Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Aprelin 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad olunması, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad olunması, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında 7 məsələnin daxil edildiyini bildirib. Qeyd olunub ki, bu məsələlər Azərbaycan Prezidentinin təqdimatı əsasında müzakirəyə çıxarılıb.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurası tərəfindən və məhkəmə sistemində görülən işlər barədə söhbət açıb. O, məhkəmə-hüquq sistemində islahatların davamlı olaraq həyata keçirildiyini, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə bu sahədə yeni mərhələnin başlandığını bildirib. Qeyd olunub ki, həmin sənədə əsasən, müəyyən edilmiş istiqamətlər üzrə Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, məhkəmə hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Həmçinin Milli Məclisin məhkəmə-hüquq sahəsində aparılan islahatların həyata keçirilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan da bəhs edilib.
Ç.Əsgərov Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığını, yeni tərkibin Şuranın fəaliyyətinin gücləndirilməsi və məhkəmə hakimiyyətinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. O, habelə, hakimlərin təyin edilməsi proseduru, onların peşəkarlığının artırılması, sayının çoxaldılması, məhkəmə icraatının səmərəliliyinin, qərarların keyfiyyətinin yüksəldilməsi barədə fikirlərini açıqlayıb.
Diqqətə çatdırılıb ki, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilir. Ölkənin bütün məhkəmələri “Elektron məhkəmə” sisteminə qoşulub, elektron kabinet vasitəsilə məhkəmə icraatı təşviq olunur.
Bildirilib ki, hakimlərin vəzifələrində irəli çəkilməsi ilə bağlı bir sıra meyarlar müəyyən edilib. Bu gün namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı, iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 32 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunur. Onlardan 2 nəfərin Apellyasiya məhkəmələrinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin olunması, 1 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, 21 nəfərin birinci instansiya məhkəmələrindən azad edilərək Apelyasiya məhkəmələrinə hakim təyin edilməsi, 6 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək birinci instansiya məhkəmələrinə hakim təyin edilməsi, 2 nəfərin isə yerinin dəyişdirilərək bir Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək digər Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunur.
Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda məhkəmələrin işinin müasir dövrün tələblərinə uyğun qurulmasının, onların fəaliyyətində şəffaflıq prinsiplərinə əməl olunmasının, məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətindən söhbət açılıb. Deputatlar namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə danışıblar.
Daha sonra komitə sədri Əli Hüseynli çıxış edərək Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin yeni qanunvericilik bazasının əsasında qurulduğunu söyləyib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ildə imzaladığı müvafiq Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yeni tərkibinin formalaşdırılması bu sahədə fəaliyyətin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək. Komitə sədri hakimlərin təyinatı ilə bağlı məsələyə toxunaraq, yuxarı instansiya məhkəməsinə daha təcrübəli, peşəkar hakimlərin irəli sürülməsinin önəmindən bəhs edib.
İclasda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda gündəlikdəki yeddi məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycan Premyer Liqası: "Sumqayıt"-"Qarabağ"- 0:1
"Turan Tovuz" "Zirə"ni əliboş yola salıb
Gimnastlarımız beynəlxalq yarışda finala yüksəliblər
MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Progeriya sindromu olan kişi dünyasını dəyişib
Ceyhun Bayramov Rusiyaya işgüzar səfər edib
Atlantik okeanında tüğyan edən Kirk qasırğası həftə ərzində Almaniyanın qərb əyalətlərinə çatacaq
“Qarabağ” həndbolçuları lüksemburqluları üstələdi
Qazaxıstanda AES tikintisinə dair referendum baş tutmuş hesab olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Qazaxıstanda referendum keçirilir
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!