03 May 2026 17:41
873
Təhsil
A- A+
Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirilib

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirilib


Mayın 2-3-də altıncı “Yüksəliş” müsabiqəsinin ilk imtahan mərhələsi olan Ümumi biliklər imtahanı keçirilib. Bununla da müsabiqənin qeydiyyat mərhələsini uğurla tamamlayan namizədlər üçün bilik və bacarıqların qiymətləndirilməsi prosesinə start verilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda təşkil olunan imtahan “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları” və “Müasir trendlər” üzrə sualları əhatə edib. Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. Saat 15:00-da başlayan imtahan 90 dəqiqə davam edib. İmtahana ümumilikdə 10 min 176 nəfər qoşulub.

İmtahan başa çatdıqdan sonra iştirakçılara 24 saat ərzində şəxsi kabinetləri vasitəsilə imtahan platformasına daxil olaraq suallar və cavablar ilə tanış olmaları üçün şərait yaradılıb. Ümumi biliklər imtahanında minimum 60 bal toplayan iştirakçılar müsabiqənin növbəti mərhələsi olan Analitik təhlil imtahanına vəsiqə qazanacaqlar. Ümumi biliklər imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 3–5 iş günü ərzində iştirakçıların şəxsi kabinetinə hesabat formasında yerləşdiriləcək.

Bu il Ümumi biliklər imtahanı əvvəlki illərdən fərqli olaraq yenilənmiş sual formatı və texniki yanaşma əsasında keçirilib. Hər blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıq tipli suallardan ibarət olub. Açıq tipli sualların 6-sı seçim, 4-ü isə boşluqdoldurma formatında təqdim edilib. Qapalı suallar sırasında audioformatlı suallar da yer alıb. Bundan əlavə, imtahan zamanı suallar bloklar üzrə ardıcıl şəkildə cavablandırılıb və blok daxilində əvvəlki suallara geri qayıtmaq imkanı olmayıb. Tətbiq olunan yeniliklər iştirakçıların diqqət, analitik yanaşma, məlumatı düzgün qiymətləndirmə və qərarvermə bacarıqlarının daha çevik şəkildə ölçülməsinə xidmət edib.

İmtahan günlərində iştirakçıların texniki suallarının operativ cavablandırılması məqsədilə “Yüksəliş” müsabiqəsi üzrə “1820” Çağrı Mərkəzi, müsabiqənin sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativ qaydada baxılaraq cavablandırılıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

12:45
08 İyun

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

12:36
08 İyun

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri 

12:29
08 İyun

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

12:25
08 İyun

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

12:24
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!