01 İyun 2023 16:01
423
İQTİSADİYYAT
A- A+
“Azərbaycan qabaqcıl enerji infrastrukturuna və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir” - Qari Counz  

“Azərbaycan qabaqcıl enerji infrastrukturuna və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir” - Qari Counz  

 

Bu tədbir enerji sektorunun qarşısında duran məsələlərin və imkanların müzakirəsi baxımından çox önəmlidir. Xüsusən də indi, dəyişən enerji dünyasında Azərbaycanın rolunun getdikcə artdığı bir dövrdə. Azərbaycanın həm karbohidrogenlər, həm də bərpaolunan enerji mənbələri baxımından nəhəng potensialı var.

AZƏRTAC xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz Bakı Enerji Forumunda deyib.

O bildirib ki, dünyanın daha yaxşı, daha balanslı enerji sisteminə ehtiyacı var: “Balanslı dedikdə, biz təhlükəsiz, əlçatan və daha az karbonlu enerji təmin edə biləcək sistem nəzərdə tuturuq. Şirkət olaraq hesab edirik ki, bu məsələnin həllinə iki yolla dəstək verə bilərik: həm enerji keçidinə, həm də əsasən karbohidrogenlərdən ibarət enerji sisteminə investisiya qoymaqla. Hazırda Xəzər regionundakı fəaliyyətimiz hər iki həll yolunun həyata keçirilməsini dəstəkləyir. Biz Xəzərdə dünya səviyyəli karbohidrogen biznesi həyata keçiririk və bununla da dünyaya bu gün ehtiyacı olan enerjini veririk”.

Qari Counz vurğulayıb ki, Azərbaycan qabaqcıl enerji infrastrukturuna, güclü tərəfdaşlıqlara və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir: “Bunun sayəsində, ölkə enerji keçidində də irəlidə gedə bilər. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi, BP buna dəstək olmağa hazırdır”.

O, bununla yanaşı, Azərbaycandakı neft və qaz hasilatında karbonsuzlaşdırmanın və emissiyaların azaldılmasının yollarını axtardıqlarını bildirib: “Sahələrimizdə məşəlin müntəzəm yanmasını aradan qaldırmaq istiqamətində işləyirik və emissiyaları 50 faiz azaltmaq üçün obyektlərimizdə metan detektorları quraşdırırıq. ACE platformasının daha az karbonlu olması nəzərdə tutulub. ACE uzaq məsafədən idarə ediləcək və onun əksər sistemləri və prosesləri avtomatlaşdırılacaq. “Şahdəniz” yatağında “Şahdəniz Alfa” platformasındakı dizel generatorlarının “Şahdəniz Bravo”nun qazla işləyən daha az emissiyalı generatorlarında hasil olunan enerji ilə əvəzlənməsi üçün də işlər aparırıq. Bu, “Şahdəniz Alfa”dan karbon tullantılarının azaldılmasına və platformanın istismar səmərəliliyinin artırılmasına kömək edəcək”.

“Enerji keçidini sürətləndirmək üçün tədbir görmək lazımdır. Bunun üçün biz həm enerji keçidinə, həm də enerji təhlükəsizliyinə investisiya qoymalıyıq. Azərbaycanın zəngin enerji potensialı var və bu ölkə keçid prosesində irəliləmək üçün unikal mövqedədir. Təhlükəsiz, məsuliyyətli və dayanıqlı şəkildə Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatını davam etdirməklə yanaşı, birlikdə ölkənin bərpaolunan enerji üzrə potensialını da inkişaf etdirə bilərik”,- deyə o fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!