20 Mart 2025 08:55
515
Mədəniyyət
A- A+
Zəfər coşqulu Novruz

Zəfər coşqulu Novruz


Xilaskar lider İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda alovlandırdığı bütöv Azərbaycanın bayram tonqalları həm də şanlı qələbəmizi simvolizə edir


Düz beş ildir ki, xalqımızın arzu və ümidlərindən qanadlanaraq Qarabağ və Şərqi Zəngəzurda şölə saçan bütöv Azərbaycanın bayram tonqallarını Müzəffər Ali Baş Komandan İlham Əliyev alovlandırır. Şuşada, Suqovuşanda, Talış kəndində, Xankəndi şəhərində, Həsənriz kəndində Qarabağın xilaskarı İlham Əliyevin öz əlləri ilə Novruz tonqalı alovlandırması həm də yeni başlanğıcların qoyuluşunu, bu yerlərə həyatın qayıdışını, insanların tarixi torpaqlarında əbədi xoşbəxt yaşayacaqlarını simvolizə edir. 

Düz beş ildir ki, el bayramımız yurdumuzun dörd bir tərəfində ikiqat coşqu ilə qeyd edilir. Dədə-baba torpaqlarından didərgin salınmış keçmiş məcburi köçkünlər qayıdış karvanları ilə Qarabağ və Şərqi Zəngəzura döndükləri, əziz bayramlarını el-obalarında qeyd etdikləri üçün özlərini dünyanın ən xoşbəxt insanları sanırlar... 


Bayram bayrama qarışıb


Xoş ənənəsinə xas olaraq bu il martın 18-də Novruz tonqalını Ağdərənin Həsənriz kəndində alovlandıran xilaskar lider İlham Əliyev kənd sakinlərinə bayram təbriklərini bu sözlərlə çatdırdı: "Bu gün Həsənrizdə İlaxır çərşənbə günündə görüşürük. Sizi, Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm. Ramazan bayramı da gəlir, Novruz bayramı da gəlir, bu gözəl bayram günündə, bayramlar ərəfəsində sizinlə görüşmək böyük məmnuniyyət doğurur".

Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Vətən müharibəsində qazandığımız şanlı Zəfər sayəsində yurdumuzun dörd bir yanı bayram əhvali-ruhiyyəsinə bürünüb. Novruz və digər milli bayramlarımız ikiqat təntənə, böyük qürur və xoşbəxtliklə qeyd olunur. 

Azərbaycanı Zəfər təntənəli günlərə yetirən işıqlı yolun təməli isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Müasir dövlətçiliyimizin banisi Ulu Öndər hər zaman bildirirdi ki, torpaqlarımız mütləq işğaldan azad ediləcək, məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar. 1998-ci il martın 20-də Mərdəkandakı "Abşeron" sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində Ümummilli Lider bununla bağlı böyük inamını qətiyyətlə belə ifadə etmişdi: "Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır". 

Bu gün Qarabağda və Şərqi Zəngəzurda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən alovlandırılan bayram tonqalları Ulu Öndər Heydər Əliyevin vaxtilə ifadə etdiyi böyük inamından doğan arzularının gerçəyə çevrilməsinin rəmzidir.   

Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Həsənriz sakinləri ilə görüşən, onlarla birlikdə bayram tonqalı alovlandıran Prezident İlham Əliyev də məhz bu məqama məxsusi vurğu etdi: "Biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, "dəmir yumruğ"u yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha təbrik edirəm sizi. Bir daha bayramınız mübarək".


Həyat yenidən başlayır


Torpaqlarımız işğaldan azad ediləndən dərhal sonra Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında bu ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Böyük qayıdışı milli çağırışımız kimi müəyyənləşdirən Prezident İlham Əliyev hər zaman bildirir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün prioritetlərdən biridir. Bu yerlər cənnətməkana çevriləcək.

Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı yaşayış məntəqəsi qurulur, böyük infrastruktur layihələri həyata keçirilir.

Prezident İlham Əliyev mütəmadi olaraq bu yerlərə səfərlər edir, görülən işlərlə yaxından tanış olur, açılışlar edir, bünövrələr qoyur. Görülən hərtərəfli işlərin nəticəsidir ki, Böyük qayıdış da sürətlənib və bir-birinin ardınca işğaldan azad edilmiş yurdlara qayıdış karvanları yola salınır. 

Artıq Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulan 12 yaşayış məntəqəsinə sakinləri köçürülüb. Dədə-baba torpaqlarına qovuşan insanların sayı 11998 nəfərə (3005 ailə) çatıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 371 ailə (1396 nəfər) Şuşa şəhərində, 52 ailə (204 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, 136 ailə (660 nəfər) Xocalı rayonunun Ballıca kəndində, 50 ailə (166 nəfər) Ağdərə rayonunun Həsənriz kəndində, 20 ailə (54 nəfər) Ağdərə rayonunun Suqovuşan kəndində məskunlaşıb.

Keçmiş məcburi köçkünlərlə doğma yurdlarında görüşən Prezident İlham Əliyev növbəti dəfə martın 18-də - Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə yolunu Ağdərə rayonundan saldı.  2023-cü il oktyabrın 15-də Azərbaycanın üçrəngli bayrağını qürurla Ağdərədə dalğalandıran Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayonun Həsənriz, Suqovuşan kəndlərində sakinlərlə görüşdü, yeni evlərin açarlarını onlara təqdim etdi, açılışlar etdi. 

Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak etdilər. 

Qeyd edək ki, dövlətimizin başçısının ötən il imzaladığı sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.

Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunda həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına  töhfə verəcək.

Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini, mədəni abidələrimiz də bərpa olunur. Çünki işğal dövründə məscidlərimiz də düşmən tərəfindən vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində də məscidin açılışında iştirak etdilər. Orucluq ayında və Novruz bayramı ərəfəsində açılışı edilən məsciddə eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək. Məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. 

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.


Böyük səadət, xoşbəxt yaşam 


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşdülər, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular.  

Yurda qayıdış sevincini və buna görə yaşadığı minnətdarlıq hissini Həsənriz sakinlərindən biri həmin vaxt bu cür bölüşdü: "33 ildən sonra bizi doğma Vətənə, ata-baba yurduna qaytarmağınız bizim üçün böyük səadətdir, eyni zamanda elimiz-obamız üçün yeni həyatın başlanğıcıdır... 

... Sizin komandanlığınız altında Azərbaycan Ordusu cəmi-cümlətanı 23 saata işğala son qoymuşdur. Çox sağ olun, cənab Prezident, Siz Azərbaycan xalqının, o cümlədən dövlətimizin gücünü dünyaya bəyan etdiniz".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak etdilər, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etdilər. 

Bildirildi ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su-Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda "istirahət kompleksi layihəsi" icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.

Suqovuşan sakinlərinə yeni evlərin açarlarını təqdim edən Prezident İlham Əliyev yurdlarına qovuşan sakinləri təbrik edərək dedi: "Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamısınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi".

Xatırladaq ki, 2022-ci ilin martında Prezident İlham Əliyev Novruz tonqalını bu kənddə - Suqovuşanda alovlandırmışdı. 


Sənə bayram yaraşır, Vətən 


Düz beş il bundan əvvələ qədər bayram günlərində Allahdan yalnız bir dilək diləyərdik: gələn il Novruzu Qarabağda qeyd edək. Artıq saf diləklərimizin, arzularımızın çin olduğu, müqəddəs dualarımızın yerinə yetdiyi xoşbəxt günləri yaşayırıq. İndi Azərbaycan xalqı olaraq Novruzu, ümumiyyətlə, bütün əziz bayramlarımızı illərdir həsrətini çəkdiyimiz vətən torpaqlarının - Qarabağın, Şərqi Zəngəzurun azadlığının yaratdığı qürurverici ovqatla, böyük Zəfərin yaratdığı şadyanalıq ab-havası ilə qeyd edirik. 

Bütün bunlar haqq-ədalətin bərpasıdır. Ölkəmizin, xalqımızın bu tarixi zirvəyə yüksəlməsi isə heç şübhəsiz Prezident İlham Əliyevin liderlik qabiliyyətinin, qətiyyətinin, milli maraqlarımızın keşiyində əzmlə dayanmasının nəticəsidir. 

Suqovuşanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün bəyan etdiyi kimi: "...Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin, mən yenə də deyirəm, son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Baxın bu gün müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və həm də, necə deyərlər, real nəticə ilə nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə "Qarabağ Ermənistandır" deyən adam bu gün deyir: "Qarabağ Azərbaycandır!"


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

15:04
22 Mart

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb

14:57
22 Mart

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib

13:59
22 Mart

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

13:47
22 Mart

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

11:51
22 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

10:53
22 Mart

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

09:31
22 Mart

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!