28 Mart 2025 14:30
374
CƏMİYYƏT
A- A+
Ağdama həyat qayıdır - Sarıcalı kəndinə birinci mərhələdə 203 ailə köçürüləcək

Ağdama həyat qayıdır - Sarıcalı kəndinə birinci mərhələdə 203 ailə köçürüləcək

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyat yenidən qayıdır. Rayon mərkəzində və kəndlərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndinin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, o cümlədən klub-icma mərkəzi, çoxfunksiyalı inzibati bina, bazar kompleksi, ticarət və məişət xidməti obyektləri, tam orta məktəb, körpələr evi-uşaq bağçası tikilib. Sarıcalı kəndində inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MN: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə gizlətməyə çalışır

18:43
31 Mart

Soyqırımı qurbanlarının xatirəsi Mil-Muğan bölgəsində ehtiramla anılıb

18:30
31 Mart

Şamaxıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

18:27
31 Mart

XX əsrin ən dəhşətli soyqırımı cinayəti

18:06
31 Mart

Avropada yaşayan azərbaycanlılar Haaqada “Sülh Sarayı” qarşısında etiraz aksiyası keçiriblər YENİLƏNİB

17:37
31 Mart

Bibiheybət məscid-ziyarətgah Kompleksində Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir keçirilib  

16:51
31 Mart

Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib 

16:33
31 Mart

Özbəkistan, Tacikistan və Qırğızıstan liderləri dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında sənəd imzalayıb  

16:25
31 Mart

Kreml: Ukrayna üzrə ABŞ-Rusiya dialoqunda hələ konkret nəticə yoxdur

15:59
31 Mart

Aprelin ilk günü üçün hava proqnozu açıqlanıb

15:47
31 Mart

Mərmərə Qrupu Ulu Öndər Heydər Əliyevin xatirəsinə mükafat təsis edib

15:36
31 Mart

Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina edib

15:03
31 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:34
31 Mart

“Aydınlık” qəzeti: Vətəndaş müharibəsi qorxusu, kütləvi etirazlar və ksenofobiya müasir Fransanın reallığıdır

14:19
31 Mart

Qabon Respublikasının keçid dövrü Prezidenti Bris Kloter Oliqi Nqemadan

14:09
31 Mart

Əlcəzair Prezidenti Ramazan bayramı münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib  

13:16
31 Mart

Serdar Ünsal: Azərbaycanlıların soyqırımını unutmayacaq və unutdurmağa imkan verməyəcəyik

13:12
31 Mart

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlidən

12:56
31 Mart

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan

12:55
31 Mart

Çində uçan avtomobillərlə sərnişin daşınmasına başlanılır  

12:54
31 Mart

DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib

12:53
31 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!