17 Avqust 2024 09:30
1307
CƏMİYYƏT
A- A+
Azad Xocalıda zəfər seçkisi

Azad Xocalıda zəfər seçkisi

 

Xocalılılar doğma  yurdlarında ilk dəfə parlament seçkilərində iştirak edəcəklər

 

İşğaldan azad edilmiş ərazilərimiz sözün əsl mənasında böyük inşaat meydanını xatırladır. Bütün şəhər və rayonlarımız bərpa edilir, bir daha qurulur, onlara yeni həyat verilir və keçmiş məcburi köçkünlər tədricən doğma yurdlarına geri qayıdırlar. Böyük qayıdışın ünvanlarından biri də üzləşdiyi soyqırımı faciələri ilə tariximizdə dərin iz buraxmış Xocalı rayonudur.

 

Abad küçələr, yaraşıqlı evlər...

Növbədənkənar parlament seçkilərinə hazırlığın gedişatı ilə yaxından  tanışlıq üçün 118 saylı Ağdam-Xocalı seçki dairəsinin Xocalı rayonunu əhatə edən seçki məntəqələrinə baş çəkərkən Xocalı şəhərinin özünü də görmək imkanı əldə etdik.

Ermənistan tərəfindən xalqımıza qarşı ən böyük soyqırımı cinayətinin törədildiyi, şəhidlərin qanı ilə müqəddəsləşən bu şəhər indi özünün yeni həyatını yaşayır. Torpaqlarımızda erməni separatizminə son qoyulmasından sonra Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulan şəhərdə qısa müddətdə xeyli iş görülüb və bu il may ayının 28-də ilk 20 ailə Xocalıya qayıdıb. Həmin gün Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalı şəhərinə köçən sakinlərlə görüşü Böyük qayıdışın yaddaqalan hadisələrindən birinə çevrildi.

Xocalı şəhərinə ilk qayıdış köçünün Azərbaycanın Müstəqillik Günündə baş tutmasının da rəmzi mənası var. Bu qayıdışla həm də Xocalı şəhidlərinin, soyqırımı qurbanı olmuş bütün soydaşlarımızın qisası alındı. İndi onların ruhu rahatdır.

Qeyd edək ki, 32 ilə yaxın işğal dövründə ermənilər digər şəhər və kəndlərimiz kimi, Xocalı şəhərində də barbarlıq etmişdilər. Antiterror tədbirlərindən sonra Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunan şəhər təkcə Qarabağın deyil, respublikamızın ən gözəl yaşayış ünvanlarından birinə çevrilir. İndi Xocalının abad küçələrini, üzərində üçrəngli bayrağımız dalğalanan inzibati binalarını və yaraşıqlı yaşayış evlərini görmək həqiqətən qürurvericidir.

 

Şəhərə 44 ailə qayıdıb

 

Xocalının yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar əraziləri əhatə etməklə iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, şəhər üzrə bu işlərin böyük hissəsi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Şəhərdə orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Bu il fevralın 26-da isə Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyulub.

32 illik ayrılıqdan sonra Xocalı sakinləri öz doğma şəhərlərində yaşamağa başlayıblar. İndiyədək Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib və bərpa işləri tamamlandıqca köç edən şəhər sakinlərinin sayı da artacaq.

Xocalıda söhbətləşdiyimiz şəhər sakinləri doğma yurda qayıtdıqlarına, dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər, şəhidlərimizə rəhmət dilədilər. Torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə təşəkkürlərini ifadə etdilər, Vətən müharibəsində və antiterror tədbirlərində canlarından keçən şəhidlərimizə rəhmət, qazilərə şəfa dilədilər.

Xocalılılar 1992-ci ilin fevral ayının qarlı qış günündə soyqırımına məruz qalaraq, yüzlərlə şəhid verərək bu şəhəri tərk etmişdilər. Lakin hər birinin taleyində vaxtilə ağır iz buraxmış bu şəhərə ləyaqətlə qayıdıblar. Çünki doğmalarına, yaxınlarına qarşı soyqırımı faciəsi törədən düşmən üzərində qələbə çalaraq evlərinə dönüblər. Və bu torpaqların əzəli sahibi kimi bundan sonra əbədi olaraq Qarabağda, Xocalıda yaşayacaqlar. Ona görə söhbət etdiyimiz hər bir Xocalı sakini həm də qürurlu idi.

 

73 saylı MnSK-nın ilk sınağı

 

Xocalı sakinləri üçün əlamətdar hadisələrdən biri də odur ki, onlar müstəqillik dövründə ilk dəfə olaraq doğma şəhərlərində parlament seçkisində iştirak edəcəklər. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri Xocalı şəhər sakinlərinin doğma yurdlarında səs verəcəkləri ilk seçki olacaq. Şəhərdəki 73 saylı seçki məntəqəsinin ilk seçki sınağı da məhz parlament seçkiləridir.

Şəhərlə tanışlıqdan sonra yolumuzu 1 nömrəli tam orta məktəbin inzibati binasında yerləşən 73 saylı məntəqə seçki komissiyasından (MnSK) saldıq. MnSK-nin sədri Ceyhun Əbdülovun sözlərinə görə, Xocalı sakinlərinin ilk dəfə öz doğma şəhərlərində səs verə bilmələri, bütövlükdə isə seçkilərin Qarabağ və Şərqi Zəngəzurda təşkil olunması olduqca mühüm siyasi hadisədir. MnSK sədri qeyd etdi ki, 73 saylı seçki məntəqəsi Xocalı şəhərini əhatə edir və burada qısa müddətdə seçicilərə öz səsvermə hüquqlarından azad şəkildə istifadə etmələri üçün lazımi şərait yaradılıb. Bu seçki məntəqəsinin formalaşması həm də Xocalıda lazımi infrastrukturların yaradılmasından xəbər verir.

Parlament seçkilərinə hazırlığa gəldikdə Ceyhun Əbdülov dedi ki, bütün hazırlıq prosesi Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun aparılıb. Seçicilərlə görüş üçün yerlər isə şəhərdəki 1 nömrəli məktəbin qarşısı və idman zalı müəyyənləşdirilib.

Onu da öyrənirik ki, bu seçki məntəqəsi üzrə ən yaşlı seçicinin 72 yaşı var. İki nəfər gənc isə həyatlarında ilk dəfə səs verəcəklər.

73 saylı MnSK-nın üzvlərinin siyasi mənsubiyyəti isə respublikamızda seçki komissiyalarının demokratik əsaslarla formalaşdırılmasının bariz nümunəsidir. Belə ki, bu MnSK-nın üzvlərindən 2 nəfər Yeni Azərbaycan Partiyasını, 1 nəfər Böyük Quruluş Partiyasını, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir. Həmçinin 2 üzv bitərəfdir.

 

Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb

 

Xocalı rayonu üzrə daha iki seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 71 saylı MnSK rayonun Təzəbinə kəndində yerləşir. Orta məktəbin binasında yerləşən seçki məntəqəsi MSK tərəfindən lazımi texniki avadanlıqla təmin edilib. Komissiyanın sədri Sovet Allahverdiyevin sözlərinə görə, parlament seçkilərinə hazırlıq öz axarı ilə davam edir, həmçninin MnSK üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak edirlər.

Xocalı rayonundakı 72 saylı seçki məntəqəsi isə Əsgəran qəsəbəsindəki uşaq bağçasının inzibati binasında fəaliyyət göstərir. Komissiyanın sədri Əliniyaz Nəcəfov dedi ki, seçki məntəqəsi üzrə seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi şərait mövcuddur və demokratik standartlara uyğun seçki şəraiti tam təmin edilib. Bu seçki məntəqəsi üzrə iki gənc həyatında ilk dəfə səsvermədə iştirak edəcək, ən yaşlı seçicinin yaşı isə 60-dan yuxarıdır.

 71 və 72 saylı MnSK-lar üzrə müşahidələrimiz onların tamamilə demokratik əsaslarla formalaşdırıldığını göstərdi. Belə ki, hər iki komissiyada 2 üzv Yeni Azərbaycan Partiyasını, 1 üzv Böyük Quruluş Partiyasını, 1 üzv isə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir. Hər məntəqənin 2 üzvü bitərəfdir.

Xocalı rayonundan yüksək təəssüratlarla ayrıldıq. Xüsusilə qeyd etməliyik ki, Böyük qayıdışın ünvanlarından biri olan Xocalı şəhəri burada müstəqillik illərində keçiriləcək ilk parlament seçkisinə tam hazırdır. 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Bakı-Xocalı-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!