Tarixi ermənilər tərəfindən saxtalaşdırılmış bir incidir Qərbi Azərbaycan! Özünün mədəniyyəti, bir zamanlar çal-çağırlı olan şəhərləri, el-obası ilə bu torpaq əsrlər boyu Azərbaycan sivilizasiyasının mühüm beşiyi olmuşdur. Göyçə mahalının gözəlliyi, İrəvanın möhtəşəm xanlıq qalaları, Zəngəzurun sıldırım dağları, Dərələyəzin bərəkətli vadiləri, bir zamanlar mavi sularında qayıqlar üzən Göyçə gölü… Bu yerlərdən azərbaycanlıların ayaq izləri hələ də silinməyib. Ulu ozanlarımızın məkanı olmuş bu ərazilərdə min illərin izi var!
Ermənistan nə qədər çalışsa da, tarixi faktlar danılmazdır. Təəssüf ki, erməni tarixçiləri nəinki bu torpaqlardan Azərbaycan izlərini silməyə çalışır, hətta özlərinin qədimdən burada yaşadıqlarını sübut etmək üçün saxtakarlıqlara əl atırlar. Lakin səyyahların gündəliklərində, rus diplomatlarının hesabatlarında, hətta erməni müəlliflərin öz əsərlərində belə Qərbi Azərbaycan torpaqlarında azərbaycanlıların tarixi varlığı etiraf edilmişdir. İndi də Göyçə aşıq məktəbinin nəğmələri dağlarda əks-səda verir, İrəvanın xan saraylarının xatirəsi yaddaşlarda yaşayır.
Tarixin sərt sınaqları, siyasi oyunlar və etnik təmizləmə siyasəti bu diyarın qədim sakinlərini - azərbaycanlıları öz yurdlarından ayırmış, bu torpaqların gerçək simasını saxtalaşdırmağa çalışmışdır. Bu torpaqlarda vaxtilə azərbaycanlılar qurub-yaratmış, öz adət-ənənələrini yaşatmış, elmə, sənətə, kənd təsərrüfatına töhfələr vermişlər. Burada tarixi abidələr, məscidlər, körpülər, qəbiristanlıqlar azərbaycanlıların dərin iz buraxdığını sübut edir. Lakin bu irs planlı şəkildə silinmiş, daş kitabələr qırılmış, adlar dəyişdirilmiş, mədəniyyətin yaddaşdan silinməsinə cəhdlər göstərilmişdir.
Azərbaycan xalqının böyüklüyü və məğlubedilməzliyi onun tarixinə adını qızıl hərflərlə yazdırmış liderlərinin müdrik siyasəti və dəmir iradəsi ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən liderlik missiyası sayəsində ölkəmiz özünün suverenliyinə qovuşmuş, təhrif olunmuş tarixi həqiqətlər gün işığına çıxmışdır. Bu gün Azərbaycan yalnız siyasi və iqtisadi arenada deyil, həm də tarixi ədalətin bərpası uğrunda mübarizədə qətiyyətini nümayiş etdirir. 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumaq əzminə sahibdir və heç bir güc onu tarixi torpaqlarına sahib çıxmaq yolundan döndərə bilməz. Tariximizə nəzər saldıqda, Azərbaycanın əzəli torpaqları olan Qarabağın daim bu xalqın ayrılmaz parçası olduğu açıq-aydın görünür. Bu, təkcə siyasi deyil, həm də tarixi və mədəni həqiqətdir. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni tərəfinin tələbləri qarşısında İrəvanın Ermənistana güzəştə gedilməsi tarixi faktdır. O dövrdə İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. Eyni zamanda Zəngəzur mahalı da Azərbaycan torpağı olmuş və burada da yaşayan əhali, əsasən, azərbaycanlılar idi.
Təəssüflər olsun ki, bu gün Qərbi Azərbaycanın tarixi haqqında istər erməni, istərsə də bəzi xarici tarixçilər həqiqətləri etiraf etməyə tələsmirlər. Ermənistanda azərbaycanlıların aborigen xalq olduğunu göstərən faktlar məqsədyönlü şəkildə ört-basdır edilir, onların yüzillər boyu bu torpaqlarda yaratdığı mədəni-mənəvi irsin silinməsinə daim can atırlar. Belə ki, tarixi saxtakarlıq siyasəti çərçivəsində azərbaycanlıların yaşadığı kəndlərin, şəhərlərin adları dəyişdirilmiş, maddi-mədəni abidələr ya tamamilə məhv edilmiş, ya da guya erməni irsinə aid olduğu deyilərək saxtalaşdırılmışdır. Bunun ən bariz nümunələrindən biri Qərbi Azərbaycan ərazisindəki məscidlər, türbələr və qəbiristanlıqlarla bağlıdır. İrəvan şəhərində vaxtilə 300-dən çox məscid mövcud olub, lakin onların böyük əksəriyyəti ya dağıdılıb, ya da başqa məqsədlər üçün istifadə edilib. Məsələn, Göy məscid "erməni abidəsi" kimi təqdim olunmuş, digər tarixi-memarlıq nümunələri isə ya sökülmüş, ya da erməniləşdirilmişdir. Həmçinin Göyçə və Zəngəzur bölgələrində yüzlərlə türbə, karvansara və digər mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilmişdir. Məsələnin daha faciəvi tərəfi isə odur ki, bu mövzu uzun illər Azərbaycan tarixşünaslığında da lazımi səviyyədə öyrənilməmişdir. Çünki sovet dönəmində hakim ideologiyanın tələblərinə uyğun olaraq Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların tarixi süni şəkildə ikinci plana atılmışdır. Hətta bəzi hallarda məqsədli şəkildə onların unutdurulmasına çalışmışlar. Azərbaycan tarixşünaslığı Qərbi Azərbaycan əhalisinin deportasiyası, etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmasını tam miqyasda araşdırmamış, sovet dövrünün ideoloji çərçivələri bu məsələnin obyektiv tədqiqinə imkan verməmişdir.
Lakin müstəqillik dövründə Azərbaycan alimləri və araşdırmaçıları bu boşluğu doldurmaq üçün mühüm addımlar atmağa başlamışlar. Son illərdə aparılan elmi tədqiqatlar, nəşr olunan kitablar və tarixi mənbələrin yenidən araşdırılması Qərbi Azərbaycanın həqiqi tarixini üzə çıxarmağa imkan verir. Buna baxmayaraq, həmin sahədə hələ də görüləsi çox iş var. Beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək, tarixi saxtalaşdırma cəhdlərinin qarşısını almaq və Qərbi Azərbaycan həqiqətlərini dünya səviyyəsində tanıtmaq üçün ardıcıl elmi və siyasi fəaliyyət tələb olunur. Tarixi saxtalaşdırmalar və etnik təmizləmələr siyasəti yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, onun birgə yaşayış mədəniyyətinə, sülh və əmin-amanlıq ideallarına qarşı törədilmiş cinayətdir.
Qərbi Azərbaycan həm də təkcə xatirələrdə yaşayan bir diyar deyil. Axı o, həm də bir xalqın kimliyi, keçmişi və gələcəyidir. Tarixi saxtalaşdırmalara qarşı mübarizə aparmaq, bu torpaqlara aid gerçək faktları dünyaya çatdırmaq, azərbaycanlıların qayıdış hüququnu tələb etmək hər birimizin mənəvi borcudur. Qərbi Azərbaycanın həqiqətləri üzə çıxarılmalı, bu torpaqlara ədalət qayıtmalıdır! Tarixdə nadir hadisə deyil ki, siyasi məqsədlərə xidmət edən müəyyən qüvvələr faktları təhrif edir, tarixi reallıqları dəyişdirir və bütöv bir xalqın mədəni irsini inkar etməyə çalışırlar. Qərbi Azərbaycan torpaqları da məhz belə bir tarixi ədalətsizliyin qurbanı olmuşdur. Bugünkü Ermənistan Respublikası ərazisində yerləşən və əsrlər boyu azərbaycanlıların yaşadığı bu torpaqların tarixini saxtalaşdırmaq, onun əsl sakinlərinin izlərini silmək üçün sistemli cəhdlər həyata keçirilmişdir.
Bu gün Qərbi Azərbaycan mövzusunun daim aktual saxlanılması və elmi araşdırmaların genişləndirilməsi yalnız tarixi həqiqətlərin üzə çıxarılması baxımından deyil, həm də milli kimliyimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan tədqiqatlar və nəşrlər Qərbi Azərbaycanın tarixi, mədəni irsi və coğrafi xüsusiyyətləri haqqında obyektiv bilgilər təqdim edərək onların Azərbaycan xalqının ayrılmaz bir hissəsi olduğunu bir daha sübut edir. Lakin bu araşdırmalar yalnız elmi dairələrlə məhdudlaşmamalı, geniş ictimai müzakirələrə çıxarılmalı və beynəlxalq səviyyədə tanıdılmalıdır.
Hazırkı dövr Azərbaycan dövlətinin milli maraqlara əsaslanan siyasəti tarixi ədalətin bərpasını və xalqımızın öz doğma torpaqlarına qayıdışını hədəfləyir. Bu siyasətin əsas məqsədlərindən biri də Qərbi Azərbaycan torpaqlarına - Zəngəzur, İrəvan, Göyçə kimi dədə-baba yurdlarımıza geri dönməkdir. Azərbaycan xalqının tarixi haqqı və hüququ var ki, əsrlər boyu yaşadığı, iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirdiyi, beləliklə, silinməz izlərini qoyduğu bu torpaqlara sahib çıxsın. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan maddi-mədəni irs yalnız coğrafi sərhədlər daxilində qalmır, eyni zamanda Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir. Minillər boyu formalaşan bu zəngin irs tarixin sınaqlarına sinə gərmiş, lakin etnik təmizləmə siyasətinin nəticəsi olaraq məhv edilməyə məruz qalmışdır.
Bununla belə, Qərbi Azərbaycandan məcburi köçkün düşmüş insanlar bu tarixi həqiqətlərin ən böyük sübutları və canlı şahidləridir. Onların yaddaşı, yaşantıları və xatirələri Qərbi Azərbaycan məsələsinin hüquqi və siyasi aspektlərinin əsas faktlarına çevrilmişdir. Bu baxımdan Qərbi Azərbaycan İcması mühüm tarixi missiyanı yerinə yetirir. Həm tarixi faktları qorumaq, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmaq bu təşkilatın əsas vəzifələrindəndir. Dədə-baba torpaqlarına qayıdışı əsas amal kimi qəbul edən icma Qərbi Azərbaycandan olan ağsaqqalların, ziyalıların və yeni nəsillərin böyük maraq göstərdiyi bir təşkilata çevrilmişdir. Bu birlik həm tarixi ədalətin bərpası yolunda, həm də gələcək nəsillərə milli kimliyi və vətən sevgisini aşılamaq baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycan xalqının tarixi haqqını tanıması və bu torpaqlara qayıdış məsələsində birləşməsi yalnız siyasi deyil, mənəvi və mədəni missiya kimi də böyük önəm kəsb edir. Bu səbəbdən Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və haqqının bərpası tələbini dünya ictimaiyyətinə çatdırmaq hər birimizin borcudur.
Sevda AXUNDOVA,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşı, Qərbi Azərbaycan İcmasının üzvü
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
A.N.Eminovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili" adlı müsabiqə keçirir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı müsabiqə həyata keçirir
Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub
Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm
ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb
Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib
Nazir: İsrail Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır
Moskva Rusiya XİN əməkdaşının Parisdə saxlanılmasını pisləyib
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub
Azərbaycan və Pakistan arasında sərmayələrin artırılması imkanları müzakirə edilib
Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan
Misirdə binanın uçması nəticəsində 6 nəfər həlak olub
Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə bint Mübarəkdən
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!