07 Aprel 2025 11:31
330
İQTİSADİYYAT
A- A+
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib

Ağdaşda Aqrar Biznes Festivalı keçirilib


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş tutan festivalda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər, dövlət qurumlarının nümayəndələri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər iştirak ediblər.

Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb, eyni zamanda, müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar.

Festivalın rəsmi açılış hissəsində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aqrar sektorun inkişafının region üçün strateji əhəmiyyət daşıdığını və belə festivalların fermerlərin maarifləndirilməsi, yeni texnologiyalarla tanış olması baxımından mühüm rol oynadığını vurğulayıb.

Millət vəkili Sahib Alıyev öz çıxışında ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək, kənd təsərrüfatının innovativ yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Məzahir Əfəndiyev festivalda çıxış edərək fermerlərin maliyyə və kredit mənbələrinə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb, belə festivalların aqrar sahə üzrə sahibkarlıq fəaliyyətinin inkişafına müsbət təsir etdiyini deyib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes Festivalları yeni texnologiya və məhsulların nümayişi ilə bərabər həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.

Rəsmi açılış tədbirində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş məsləhətçisi Fərid Vəlizadə fermerlər arasında birgə layihələrin təşviqi, müasir texnologiyaların təsərrüfatlara inteqrasiyası və aqrar məhsulların yerli və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması üçün belə festivalların mühüm platforma rolunu oynadığını qeyd edib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları festival ərazisində qurulan stendləri ziyarət ediblər.

Festivalda iştirak edən dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun göstərdikləri xidmətləri, aqrar sahədə ixtisaslaşmış şirkətlər isə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, toxum və ting çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdiriblər.

Festival çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib.

Fermerlərin maarifləndirilməsi istiqamətində tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Müzakirələr zamanı Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu və ölkədə fəaliyyət göstərən aparıcı bank və bank olmayan kredit təşkilatlarının mütəxəssislərinin iştirakı ilə aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyalar çərçivəsində fermerlərin və sahibkarların fikirləri dinlənilib və sualları cavablandırılıb.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən Aqrar Biznes Festivalları ölkənin bütün iqtisadi rayonlarında təşkil olunacaq və fermerlərə aqrar sahədə tətbiq edilən ən son texnologiya və yeniliklərdən yararlanmaq imkanı yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

"Çətin yollar boyunca..."

09:15
13 Aprel

Gənc muğam ifaçısı

09:10
13 Aprel

"Kimyaçı olmağımla fəxr edirəm"

09:05
13 Aprel

Bir "yaşıl enerji" dəhlizi isə başlanğıcını Naxçıvandan götürəcək

09:00
13 Aprel

İkinci həyat

08:55
13 Aprel

Bakıda I Gənc Kardioloqlar Forumu olub

08:50
13 Aprel

Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

08:45
13 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təlim keçirilib

08:40
13 Aprel

Revanşist siyasəti Ermənistanı uçuruma aparır

08:35
13 Aprel

İkili standartların növbəti təzahürü

08:30
13 Aprel

İlham Əliyevin uğur formulu

08:25
13 Aprel

Ağstafada "Qərbi Azərbaycana qayıdış yolunda" adlı elmi-praktik konfrans keçirilib 

08:20
13 Aprel

Sumqayıtda Qərbi Azərbaycana qayıdış mövzusunda konfrans keçirilib

08:15
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!