05 Aprel 2025 08:00
317
SİYASƏT
A- A+
Sülh müqaviləsinin imzalanması revanşistlərin xəyallarının sonu deməkdir

Sülh müqaviləsinin imzalanması revanşistlərin xəyallarının sonu deməkdir


"Azərbaycan ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin razılaşdırılması barədə hər iki ölkənin xarici işlər nazirlərinin məlum açıqlaması Ermənistanda siyasi gərginliyin  artması ilə müşahidə edildi. Ermənistanda artan gərginliyin dalğası iki ölkənin şərti sərhədlərinə qədər gəlib çıxdı. 

İş o yerə çatdı ki, atəşkəsin intensiv surətdə pozulması, tezliklə iki ölkə arasında müharibənin başlayacağı xəbərlər gündəmi zəbt etdi. Ermənistanda  Azərbaycana qarşı yeni hücum planlarından da danışıldı. Bu dövlətin  keçmiş müdafiə naziri, əli minlərlə soydaşımızın günahsız qanına bulaşmış cani Seyran Ohanyan öz "feysbuk" səhifəsində yazıb: "Şübhə etməsinlər ki, Azərbaycan bizim zərbəmizi bir daha görəcək". Bu  həmin Ohanyandır ki, işğal edilmiş ərazilərimizdə  "Ohanyan səddi" adlanan hərbi istehkamlar qurub onu keçilməz sədd adlandırırdı. Onilliklər ərzində qurduqları həmin sədləri Azərbaycan Ordusu bir anın içində məhv edərək qarşıya qoyulan tapşırıqları peşəkarlıqla və qəhrəmancasına icra etdi. Təəssüf ki, Ermənistanda hələ də Ohanyan kimi düşünənlər var və onların dağıdıcı fəaliyyəti regionda davamlı sülhün əldə edilməsinə imkan vermir. Məsələ burasındadır ki, bu cür sərsəmləmələr revanşistlərin indiyədək Azərbaycana nə birinci, yəqin ki, nə də sonuncu "mesaj"ları olacaq. Amma yanılırlar. Prezident İlham Əliyev çıxışlarında xüsusi vurğulayıb ki, Ermənistanda əgər faşist düşüncələrə son qoyulmasa, "dəmir yumruq" yenə işə düşə bilər.

Bu bir faktdır ki, Paşinyan hakimiyyətinə qarşı müxalif qüvvələrin başında  "Qarabağ klanı" - keçmiş prezidentlər Koçaryan, Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyan dururlar. Ermənistanda orduya  əsasən revanşistlərin nəzarət etməsi heç də yeni söhbət deyil. Şübhəsiz ki, şərti sərhəddə də bir neçə dəfə atəşkəsin  pozulması indiki hakimiyyətin təxribatı yox, revanşist qüvvələrin işidir. Hətta   Paşinyan açıq şəkildə bildirmişdir ki, Ermənistan  ordusunda belə qüvvələr var və ona tabe olmaq istəmirlər. 

Koçaryan, Sarkisyan və Ohanyan kimi separatçılar bu gün aranı qarışdırmaqla regionda əmin-amanlığın yaranmasına mane olmağa çalışırlar. Şübhəsiz ki, revanşistləri hərəkətə gətirən  kənar qüvvələr də var. Həmin qüvvələr öz qlobal geopolitik maraqları naminə  Cənubi Qafqazı qaynar nöqtəyə döndərmək niyyətindədirlər. Bu bir həqiqətdir ki, Ermənistanın xarici siyasəti Fransanın və digər Qərb ölkələrinin nəzarətindədir. Həmin qüvvələr birbaşa həm Ermənistan hakimiyyətinə, həm də revanşistlərə təsir göstərmək gücündədirlər.

Sülhün əsas şərtlərindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni tərəfinin götürdüyü öhdəlikdir. Dəhlizin açılması Cənubi Qafqazın tranzit və iqtisadi imkanlarının genişlənməsini, bu ərazinin Şərqlə Qərbi birləşdirən əsas körpü olması deməkdir. Ermənistanda baş qaldıran revanşistlər də anlayırlar ki, dəhlizin açılması  çətin iqtisadi durumdan xilas olmaq üçün tək çıxış yoludur. İlk növbədə koridorun açılması Ermənistana illər boyu mövcud olan blokadadan azad olmaq imkanı yaradır. Türkiyə və Azərbaycan ilə sərhədlərin bağlı olması Ermənistana özünün əsas iqtisadi tərəfdaşı olan Rusiyaya təhlükəsiz və davamlı şəkildə fəaliyyət göstərən quru yolu əldə etməyə imkan vermirdi.

Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra Ermənistandan Rusiyaya və ya əks istiqamətdə hərəkətə imkan verən heç bir dəmir yolu fəaliyyət göstərməmişdir. Mövcud olan yeganə quru yolu Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu coğrafi baxımdan çətin relyefi olan ərazidən keçdiyindən və pis hava şəraitində  daşınmaların həyata keçirilməsində fasilələrin yaranmasına səbəb olur. 

Gürcüstandan keçən və Ermənistan ilə Rusiyanı quru yolu ilə bağlamaq imkanına malik olan digər yol isə Abxaziyadan keçən dəmir yoludur ki, bu da bağlıdır. Sovet dövründə isə Ermənistan və Rusiya arasında yükdaşımalar əsasən Ermənistan ərazisində Dilican və Karnasaradan (İcevan), daha sonra Azərbaycanın Qazax rayonundan keçərək Rusiyaya gedən dəmir yolu vasitəsilə reallaşdırıldı. Bu yol da münaqişə səbəbindən bağlanmışdır. Birinci Qarabağ müharibəsi başladıqdan sonra Ermənistandan İrana gedən və Naxçıvandan keçən dəmir yolu da bağlanmışdır. 

Göründüyü kimi, Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra Ermənistanla əsas iqtisadi tərəfdaş olan Rusiya, eyni zamanda İran arasında mövcud olan əsas quru yollarının bağlanması nəticəsində həmin ölkənin blokadası dərinləşmiş və ermənilər yalnız çox da etibarlı olmayan Yuxarı Lars yolundan və İrana gedən təmirsiz avtomobil yollarından istifadə etmək məcburiyyətində qalıblar. Ona görə də Zəngəzur dəhlizinin açılması Ermənistanın blokadadan azad olmasına və Rusiyaya, İrana, eyni zamanda üzv olduğu Avrasiya İqtisadi Birliyinin bazarlarına quru yolu ilə çıxmaq imkanını qazandıracaq. 

 Revanşistlər dərk edirlər ki, iki ölkə arasında sülh sazişinin imzalanması onların hakimiyyət xəyallarına birdəfəlik son qoyulması deməkdir. Elə bu səbəbdən də revanşistlər bütün güclərini işə salaraq iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına hər cür mane olmağa çalışırlar. Revanşistlərin istifadə etdikləri əsas "güc" isə Qarabağı könüllü tərk etmiş ermənilərdir. Onların revanşist qüvvələrin əlində hakimiyyətə qarşı bir alət kimi istifadə edildiyini bilən Nikol Paşinyan parlamentdə çıxış edərkən separatçıların fəaliyyətlərini Ermənistanda davam etdirmələrinə qarşı olub. Ermənistanın baş naziri "Qarabağ hərəkatı"na öz fəaliyyətini dayandırmalı olduğunu bildirib. Bundan sonra bir qrup separatçı İrəvanın mərkəzində aksiyaya başlayıb. Separatçılar Ermənistan hakimiyyətindən "hərəkat"a dəstəklə yanaşı, Qarabağdan könüllü getmiş ermənilərə sosial müavinətlər də tələb ediblər.

Ermənistan mətbuatı N.Paşinyanın Qarabağ ermənilərinin İrəvanda keçirdiyi aksiyaya qarşı olduğuna toxunub: "Onlar çox göyə qalxırlar, bir az aşağı ensələr, yaxşı olar, heç bir güzəşt olmayacaq, pulları gedib onları soyan generallardan istəsinlər". Mətbuatın yazdığına görə, Paşinyan komanda üzvlərinə söyləyib ki: "Onlar küçələrdə çox qışqırmağa başlasalar, bununla düşməni (Azərbaycanı nəzərdə tutur - red.) qəzəbləndirəcəklər". İşin maraqlı tərəfi budur ki, Paşinyan parlamentdə hökumət saatı zamanı bəyanat verib. O, Qarabağla bağlı debat keçiriləcəyi təqdirdə ölkənin keçmiş prezidentləri - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanı "əzib keçəcəyini" vəd edib.

Baş nazir bəyan edib ki, üç sabiq prezident 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan müharibədəki məğlubiyyətin məsuliyyətini onun üzərinə atmağa çalışırlar. Amma həmin məğlubiyyət artıq onun hakimiyyətə gəlməsindən əvvəl qaçılmaz olub. Məhz bu səbəbdən Paşinyan keçmiş prezidentləri televiziyanın birbaşa canlı yayımında debata çağırıb. Ancaq onun sözlərinə görə, bu çağırışa onlardan heç biri cavab vermir, debatdan boyun qaçırırlar. "Bu üç "fikir dahisi" deyir ki, bizim Paşinyanla danışmağa heç bir mövzumuz yoxdur. Amma sonra nə edirlər? Uşaqlarını, nəvələrini, kürəkənlərini, gəlinlərini mətbuat konfranslarına göndərirlər. Əgər danışmağa sözünüz yoxdursa, onda sakit olun, oturun yerinizdə. Mən sizinlə debat aparmayacağam - mən sizi əzib keçəcəyəm. Və oradan sizin siyasi meyitlərinizin qalıqlarını çıxaracaqlar. Bu, hər üçünüzə aiddir! Bəsdir artıq millətin əsəbləri ilə oynadınız! Mən debat etməyəcəm, sizi tapdalayacağam!"

Hadisələrin gedişi göstərir ki, Ermənistan hakimiyyəti ölkə əhalisi və dövləti üçün əsas təhlükənin revanşistlərin olduğunu dərk edərək onlara qarşı əsl hücuma keçib. Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan və onu qoruyub saxlamağa çalışan quvvələr anlayırlar ki, sülh sazişinin imzalanması bu ölkəni çətin iqtisadi durumdan xilas edə bilər. Revanşistləri isə Ermənistanın xilası, firavan gələcəyindən çox öz taleləri düşündürür. Elə bu səbəbdən də bütün güclərini işə salıb sülh müqaviləsinin imzalanmaması üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir  

11:53
10 Aprel

Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

11:47
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:21
10 Aprel

Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb  

11:09
10 Aprel

“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib  

10:53
10 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb  

10:41
10 Aprel

Azərbaycan neftinin qiyməti azalıb  

10:32
10 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

10:29
10 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub  

10:21
10 Aprel

İsveç qızıl ehtiyatlarını ABŞ-da saxlamağa davam edəcək  

10:08
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna start verilib

09:57
10 Aprel

Ağdam sakini: Doğma el-obama qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur  

09:41
10 Aprel

Keçmiş məcburi köçkün: Birlik və həmrəylik nümayiş etdirərək düşmənə layiqli cavab verdik  

09:32
10 Aprel

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub  

09:19
10 Aprel

Böyük Qayıdış: Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb  

09:04
10 Aprel

Maarifçi xeyriyyə cəmiyyətləri

09:00
10 Aprel

Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri

08:55
10 Aprel

İhsan Doğramacı fenomeni

08:50
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!