"Tarixi Zəfərimizdən sonra regionda uzunmüddətli sülhün yaradılması üçün real şanslar yaranıb. Azərbaycan dövləti tarixi qələbəmizdən sonra qarşı tərəfə sülh təklifini irəli sürdü. Bu istiqamətdə aparılan danışıqlarda müəyyən irəliləyişlər əldə edilib".
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O xatırladıb ki, Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuata bəyanatında bu gün Azərbaycan və Ermənistanın sülhün əldə edilməsində mövqelərinin bir-birinə kifayət qədər yaxınlaşdığını qeyd edib. Amma Ermənistan tərəfi üzdə konstruktiv görünsə də, əslində, müqavilənin imzalanmasından yayınır. "Azərbaycanın haqlı və ədalətli şərtləri yerinə yetirilməlidir. Bu şərtlərə Ermənistan tərəfindən indiyə qədər konkret cavab verilməyib. ATƏT-in keçmiş Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun mandatı keçmiş Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib. Münaqişə həll olunduğu və Ermənistan rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir əsas yoxdur. Ermənistanın bu məsələdə qeyri-müəyyən mövqeyi şübhələr yaradır. Digər məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi legitimdir. Qarşı tərəf Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir, amma Ermənistan tərəfi prosesi pozmaq üçün müxtəlif təxribatlara əl atır", - deyə o əlavə edib.
Siyasətçi qeyd edib ki, şərti sərhəddə baş verən müxtəlif təxribatlar, mövqelərimizin ardıcıl şəkildə atəşə tutulması sülh sazişinin imzalanmasını gecikdirmək məqsədi daşıyır: "Paşinyan hakimiyyəti ikili oyun oynamaqla özünü dünyaya sülh göyərçini kimi təqdim etməyə çalışır. Amma bu təxribatlar, kütləvi silahlanma, Azərbaycanın legitim şərtlərini qəbul etməmələri onların əsl simasını ortaya qoyur".
V.Rəhimzadə bildirib ki, Ermənistan və havadarları sülh təklifinin sonsuza qədər masa üzərində qala bilməyəcəyini unutmamalıdırlar: "Sülh müqaviləsinin imzalanması Ermənistan tərəfinə daha çox lazımdır. Zaman Ermənistanın əleyhinə işləyir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bütün ərazilərində tam təmin etmiş qalib dövlətdir. İkinci Qarabağ müharibəsi, bir sutkadan da az davam edən antiterror tədbirləri Ermənistana dərs olmalıdır. Bu dərsdən nəticə çıxarmasalar, yenə uduzan tərəf olacaqlar".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan
AHİK yeni sosial layihəyə başlayır
Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediası Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışını geniş işıqlandırıb
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər
Azərbaycan taekvondoçuları Gimnaziadada daha 10 medal qazanıb
Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər
Azərbaycan-İtaliya hərbi pilotları arasında ekspert görüşü keçirilib
Mədəniyyət naziri Bakıda növbəti dəfə bir qrup vətəndaşın müraciətini dinləyib
DOST Agentliyi ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Aİ Ukraynaya daha 1 milyard avro ayırıb
Bakıda boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək
Çin ABŞ mallarının idxalına olan rüsumları 84 faizə qaldırıb
SPECA nazirlər görüşündə Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verilib
Professor Rik Faun: Qarabağın bərpası və regional perspektivlər forumda geniş müzakirə olundu
Laçında keçirilən əmək yarmarkasında 210-dan çox vakansiya təqdim edilib
Nazir: Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır
Avstriyanın Çindəki sabiq səfiri: Qlobal miqyasda Azərbaycanın rolunu anlamaq olduqca zəruridir
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!