqunda hələ konkret nəticə yoxdur

15:59
31 Mart

Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb

15:47
31 Mart

Mərmərə Qrupu Ulu Öndər Heydər Əliyevin xatirəsinə mükafat təsis edib

15:36
31 Mart

Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina edib

15:03
31 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:34
31 Mart

“Aydınlık” qəzeti: Vətəndaş müharibəsi qorxusu, kütləvi etirazlar və ksenofobiya müasir Fransanın reallığıdır

14:19
31 Mart

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqemadan

14:09
31 Mart

Əlcəzair Prezidenti Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib  

13:16
31 Mart

Serdar Ünsal: Azərbaycanlıların soyqırımını unutmayacaq və unutdurmağa imkan verməyəcəyik

13:12
31 Mart

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlidən

12:56
31 Mart

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

12:55
31 Mart

Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır  

12:54
31 Mart

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

12:53
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!