Dünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək və daha dayanıqlı, etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək.
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon dollar məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə sərmayə qoyması üçün əlverişli şərait yaradacaq.
Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi zamana təsadüf edən bu layihə ilkin mərhələdə 384 milyon dollar məbləğində özəl investisiyaların reallaşmasına kömək edəcək və bərpaolunan enerjiyə əlavə investisiyalar üçün yol açacaq.
“Bu layihə Azərbaycanda insanların və müəssisələrin arxalana biləcəyi etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinin çatdırılmasına imkan verəcək”, - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister bildirib və əlavə edib: “Elektrik şəbəkəsinin gücləndirilməsinə dəstək
verməklə, biz Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edir, davamlı inkişaf və imkanlar üçün zəmin yaradırıq”.
Layihə çərçivəsində investisiyalar yüksək bərpaolunan enerji potensialına malik ərazilərin tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönələcək. Ötürmə qabiliyyətini artırmaq və etibarlılığı yüksəltməklə, layihə ev təsərrüfatlarının və müəssisələrin gələcək enerji ehtiyaclarını ödəyə biləcək daha möhkəm və çevik enerji sistemi yaradacaq. Bu, öz növbəsində, özəl investisiyaları cəlb etməyə, iqtisadi artımı dəstəkləməyə və iş yerləri yaratmağa kömək edəcək.
Layihə regionda bərpaolunan enerjinin inkişafını və ticarətini artırmaq məqsədilə Azərbaycanın “yaşıl enerji dəhlizi” yaratmaq baxışlarını dəstəkləmək üçün ilk addımdır.
Mingəçevirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
Qərbi Azərbaycan İcması: “Doyçe Velle”nin verilişi jurnalistika standartlarının kobud şəkildə pozulmasıdır
Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib
Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır
Soyqırımı qurbanlarının xatirəsi Mil-Muğan bölgəsində ehtiramla anılıb
Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb
XX əsrin ən dəhşətli soyqırımı cinayəti
Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər YENİLƏNİB
Bibiheybət məscid-ziyarətgah Kompleksində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib
Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib
Özbəkistan, Tacikistan və Qırğızıstan liderləri dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında sənəd imzalayıb
Kreml: Ukrayna üzrə ABŞ-Rusiya dialoqunda hələ konkret nəticə yoxdur
Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb
Mərmərə Qrupu Ulu Öndər Heydər Əliyevin xatirəsinə mükafat təsis edib
Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina edib
Prezidentin Mətbuat Xidmətinin məlumatı
“Aydınlık” qəzeti: Vətəndaş müharibəsi qorxusu, kütləvi etirazlar və ksenofobiya müasir Fransanın reallığıdır
Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqemadan
Əlcəzair Prezidenti Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib
Serdar Ünsal: Azərbaycanlıların soyqırımını unutmayacaq və unutdurmağa imkan verməyəcəyik
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!