Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 485 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"nin 4-cü bəndində "qanunla qadağan olunmayan" sözləri "qanunda nəzərdə tutulan" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80 (Cild I) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"nin 5-ci bəndində "qanunvericiliklə" sözü "qanunda" sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324 (Cild I); 2024, № 1, maddə 22, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 dekabr tarixli 263 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5-ci bənddə "qanunvericilikdə" sözü "qanunda" sözü ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 14.3-1-ci, 14.3-2-ci yarımbəndlər və 17-1-ci bənd əlavə edilsin:
"14.3-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
14.3-2. Nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;";
"17-1. Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
17-1.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
17-1.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Nazirliyə tapşırılmış normativ hüquqi aktları;
17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
17-1.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
17-1.5. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
17-1.6. bu Əsasnamənin 17-1.1-17-1.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.".
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 674 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi"nin 1.5-ci bəndində "qanunla qadağan olunmayan" sözləri "qanunda nəzərdə tutulan" sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 967 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 1.5-ci bəndində "qanunla qadağan olunmayan" sözləri "qanunda nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;
5.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi"nin 1.5-ci bəndində "qanunla qadağan olunmayan" sözləri "qanunda nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;
5.3. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi"nin 1.5-ci bəndində "qanunla qadağan olunmayan" sözləri "qanunda nəzərdə tutulan" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205) ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.5-ci bənddə "qanunla qadağan olunmayan" sözləri "qanunda nəzərdə tutulan" sözləri ilə əvəz edilsin;
6.2. 3.1.66-cı yarımbənddən "qanunla qadağan olunmayan" sözləri çıxarılsın.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2025-ci il
İmtahan stresinin öhdəsindən necə gəlmək olar?
Musiqi ilə keçən ömür
Sahibkarlığın İnkişafı Fondunun əsas hədəfi dəyişmir
"Cənub qaz dəhlizi"nin potensialı hələ böyükdür
Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar
Öz gözündə tiri görmür...
"Paşinyan hakimiyyəti ikili oyun oynayır"
Qərbi Azərbaycanın hər qarışında izimiz və ruhumuz var
Sülh müqaviləsi imzalana bilər
Sülh müqaviləsinin imzalanması revanşistlərin xəyallarının sonu deməkdir
Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında
Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan yığması səfərdə Litvaya qalib gəlib
“Diplomatic World Sweden” nəşri Azərbaycanda mina təhlükəsi ilə bağlı məqalə dərc edib
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib
Azərbaycanın humanitar yardımı əsasında Sumının enerji infrastrukturunun bərpasına avadanlıqlar verilib
Tokayev: Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb
Almaniyadakı diasporumuzun üzvü Azərbaycan əleyhinə filmə etiraz edib
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
Özbəkistan Prezidenti: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi vacib məsələdir
Parlamentlərarası İttifaq ilə QH Parlament Şəbəkəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!