Sumqayıt Dövlət Universitetində (SDU) "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrans keçirilib. Öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüb, Qərbi Azərbaycana həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Konfransı giriş sözü ilə açan SDU-nun rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrasın keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. O, konfransın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən milli ideologiyanın vacib istiqamətlərindən olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasına əhəmiyyətli töhfə vərəcəyinə əminliyini ifadə edib. Natiq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində tarixi yaddaşın əhəmiyyətini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələrinin öyrənilməsi və tədrisi istiqamətində mühüm işlərin həyata keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, ölkədəki təhsil ocaqlarında qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi çox əhəmiyyətlidir və əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır. Nazir müavini tarixə nəzər salaraq öz doğma torpaqlarından qovulmuş soydayşlarımıza Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısından, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ilə bağlı gənclərin rolundan danışıb və onlara öz tövsiyələrini verib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov konfransın əhəmiyyətinə toxunaraq azərbaycanlıların deportasiya tarixi barədə tələbələrə geniş məlumatların verilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Mehriban Vəliyeva "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" konfransı çərçivəsində gənclərin ictimai-siyasi, sosial-mədəni sahədə fəaliyyətləri və vətəndaş mövqeyi barədə danışıb. Gəncləri tarixi həqiqətləri dərindən öyrənərək bu istiqamətdə həqiqətlərin dünyaya çatdırılmasında fəal olmağa çağırıb.
Konfransda Qərbi Azərbaycanla bağlı Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışları və milli ideoloji hədəfləri özündə əks etdirən videoçarx nümayiş olunub. Şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadənin "Tarixi proseslərdə gənclərin rolu", SDU-nun III kurs tələbəsi Həsrət Suleymanovun "Qərbi Azərbaycan qan yaddaşında" və universitetin gənc müəllimi Gülçin Qasımovanın "Qərbi azərbaycanlıların qayıdış hüququ" mövzularında çıxışları dinlənilib. Universitetin çıxış edən pakistanlı tələbəsi Muhammad Adnan Gorgaje isə iki ölkə arasındakı dostluq əlaqələrinin hər zaman inkişaf edəcəyindən danışıb.
Müzakirədə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, icma nümayəndələri, şura sədrləri, qonaq professorlar mövzular ətrafında çıxış edərək gənclərin suallarını cavablandırıblar.
Konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov soydaşlarımızın doğma yurdlarına qayıdışı istiqamətində Qərbi Azərbaycan İcması tərəfindən ölkəmizdə, o cümlədən Sumqayıtda görülən işlər haqqında söz açıb. Bildirib ki, icma qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində böyük işlər həyata keçirir. Z.Fərəcov həmçinin Sumqayıtın "Gənclər paytaxtı" elan edildiyi ildə gənclərimizin milli ideoloji işin təbliği və təşviqində ön sıralarda olacaqlarına inamını ifadə edib.
Akif ƏLİYEV,
"Azərbaycan"
Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir
Ötən gün vətəndaşların bank kartlarından 20 min 332 manat oğurlanıb
Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var
Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb
Ceyms Şarp: Azərbaycanın Trans-Xəzər bağlantısındakı rolu regionun inkişafında mühüm istiqamətverici amildir
Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində
Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur
“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”
Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək
Yaz allergiyaları
AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır
Cıdır düzündə dalğalanan Zəfər bayrağı
Uşaq evinin nağıl dünyası
Tariximizi dünyaya tanıdan alim
Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır
"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"
Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb
Avropa İttifaqının məkrli "missiyası"
Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir
Paşinyan çətin sınaq qarşısındadır
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!