20 Mart 2025 09:00
443
SİYASƏT
A- A+
İrəvan çıxılmaz durumdadır

İrəvan çıxılmaz durumdadır


Bu ölkənin iqtisadi azadlıq indeksi getdikcə pisləşir


Ermənistanda postmüharibə dönəmində gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək. Lakin məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, sülh müqaviləsinin imzalanmasının yubadılması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. 

Ölkədə sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, tənəzzül durmadan genişlənməkdədir. Bu vəziyyətdə sadə vətəndaşların rifah halı daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın daha da artmasına rəvac verir. İndi bu ölkədə insanlar gələcəklərinə nikbin yanaşmır və əvvəlki kimi Ermənistanı tərk etməyə çalışırlar.

Yerdə qalanların durumu isə olduqca acınacaqlıdır. Onlar böyük səfalət içində yaşayır, gündəlik ərzaq almağa belə pul tapmaqda çətinlik çəkirlər. Məhz bunun nəticəsidir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank faizləri isə kifayət qədər yüksəkdir.

Son 6 ayın nəticələrinə görə, Ermənistanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var. Ermənistanın rəsmi statistikasına görə, bu gün ölkədə hər 5 nəfərdən biri yoxsulluq həddində yaşayır. Beynəlxalq qurumların hesabatlarına görə isə bu göstərici hər 3 nəfərdən birinə aiddir. Sözügedən ölkənin rəsmi statistikasında hər 5 nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda bu rəqəm 25 faizə yaxındır.

"Heritage Foundation" tərəfindən dərc edilən "İqtisadi azadlıq indeksi-2025" illik hesabatına əsasən, 2025-ci ildə Ermənistanın iqtisadi azadlıq indeksi 65,4 bal olub, bu da əvvəlki ilin göstəricisindən 0,5 bənd yüksək, lakin 2021-ci il indeksindən 6,5 bənd aşağıdır. 

Qeyd edək ki, ardıcıl 3 illik enişdən sonra (ümumilikdə 7 bənd) Ermənistanın iqtisadi azadlıq indeksində 2025-ci ildə artım qeydə alınıb, lakin bu artım da qlobal orta göstəricidən 2 dəfədən çox aşağıdır. Metodologiyaya əsasən, cari ilin iqtisadi azadlıq indeksi əvvəlki ilin birinci yarısının və ondan əvvəlki ilin ikinci yarısının məlumatları əsasında hesablanır. Yəni 2019-cu ilin ikinci yarısı və 2020-ci ilin birinci yarısının məlumatları əsasında hesablanan 2021-ci il iqtisadi azadlıq indeksi pandemiyadan əvvəlki dövrdə olduğu kimidir.

Bütün bunların fonunda Ermənistanın bərpa göstəriciləri dünya və bütün regionlar üzrə orta bərpa göstəricilərindən xeyli aşağıdır. Yeri gəlmişkən, Ermənistan iqtisadi azadlıq səviyyəsinə görə dünyanın 176 ölkəsi arasında 57-ci yerdədir. İndeksin yüksəlməsinə baxmayaraq, Ermənistanın həmin reytinq cədvəlindəki mövqeyi 10 pillə pisləşib. Səbəb yenə də indeksin artımının dünya və bütün regionlar üzrə orta inkişaf tempindən əhəmiyyətli dərəcədə aşağı olmasıdır.

Ermənistanla yanaşı, Avropa regionunda digər 38 ölkənin (Ermənistan da daxil olmaqla) iqtisadi azadlıq indeksi artıb, onlardan 31-də Ermənistandan daha çox iqtisadi azadlıq indeksi artımı müşahidə olunub. Avropa regionu reytinqində isə Ermənistan 4 pillə geriləyərək 30-cu yerdədir. Ermənistanda "Bazarın açıqlığı" qrupunun hər 3 alt indeksi üzrə əhəmiyyətli azalma qeydə alınıb.

Bu arada Paşinyan hakimiyyətinin səriştəsizliyi və səhv addımları nəticəsində Ermənistan iqtisadiyyatı investisiya vakuumu içərisində qalıb. Baş nazir hakimiyyətə gələn kimi investorları təqib edib, cinayət işləri ilə qorxudub və iqtisadi layihələr öz siyasi məqsədlərinə xidmət edib. Məlumata görə, Amulsar kimi investisiya layihələrindən birinin qarşısını almaq üçün əllərindən gələni ediblər. Bu layihənin həyata keçirilməsini ən azı 7 il gecikdirərək investisiya nüfuzuna böyük zərbə vurublar. Əvvəlki dövrdə başlanan və demək olar ki, istehsal mərhələsinə daxil olmağa yaxın olan layihəni indi özlərinə aid etməyə çalışırlar. 

"4rd.am" nəşri yazıb ki, Paşinyan hökuməti 150 milyon dollar dəyərində zəmanətin verilməsini dövlət büdcəsini risk altına qoyaraq məcburi bir addım kimi atıb. Erməni ekspertlərin fikrincə, əgər vaxtında müxtəlif vasitələrlə maneə yaratmasaydılar və layihənin normal gedişatına icazə versəydilər, investisiyalar tamamlanacaq və mədən fəaliyyətə başlayacaqdı: "Bu halda təkcə 150 milyon dollarlıq büdcə zəmanəti vermək və dövlət borcunu artırmaq məcburiyyəti olmayacaqdı, həm də bu layihə ilə bağlı yaranmış çoxsaylı çətinliklərdən və itkilərdən qaçmış olacaqdıq. Bu gün onlar layihənin faydalarını elə əsaslandırırlar ki, sanki əvvəllər bu faydalar əldə edilməyəcəkdi".

Bu durumda ölkə daha çox xarici dövlətlərdən asılı vəziyyətə düşür. Belə vəziyyət isə bir dövlət kimi Ermənistanın məhvi deməkdir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!