24 İyun 2026 11:02
667
Elm və texnika
A- A+
Milli Aviasiya Akademiyasında “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub  

Milli Aviasiya Akademiyasında “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub  


Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, açılışda çıxış edən MAA-nın birinci prorektoru professor Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin adından iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bu elmi tədbirin keçirilməsi xüsusi aktuallıq kəsb edir.

Qeyd olunub ki, Azərbaycan Respublikasında süni intellektin inkişafı və tətbiqi istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən imzalanmış və 2025–2030-cu illəri əhatə edən “Rəqəmsal İnkişaf və Süni İntellekt Strategiyası” ilə sistemləşdirilib, strateji əsaslar üzərində qurulub. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən bu sənəd ölkəmizdə rəqəmsal transformasiyanın aparıcı istiqamətlərini müəyyənləşdirib, süni intellektin iqtisadiyyat, elm, təhlükəsizlik və cəmiyyətin digər əsas sahələrinə inteqrasiyasını nəzərdə tutur.

Müasir dövrdə süni intellekt texnologiyaları qlobal elmi-texnoloji inkişafın ən aparıcı alətlərindən birinə çevrilməkdədir. Bu, yalnız informasiya texnologiyaları sahəsi ilə məhdudlaşmır, aviasiya, kosmik tədqiqatlar, təhlükəsizlik sistemləri, təhsil, idarəetmə, müdafiə sənayesi və digər strateji sahələrdə geniş tətbiq imkanları yaradır. Aerokosmik sahədə süni intellektin tətbiqi böyük həcmli məlumatların emalı, uçuşların təhlükəsizliyinin artırılması, peyk müşahidələrinin təhlili, intellektual idarəetmə sistemlərinin qurulması və simulyasiya texnologiyalarının inkişafı baxımından yeni elmi və praktiki imkanlar açır.

Ə.Səmədov Milli Aviasiya Akademiyasının gələcək inkişafını müəyyən edən əsas strateji hədəflərdən bəhs edib. Qeyd olunub ki, Akademiyanın prioritet istiqamətləri sırasında aviasiya və aerokosmik sahədə süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi, pilotlu və pilotsuz uçuş aparatlarının idarə olunması, aerokosmik texnologiyaların inkişafı, uçuş aparatlarının layihələndirilməsi və struktur təhlili, aerodinamik modelləşdirmə, qərarların qəbuluna dəstək sistemləri və simulyasiya platformalarının yaradılması yer alır.

Bununla yanaşı, nəqliyyat və logistika sahəsində süni intellektin tətbiqi, hava hərəkətinin optimallaşdırılması, uçuşların planlaşdırılması, hava məkanından səmərəli istifadə, ağıllı nəqliyyat infrastrukturunun layihələndirilməsi və analitik sistemlərin inkişafı da əsas hədəflər sırasındadır.

Eyni zamanda, süni intellektin hüquqi statusu, məsuliyyət bölgüsü, alqoritmik ədalət prinsipləri, vətəndaş hüquqları və fərdi məlumatların qorunması mexanizmlərinin tədqiqi, eləcə də innovativ təhsil mühitinin formalaşdırılması, yeni tədris metodlarının hazırlanması, nəzəri və praktiki biliklərin inteqrasiyası, təhsildə süni intellekt texnologiyalarının tətbiqi və elmi startap təşəbbüslərinin dəstəklənməsi Akademiyanın strateji inkişaf prioritetləri kimi müəyyən edilib.

Prorektor bildirib ki, konfransda plenar çıxışlarla yanaşı, 6 bölmədə 90 məruzə dinləniləcək. Tədbirdə Türkiyə, Rusiya, İsveç, Danimarka, Qazaxıstan, Özbəkistan və Almaniyadan olan alim və mütəxəssislər iştirak edəcəklər. Azərbaycanın və xarici dövlətlərin 30-a yaxın ali təhsil müəssisəsindən, elm mərkəzlərindən, dövlət qurumlarından və şirkətlərdən tədqiqatçılar və alimlər tədbirə qatılıblar.

Professor Ə.Səmədov konfransın yüksək səviyyədə təşkilinə töhfə verən bütün təşkilatçılara, iştirakçılara və tərəfdaş qurumlara dərin təşəkkürümü bildirib. O, iştirakçılara məhsuldar fikir mübadiləsi, elmi axtarışlarda uğurlar və ikigünlük dialoqdan sonra davam edəcək ortaq layihələr arzulayıb.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının qlobal miqyasda baş verən proseslərin əsas hərəkətverici qüvvələrindən biri olduğunu bildirib. Alim supergüc dövlətlər arasında rəqabətin getdikcə texnoloji müstəviyə keçdiyi bir şəraitdə Azərbaycanın xarici siyasətində də süni intellektin strateji prioritet kimi xüsusi yer tutduğunu diqqətə çatdırıb.

İnstitutun baş direktoru ölkənin daxili siyasətinin qlobal tendensiyalarla uzlaşdırıldığını və bu çərçivədə süni intellekt və rəqəmsal inkişaf sahəsində sistemli yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb. Alim, həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, eləcə də Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi dövlət tərəfindən bu sahənin inkişafına göstərilən xüsusi diqqəti nümayiş etdirir.

Akademik Rasim Əliquliyev hazırda ölkəmizdə rəqəmsallaşma istiqamətində mühüm addımların atıldığını qeyd edərək, rəqəmsal dövlətin texnoloji, data və şəbəkə suverenliyi kimi əsas arxitektur tələblərə cavab verməsinin vacibliyini diqqətə çatdırıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul katibi Elvin Balacanov “Süni intellekt və aerokosmik sistemlərin kibertəhlükəsizliyi: yeni risklər və müdafiə yanaşmaları” mövzusunda çıxış edib.

Almaniyadan HADES eksperimentinin fizika üzrə koordinatoru professor Anar Rüstəmov “Qeyri-səlis intellekt: mürəkkəb sistemlərdə faza keçidlərinin aşkarlanması”, Daşkənd Dövlət Nəqliyyat Universitetinin professoru Hamida Xusnutdinova “Süni intellektin təhsil prosesinə inteqrasiyası”, ADA Universitetinin İnformasiya-Texnologiyaları və Mühəndislik Məktəbinin dekanı Abzətdin Adamov “Müasir süni intellektdə insan səviyyəli intellektə nail olunmasının mühəndislik problemləri” mövzularında videoməruzələrlə çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

23:55
26 İyul

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-4 dərəcə enəcək

19:19
26 İyul

FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

18:57
26 İyul

Peskov: Ukrayna ilə bağlı yeni təkliflərə reaksiya Rusiyanın maraqlarından asılı olacaq

17:21
26 İyul

Hörmüz boğazında tanker minaya düşüb

16:48
26 İyul

Füzulidə Aerokosmik Modelçilik Festivalında 200-ə yaxın gənc bacarıqlarını nümayiş etdirib

14:51
26 İyul

İran ordusu müharibənin genişlənəcəyi ilə bağlı xəbərdarlıq edib

14:47
26 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:46
26 İyul

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!