09 Aprel 2025 16:43
489
CƏMİYYƏT
A- A+
Nazir: Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır  

Nazir: Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır  

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti aprelin 8-dən 9-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır.

Tədbirdə çıxış edən nazir K.Heydərov sammitin əhəmiyyətini qeyd edərək, onun fövqəladə hallara qlobal hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən fəlakətlərə çevik və səmərəli reaksiya verilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və qabaqcıl innovasiyaların müəyyən edilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Ölkəmizdə fövqəladə hallarla mübarizə üzrə görülən uğurlu işlər barədə məlumat verən nazir fəlakətlərin xüsusilə qlobal iqlim dəyişikliyi fonunda yaratdığı təhlükələrin vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib, bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər xarici ölkələrin uyğun qurumları ilə ikitərəfli səviyyədə, istərsə də müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. O da vurğulanıb ki, BMT-nin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupuna – INSARAG-a üzv olan Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır.

Çıxışında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirildiyini xatırladan nazir ölkəmizin qlobal problemlərin həlli, o cümlədən ətraf mühitin qorunması məsələlərinə ciddi dəstək verdiyini vurğulayıb.

İki gün davam edən sammitdə ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində nazir bir sıra ikitərəfli görüşlər keçirib, həmçinin fövqəladə hallarla mübarizə üzrə ən müasir texnika və avadanlıqların, müxtəlif vasitələrin nümayiş olunduğu sərgi ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!