17 Sentyabr 2024 08:00
2172
SİYASƏT
A- A+
Azərbaycan nümunəsi

Azərbaycan nümunəsi


Dövlətimiz milli maraq və mənafelərini qətiyyətlə təmin edir


Qarşıdan Vətən müharibəsinin başlanmasının 4-cü, antiterror tədbirlərinin isə birinci ildönümü gəlir. Torpaqlarımızın işğaldan azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunması və erməni separatizminə son qoyulması ilə nəticələnən bu hadisələr tariximizi şərəfləndirdi, xalqımızı qürurlandırdı. Eyni zamanda tarixi nailiyyətlər təsdiq etdi ki, Azərbaycan öz milli maraq və mənafelərini qətiyyətlə təmin edə bilən dövlətdir.


Müstəqil siyasətin möhtəşəm nəticələri


Ümumiyyətlə, müstəqillik tariximiz qürurdoğuran həqiqətlərlə zəngindir. Bu həqiqətlərdən biri yerləşdiyi coğrafi bölgənin aparıcı dövləti kimi tanınan Azərbaycanın qlobal səviyyədə də söz sahibi kimi qəbul edilməsidir. Bir vaxtlar dərin siyasi və iqtisadi böhranlar məngənəsində olan Azərbaycan indi regionda və dünyada özünün möhkəm mövqeləri, yüksək nüfuzu ilə fərqlənən dövlətdir. Azərbaycan o dövlətlərdəndir ki, dünyada sülhə, təhlükəsizliyə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük töhfələr verir.

Əlbəttə, Azərbaycanın regional və qlobal miqyasda uğurlarını şərtləndirən ən mühüm səbəblərdən biri yürütdüyü müstəqil siyasətdir. Bu siyasətin müstəqil olması, xalqın və dövlətin maraqlarına xidmət etməsi güclü respublikamızın uğurlarını  xarakterizə edən əsas məqam kimi özünü göstərir. Azərbaycanın bütün regional və qlobal məsələlərə dair özünün mövqeyi var. Prezident İlham Əliyev bununla bağlı deyib: "Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik".

Müstəqil siyasət yürütmək hər dövlətə nəsib olmur. Ermənistanın nümunəsində bunu görmək mümkündür. Yaxud müstəqil siyasət yürüdüb xarici təzyiqlərin qarşısında duruş gətirə bilmək də hər dövlətin işi deyil. Bununla bağlı kifayət qədər nümunələr çəkmək olar. Müstəqil siyasət yürütmək qlobal proseslərdə fəal iştirak etmək, öz mövqeyini göstərmək, milli mənafelərini təmin edə bilməkdir. Bu kontekstdən yanaşanda Azərbaycan həm müstəqil siyasət yürüdən, həm də ona qarşı olan bütün təzyiqləri qətiyyətlə dəf edərək, öz milli maraqlarını inamla reallaşdıran dövlətdir. 

Azərbaycanın müstəqil siyasi kursunun nəticəsidir ki, enerji siyasətimiz dövlətimizin milli maraqlarına uğurla xidmət edir. Reallaşan hər bir enerji və nəqliyyat layihəsi məhz Azərbaycanın qətiyyətli siyasətinin təcəssümüdür. Bu yolda respublikamız anti-azərbaycançı dairələrə, dünya erməniliyinə sinə gərib, onların bütün planlarını iflasa uğradıb. Azərbaycanın regionda söz sahibi olması onun müstəqil siyasətinin təntənəsidir.


Mükəmməl təqdimat


Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunması bir daha Azərbaycanın qətiyyətli siyasətinin möhtəşəm nəticələri oldu. Bu zəfərlərin hər biri Azərbaycanın qlobal səviyyədə nümunəvi təqdimatına çevrildi.  Belə ki, Vətən müharibəsinə qədər Azərbaycanı regionun lideri kimi tanıyan beynəlxalq ictimaiyyət 2020-ci ilin payızından onu həm də torpaqlarını güc yolu ilə azad edən dövlət, qalib ölkə kimi tanıyır.

Bu gün dünyada işğala və separatçılığa məruz qalan neçə dövləti göstərə bilərik. Lakin ərazisinin işğalına son qoymağı bacaran dövlət tapmaq əsla mümkün deyil.  Bu mənada respublikamız torpaqlarını döyüş yolu ilə işğaldan azad etməklə, çağdaş dövrümüzdə nadir bir nümunəyə imza atdı. "Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər", - deyə dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışında bildirmişdi.

Torpaqlarımızın azadlığı təsdiq etdi ki, ədalətsizliyin və ikili standartların hökm sürdüyü bir şəraitdə yalnız qətiyyətli və müstəqil siyasəti olan dövlətlər öz haqlarını inamla təmin edə bilərlər. 


Etibarlı tərəfdaş


Bir məsələni də qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət Azərbaycanı qalib dövlətə çevirməklə, regionun lider dövləti səviyyəsinə yüksəltməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Dünyada ölkəmizə güvənirlər, etimad göstərirlər. Avropa İttifaqına üzv dövlətlərin 10-u ilə Azərbaycan arasında strateji tərəfdaşlıq adlanan sənədlərin imzalanması da bunu təsdiq edir. Avropa İttifaqının Azərbaycanla enerji təhlükəsizliyi sahəsində fəal əməkdaşlıq etməsi də bundan irəli gəlir. 

Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib. Ərazi bütövlüyümüzün bərpasından sonra isə respublikamız öz tarixinin və inkişafının yeni mərhələsinə qədəm qoyub. Qalib Azərbaycan bu mərhələdə də özünün milli maraqlarını qətiyyətlə təmin edəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:33
13 Mart

"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı

00:32
13 Mart

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

00:30
13 Mart

“Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:28
13 Mart

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında

00:27
13 Mart

“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRAR

00:26
13 Mart

“Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi haqqında

00:24
13 Mart

Komitə sədri: Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır  

22:13
12 Mart

Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib

22:12
12 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

22:10
12 Mart

Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

22:09
12 Mart

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

22:08
12 Mart

Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

22:06
12 Mart

TDT-nin yenilənmiş bayrağı rəsmi mərasimlə qaldırılıb

22:04
12 Mart

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

22:02
12 Mart

Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq

22:01
12 Mart

Azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub

19:46
12 Mart

Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

19:44
12 Mart

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB

19:43
12 Mart

Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər

19:41
12 Mart

Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda bir sıra görüşlər keçirib

19:39
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!