Ağstafa Rayon İcra Hakimiyyəti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış yolunda" adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş olunub. "Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" adlı kitab barədə məlumat verilib.
Çıxışlar zamanı vurğulanıb ki, Qərbi Azərbaycan torpaqları azərbaycanlıların əzəli dədə-baba yurdudur. Tarixboyu soydaşlarımızın bu torpaqlarda dəfələrlə deportasiyaya məruz qaldıqları bildirilib. Azərbaycan dövlətinin qərbi azərbaycanlıların hüquqlarının bərpası məsələsini xüsusi diqqətdə saxladığı qeyd edilib, soydaşlarımızın öz doğma yurdlarına sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının tarixi bir zərurət olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, bu qayıdış haqq savaşımızın yeni səhifəsidir və bu səhifə müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti ilə yazılacaq.
"Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın əhəmiyyəti xüsusi vurğulanıb. Sakinlərin öz ata-baba torpaqlarına geri dönməsinin milli kimliyimizin, tarixi yaddaşımızın qorunması və ədalətin bərpası baxımından önəminə diqqət çəkilib.
Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan məsələ plenar iclasa tövsiyə olunub
"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişib
Azər Əmiraslanov: Sahibkarlığın inkişaf etdirilməsi iqtisadi strategiyamızın əsas hədəflərindəndir
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq SƏRƏNCAM
Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün aparılan islahatlar ATƏT-lə müzakirə edilib
Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Sabah dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
AMEA-da akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib
Azərbaycanla FIBA arasında mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub
Əfqan Nifti: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında əsas qapıdır
XİN: Revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürləri beynəlxalq səviyyədə pislənməlidir
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
Azərbaycanla Aİ arasında əməkdaşlıq gündəliyinin inkişaf perspektivləri müzakirə edilib
GUAM-a üzv dövlətlərdə iqtisadi-ticari əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib
"Azərreyl"in kişi voleybol komandası da Azərbaycan çempionu olub
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Bərdədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Azərbaycan-Gürcüstan diplomatik münasibətlərindən bəhs edən kitab çap olunub
KOBİA sədri: Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında ticarət platformaları mühüm rol oynayır
Dəmir iradənin qüdrəti22 Aprel 2025
Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib21 Aprel 2025
335 körpü, 45 tunel, 163 yerüstü və yeraltı keçid, 21 min kilometr yol20 Aprel 2025
İlham Əliyevin bir tələbi ilə...19 Aprel 2025
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır18 Aprel 2025
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir17 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!