Fransanın Cənubi Qafqaza "diqqət"i öz daxili problemlərini unutdurub
Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Rəsmi Paris hətta Cənubi Qafqazda sabitliyin pozulması üçün yalanlara, qarayaxmalara əl atır. Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi görməzdən gələn Fransa riyakarlığı, bəd əməlləri ilə Ermənistanı qızışdırmaq, regionumuzda yenidən fəlakətlərin baş verməsini istəyir.
Şübhəsiz ki, əgər Ermənistan hökuməti bu cür təhriklərə uyaraq Cənubi Qafqazı bir daha müharibə ocağına çevirərsə, onun alovlarında ən çox yanan özü olacaq. Rəsmi İrəvan bununla ölkəsini özü aparıb çıxarmış olduğu uçurumdan atacaq. Nikol Paşinyan hökuməti nə qədər gec deyil, bunu da dərk etməli və anlamalıdır ki, Ermənistanın məhvə sürüklənməsi rəsmi Paris üçün, əslində, böyük maraq kəsb etmir. Yüz illərdir ki, Əlcəzairdə, Afrikada, Fransa Polineziyasında, Mayotda, Korsikada, Yeni Kaledoniyada və başqa ölkələrdə xalqların göz yaşlarını görməyən, ürək yanğıları ilə çəkdikləri ah-nalələri, fəryadları eşitməyən Fransa hökuməti ermənilərin də özlərini bəlaya salmalarından rahatsız olmayacaq, Ermənistanın məhvinə yas tutmayacaq.
Bu gün görünən, daha doğrusu, Emmanuel Makron hökumətinin nümayiş etdirdiyi odur ki, Fransa dövləti Ermənistanın "maraq"larına xidmət edən addımlar atır, Azərbaycana qarşı qərəzli davranaraq ölkəmiz haqqında böhtan kampaniyası aparır. Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı ölkəmizlə bağlı yalan, böhtan və qərəz dolu iddialar irəli sürməklə bunu bir daha təsdiqlədi. Amma tərəfimizdən cavab da gecikmədi.
"Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Jan Noel Baronun Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara dair şərhində bildirdi. Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi son 2 ildən artıq müddətdə müzakirə edilən legitim tələbin sual altına alınmasının və bunun yeni şərt kimi təqdim olunmasının qəbuledilməz olduğunu diqqətə çatdıran Xarici İşlər Nazirliyinin mətbuat katibi qeyd etdi ki, əgər Fransa, iddia etdiyi kimi həqiqətən sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir.
Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, Ayxan Hacızadə vurğuladı ki, bu cinayətləri araşdırmaq, mühakimə etmək Azərbaycanın haqqıdır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi qrupunun martın 13-də dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib, məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübuta yetirib.
XİN rəsmisi diqqətə çatdırdı ki, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən rəsmi Parisin, ilk növbədə, Fransada siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, ölkəsinin neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı: "Misal üçün, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabda Fransa nazirinin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da Fransa tərəfinin ikili standartlarının bir göstəricisidir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik".
Bir daha xatırladaq ki, bu gün məhkəmə qarşısında cavab verən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların cinayətkar olduqları məhkəmə prosesində özləri tərəfindən də etiraf olunur, şahidlərin ifadələri tərəfindən də təsdiqlənir. Belə ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, qanun qarşısında cavab vermələri beynəlxalq hüquq çərçivəsindədir.
Bu gün Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində Fransada sosial gərginlik, iqtisadı böhran artıb. Fransa hökumətinin diqqət yetirməsi vacib olan məsələlərdən biri də ordusunda yaranmış vəziyyətlə bağlıdır. Fransa Milli Assambleyasının hesabatı göstərdi ki, 2022-ci ildən bəri orduda fərarilik halları kəskin artıb. Təkcə bu il 1485 hadisə qeydə alınıb.
Yaranmış vəziyyət deməyə əsas verir ki, beynəlxalq hüquqa zidd qərarlar verməkdə, ədaləti görməzdən gəlməkdə israrlı olan rəsmi Parisin sərhədlərindən kənarda mövcud olmayan nöqsanları axtarmaqdansa, öz daxili problemlərini həll etməyə çalışması daha doğru və ölkəsinin xeyrinə olar. Cənubi Qafqaza artan "diqqəti" Fransaya daxili problemlərini unutdurmamalıdır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ətirli smartfon istehsal
Təyyarələr avtomatik şəkildə eniş edə biləcəklər
Robot at təqdim edilib
TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər
Zərdabda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib
Xankəndidə “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilib
İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanidən
Cəbrayılda növbəti əmək yarmarkası olub, 100-dən çox vakansiya təqdim edilib
Qarabağ Universitetində yeni dünya nizamı və rəqəmsal inqilabdan gözləntilər müzakirə olunub
Gimnaziada: Azərbaycan güləşçiləri daha 6 medal əldə ediblər
Xəbərdarlıq: Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir
İsrail şirkətləri ilə avtomobil və dəmiryolu nəqliyyatında əməkdaşlıq müzakirə olunub
Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib
Macarıstan hökuməti fərdi evlərdə günəş panellərinin quraşdırılmasına subsidiya ayırır
Şuşa və Ağdamda hotel işçiləri yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb
Media: ABŞ 10 minədək hərbçisini Şərqi Avropadan çıxara bilər
Azərbaycanda deflimpiyanın inkişafı müzakirə edilib
Azərbaycan və Pakistan arasında əsas investisiya layihələri və memorandumlar müzakirə edilib
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!