Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şeyxülislam təbrikdə qədim və gözəl bahar bayramı, yeni günün və yenidən dirçəlişin timsalı olan Novruz münasibətilə xalqımızı ürəkdən təbrik edib, Allah-Taaladan səadət və rifah, xeyirli və bərəkətli ömür diləyib.
Qeyd edib ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. “Qurani-Kərim”də bu dirçəlişin ilahi mənası, “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanmış, küsülülər barışmış, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşmüşlər.
A.Paşazadə təbrikində, həmçinin bildirib: “Builki Novruz həm də İslam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən bizim üçün daha da dəyərli və əlamətdardır. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafına, Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız bu tərəqqinin təminatını möhtərəm Prezident İlham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi .... dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu təqdir edir. Dövlət rəhbərimizin milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mədəni abidələrimizin bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət paytaxtımız Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasını tərənnüm edir. Bu gün Qarabağın işğaldan azad olmuş bütün məkanlarında, keçmiş separatçılıq yuvası Xankəndinin mərkəzində alovlanan Novruz tonqallarında bizə, bütün xalqımıza bayram sevincini yaşatdığına görə Uca Yaradana sonsuz həmd-sənalar edir, xalqımızın və qəhrəman ordumuzun qalib sərkərdəsinə dərin minnətdarlığımızı bildiririk!”
Şeyxülislam, eyni zamanda, bildirib ki, Qələbə daim dindarlarımızın, hər bir azərbaycanlının dualarında olmuşdur. “Həsrətində olduğumuz Qələbə naminə övladlarımız Allah yolunda, Vətən və millətin azadlığı uğrunda canlarını fəda etdilər, qanları ilə qazandıqları azadlığı gələcək nəsillərə əmanət etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu əziz Novruz və Ramazan günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan Bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq”, - deyə QMİ sədri vurğulayıb.
Allahşükür Paşazadə diqqətə çatdırıb ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək, bayram axşamı martın 20-də, Novruz bayramı isə martın 21-də qeyd olunacaq: “Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daim güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun! AMİN!”.
Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb
Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib
Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub
Azərbaycana yaz fəsli qədəm qoydu
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb
İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib
Müəllim və şagirdlər Novruz bayramını birlikdə qeyd ediblər
Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub
Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib
KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir
Novruz bayramı rənglər dünyasında
Nur şəhəri Mingəçevirə bayram nuru çiləndi
Tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü
İrəvan çıxılmaz durumdadır
Zəfər coşqulu Novruz
Ermənistan sülh prosesinə təxribatla cavab verir
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!