29 Oktyabr 2024 09:10
295
İQTİSADİYYAT
A- A+
Tezliklə Abşeronda abadlaşmayan ərazi qalmayacaq

Tezliklə Abşeronda abadlaşmayan ərazi qalmayacaq


Rayon ərazisində aparılan yenidənqurma və yaşıllaşdırma işləri COP29 ərəfəsi daha da sürətlənib


BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) az vaxt qalıb. Ölkəmizdə keçirilən bu möhtəşəm tədbirə hazırlıq işləri isə özünün son mərhələsinə qədəm qoyub.

2024-cü il ölkəmizdə həm də "Yaşıl dünya naminə həmrəylik ili" kimi əlamətdardır. Əslində, COP29 və "yaşıl dünya" naminə həmrəylik bir-birindən ayrılmaz anlayışlardır, məntiqcə bir-birinin davamıdır. Bu çərçivədə keçirilən tədbirlər, o cümlədən ölkəmizin bütün regionlarında aparılan abadlıq və yaşıllaşdırma işləri bunu təsdiqləyir. Abşeron rayonu da təbii olaraq bu mühüm kampaniyadan kənarda  qalmır.

Rayon rəhbərliyinin, idarə və müəssisələrin kollektivlərinin, Abşeron RİH könüllülərinin, şəhid ailələrinin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri "yaşıl aksiya"lar ilk növbədə rayon ərazisindən keçən magistral yolların kənarlarını əhatə edir. Oktyabrın 18-dən başlanan aksiyada ümumilikdə 16500 ağac və həmişəyaşıl gül kolu əkilib. Əkilən ağaclara lazımi aqrotexniki qulluq göstərilib, həmin sahələrə suvarma şəbəkəsi çəkilib.

Xırdalan şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında da abadlıq tədbirləri həyata keçirilib. Parkın ərazisində 2000 kvadratmetrə yaxın sahədə çəmənlik salınıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bundan əlavə, parkda ümumi iməcilik keçirilib, ərazi alaq otlarından təmizlənib.  Bütün bunların sayəsində yarımsəhra ərazi hesab olunan Abşeron rayonunun bütün kənd və qəsəbələri yeni görkəm alıb. 

Amma bir iş də var ki, təmizlik və abadlıq yoxdursa, yaşıllığın heç bir faydası olmaz. Yaşıllıq nə qədər gözəllik gətirsə də, ətrafa təmiz hava bəxş etsə də, səliqə-sahman, abadlıq bir başqadır. Odur ki, rayonda bu məsələlər diqqət mərkəzindədir. Abadlıq və Kommunal Xidmətlər İdarəsinin işçiləri daim küçə və parklarda ümumi səliqə-sahmanın olmasına çalışır, eyni zamanda  yaşıllıqlara  qulluq edirlər. Saray, Mehdiabad, Masazır, Novxanı, digər kənd və qəsəbələrdə yolların kənarlarına əkilmiş ağacların boy atıb böyüməsində onların da əməyi az deyil.

Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində əsaslı təmir işlərinin aparılması sayəsində həm ərazi abadlaşıb, həm də sürücülər, sərnişinlər, piyadalar rahatlığa çıxıblar. Masazır, Saray, Ceyranbatan və yaxınlıqda yerləşən yaşayış massivlərində isə ticarət obyektləri təmir edilir. Təmirdən sonra onlar yol kənarında salınan yaşıllıq zolaqları ilə birlikdə əraziyə ayrı görkəm verəcək. Yeri gəlmişkən, ərazidəki bir çox reklam lövhəsi də yenilənir, yolların işıqlandırılması sistemi dəyişdirilir. 

Həmişə qonaqlarını günəşinin hərarəti ilə qarşılayan "qızıl qumlu" Abşeron indi onları həm də yaşıllıqları ilə heyrətləndirəcək, gülü-çiçəyi ilə salamlayacaq. Başqa sözlə, abşeronlular da COP29-un qonaqlarını layiqincə qarşılayacaqlar. 


A.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!