31 Oktyabr 2024 08:45
130
İQTİSADİYYAT
A- A+
Növbəti toxum sərgi-satış yarmarkasının ünvanı Beyləqan oldu

Növbəti toxum sərgi-satış yarmarkasının ünvanı Beyləqan oldu


Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi  və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Beyləqan rayonunda keçirilib.

İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından olan fermerlərin qatıldıqları toxum sərgi-satış yarmarkasında yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələri üzrə ixtisaslaşmış özəl şirkətlər iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər dövlət qurumları öz xidmətləri barədə fermerləri məlumatlandırıblar. Festivalda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib.

Festival çərçivəsində Beyləqan rayonunda "Mil-Muğan iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" da keçirilib. "Dəyirmi masa"da iqtisadi rayonun prioritet istiqamətlərindən olan pambıqçılıq sahəsi üzrə "Pambıqçılıqda innovativ texnologiyalar: mövcud vəziyyət və qarşıda duran vəzifələr" mövzusunda müzakirələr aparılıb. Tədbirdə pambıqçılığın inkişafına dair məsələlər, cari vəziyyət və inkişaf prespektivlərinə dair bu sahədə ixtisaslaşmış "P-Agro", "Azərpambıq" MMC, "MKT İstehsalat və Kommersiya" şirkətinin və  digər müəssisələrin, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun mütəxəssisləri çıxış edərək fikir mübadiləsi aparıblar. Müzakirə zamanı subsidiyaların verilməsi, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılması, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə, növbəli əkin sisteminin tətbiq olunması ilə bağlı fikirlər səsləndirilib, aqrotexniki tədbirlərin düzgün və zamanında yerinə yetirilməsi, aqrokimyəvi analizlərin aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

15:15
31 Oktyabr

Çində yanğın nəticəsində 20-dən çox insan xəsarət alıb

15:12
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

14:59
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:54
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

14:51
31 Oktyabr

Qazaxıstan COP29-da ilk dəfə öz pavilyonunu təqdim edəcək

14:48
31 Oktyabr

Naftalana gələn xarici turistlər arasında Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

14:45
31 Oktyabr

COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yeni məhsullara üstünlük veriləcək  

14:36
31 Oktyabr

Azərbaycanın gənc boksçuları dünya birinciliyində yeni rekorda imza atıblar  

14:33
31 Oktyabr

Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub YENİLƏNİB

14:32
31 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:27
31 Oktyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

14:26
31 Oktyabr

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!