Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci (birinci halda) və 606.2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1097 (Cild I); 2024, № 12 (II kitab), maddə 1383) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.8-ci bənddə ", 8.1.1-ci, 8.1.2-ci maddələrində, 17.3-cü maddəsində (birinci halda)" sözləri "və 17.3-cü (birinci halda) maddələrində" sözləri ilə əvəz edilsin;
3.2. 1.9-cu bəndə "Qanunun" sözündən sonra "8.1.1-ci və 8.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının," sözləri əlavə edilsin.
4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 5.2-2-ci bənddə "və 7.3-cü maddəsinin birinci cümləsində" sözləri ", 7.3-cü maddəsinin birinci cümləsində, 8.1-ci (hər iki halda), 8.3-cü (ikinci halda), 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda), 8.7-ci (hər iki halda), 45.8-ci və 46.2-ci maddələrində" sözləri ilə əvəz edilsin;
4.2. 5.4-cü bənddən "8.1-ci maddəsində hər iki halda," və "8.3-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı (ikinci halda) maddələrində, 8.7-ci maddəsində hər iki halda," sözləri çıxarılsın;
4.3. 5.4-1-ci bənd ləğv edilsin.
5. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 4.49-cu bənddə "603.1 - 603.3, 604, 605" rəqəmləri "603.1, 604" rəqəmləri ilə əvəz edilsin;
5.2. 4.49-1-ci bənd 4.49-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 4.49-1-ci bənd əlavə edilsin:
"4.49-1. həmin Məcəllənin 606.2.1-ci (birinci halda) və 606.2.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;";
5.3. 4.49-2-ci bəndə "Məcəllənin" sözündən sonra "603.2-ci, 603.3-cü, 605-ci," sözləri əlavə edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 12.0-cı bəndinə "Məcəllənin" sözündən əvvəl "bu Siyahının 10-cu və 10-1-ci hissələri nəzərə alınmaqla," sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 335 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 75-ci hissədə "603, 605" rəqəmləri "603.1" rəqəmləri ilə əvəz edilsin;
7.2. aşağıdakı məzmunda 76-cı hissə əlavə edilsin:
"76. Məcəllənin 603.2-ci, 603.3-cü və 605-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
76.1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə həmin orqan adından - bu Siyahının 28-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
76.2. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə həmin orqan adından - Xidmətin rəisi, onun müavinləri, Xidmətin müvafiq strukturlarının rəhbərləri (rəisləri);
76.3. digər hərbi vəzifəlilərə və çağırışçılara münasibətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından - bu Siyahının 75-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.".
8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226 (Cild I); 2024, № 8, maddə 943) ilə təsdiq edilmiş "Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları"na 4 nömrəli əlavə - "Dövlət qulluqçusunun şəxsi vərəqəsi"nin "Hərbi qeydiyyat barədə məlumat" hissəsində "qeydiyyat üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsinin" sözləri "qeydiyyata alındığı dövlət orqanının" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2025-ci il
İmtahan stresinin öhdəsindən necə gəlmək olar?
Musiqi ilə keçən ömür
Sahibkarlığın İnkişafı Fondunun əsas hədəfi dəyişmir
"Cənub qaz dəhlizi"nin potensialı hələ böyükdür
Azərbaycan xalqına qarşı cinayət törədənlər layiqli cəzalarını alacaqlar
Öz gözündə tiri görmür...
"Paşinyan hakimiyyəti ikili oyun oynayır"
Qərbi Azərbaycanın hər qarışında izimiz və ruhumuz var
Sülh müqaviləsi imzalana bilər
Sülh müqaviləsinin imzalanması revanşistlərin xəyallarının sonu deməkdir
Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında
Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan yığması səfərdə Litvaya qalib gəlib
“Diplomatic World Sweden” nəşri Azərbaycanda mina təhlükəsi ilə bağlı məqalə dərc edib
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib
Azərbaycanın humanitar yardımı əsasında Sumının enerji infrastrukturunun bərpasına avadanlıqlar verilib
Tokayev: Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb
Almaniyadakı diasporumuzun üzvü Azərbaycan əleyhinə filmə etiraz edib
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
Özbəkistan Prezidenti: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi vacib məsələdir
Parlamentlərarası İttifaq ilə QH Parlament Şəbəkəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!