20 Mart 2025 09:20
537
İQTİSADİYYAT
A- A+
KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir

KOB evləri sahibkarların ən çox üz tutduqları ünvana çevrilir


Müraciətlərin artması bu cür mərkəzlərin coğrafiyasının genişləndirilməsini şərtləndirir


Mühəndislərin bir sözü var: "İşləyirsə, əl dəymə". Amma biznesdə bu qayda işləmir. Çünki yaxşı işləyən daha yaxşı işləyə bilər. Bu prinsip sahibkarlara çox tanışdır, onlar rəqabətə adətən bundan istifadə edərək girirlər. Rəqabət isə sahibkarlara malik olduqları ilə kifayətlənməyə imkan vermir.

İş adamları deyirlər ki, biznes çayın axarına qarşı üzmək kimidir. Üzmürsənsə, çay səni götürüb aparacaq. Deməli, çayın axarına qarşı üzmək biznesi inkişaf etdirmək, rəqabətə tab gətirmək deməkdir. Və bu mühitdə formalaşan biznes güclənir, inkişaf edir. 

İdmançılar yarışda medal uğrunda, biznesdə isə sahibkarlar mənfəət üçün mübarizə aparırlar. Mənfəət biznesin inkişafı üçün ən vacib şərtdir. Mənfəətin hesabına əməkhaqları verilir, vergilər və sosial ödənişlər köçürülür, yeni avadanlıqlar alınır, ən son texnologiyalar tətbiq edilir, istehsal genişləndirilir və s. Həm də bu səbəbdən  Azərbaycanda sahibkarlığın inkişafı üçün biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir. Məhz bunlardan istifadə edib "axara qarşı üzməyi" bacaranlar bu gün iqtisadiyyatın davamlı və tarazlı yüksəlişinin  təmin edilməsində, regionların sosial-iqtisadi inkişafında böyük rol oynayırlar. 

Dünyanın hər yerində iqtisadi inkişafın lokomotivi kiçik və orta sahibkarlıq qəbul edilir. Kiçik və orta sahibkarlar iqtisadi fəallığın və məşğulluğun təminatında, ən əsası orta təbəqənin formalaşmasında həlledici söz sahibi hesab olunurlar. O üzdən kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Azərbaycanın da siyasəti sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsinin və onlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəlmiş özəl sektora  dövlət maliyyə köməyi mexanizmi yaradılmışdır. Bu sırada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlar və biznesə yeni başlayanlar üçün dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Həmin məkana KOBİA strukturunda fəaliyyət göstərən kiçik və orta biznes evləri (KOB evləri) də demək olar. Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılmasına, bu xidmətlərə asan və rahat çıxışın təmin olunmasına, dövlət-sahibkar münasibətlərinin daha çevik və şəffaf mexanizmlərlə həyata keçirilməsinə xidmət edən KOB evlərinin fəaliyyəti artıq bir neçə ildir ki, iş adamlarına xidmət sahəsində əhəmiyyətli dönüş yaradıb. 

Hazırda Yevlax, Xaçmaz və Bakıda  olmaqla 3 KOB evi fəaliyyət göstərir.  İlk KOB evi 2020-ci ilin fevral ayından Xaçmaz şəhərində, ikincisi isə 2021-ci ilin aprelindən Yevlax şəhərində sahibkarların istifadəsindədir. Sayca 3-cü olan Bakı KOB evi isə 2023-cü ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Qeyd edək ki, aparılan islahatların əsas istiqamətlərindən biri vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli həyata keçirilməsi, onların daha əlçatan olması, habelə bu sahədə şəffaflığın və operativliyin təmin edilməsidir. KOB evlərinin yaradılması da məhz bu məqsədi daşıyır. İş adamları biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziya, icazə və digər lazımi sənədlər, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edirlər. Bütün bunlar isə rahatlıqdan savayı, vaxta və xərclərə qənaət deməkdir. 

KOBİA-nın məlumatına görə, bu il martın 3-dən etibarən Bakı KOB evində daha bir xidmət fəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq Bakı KOB evində həyata keçiriləcək. Qeyd edək ki, KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox dövlət-biznes ("G2B") və zəruri biznes ("B2B") xidmətləri göstərilir. Üstəlik, KOB evlərində sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Məhz bu səbəbdən KOB evlərinə sahibkarlar tərəfindən edilən müraciətlərin sayında davamlı artım müşahidə olunur. Təkcə 2024-cü ildə KOB evlərində sahibkarlara 371 mindən çox xidmət göstərilib. Göstərilmiş xidmətlərin 288 min 255-i Bakı, 61 min 326-sı Yevlax, 21 min 723-ü Xaçmaz KOB evlərinin payına düşüb. Xidmətlərin 350 minə yaxını dövlət, 21 mindən çoxu isə biznes qurumları tərəfindən olub.

KOB evlərinə olan maraq onun sayının artırılmasını tələb edir. Bu səbəbdən hazırda Gəncədə KOB evinin yaradılması istiqamətində zəruri işlər görülür. Ölkənin digər şəhər və rayonlarında, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda da KOB evlərinin yaradılması nəzərdə tutulur. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

15:04
22 Mart

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb

14:57
22 Mart

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib

13:59
22 Mart

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

13:47
22 Mart

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

11:51
22 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

10:53
22 Mart

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

09:31
22 Mart

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!