24 Aprel 2025 09:00
811
Mədəniyyət
A- A+
Uşaq evinin nağıl dünyası

Uşaq evinin nağıl dünyası


Ana olmaq qadınlığın bəşəri vəzifəsidir. Bu vəzifə Yaradan tərəfindən qadına verilən ilahi bir möcüzədir, sirdir, cazibədir. Qadın doqquz ay bətnində gəzdirdiyi övladına elə qırılmaz tellərlə bağlanır ki, son nəfəsinə qədər bu, onun yaşamını tənzimləyir, həyatı sevməsinə stimul verir.

Amma elə qadınlar da var ki, analıq hissindən məhrumdurlar. Bu isə Allahın onlara verdiyi ən ağır cəzadır, hansısa günahlarının əvəzini ödəyirlər. Bundan betərini təsəvvür etmək olmaz. Qadın dünyaya gətirdiyi uşağına sahib çıxmırsa, bu, onun insani duyğulardan məhrum olması  deməkdir. Bəzi analar və atalar  övladından çox asanlıqla imtina edir, küçəyə atır, uşaq evinə verirlər. İki günlük  körpəsini zibil qabına atan  qadın zalımlıq, vicdansızlıq  sərgiləyir.

 Nə yaxşı ki imtina edilmiş, atılmış uşaq dövlətin himayəsində böyüyür, təhsil alır, cəmiyyətin bir üzvünə  çevrilir. Valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı  yerlərdən biri Bakının Nizami rayonundakı 1 saylı Uşaq evi sosial xidmət müəssisəsidir. Müəssisə 1950-ci illərdən uşaq bağçası kimi tikilib istifadəyə verilib. 20 il sonra 1970-ci ildə müəssisənin  statusu dəyişdirilərək 12 nömrəli Uşaq evi olub. 1990-cı ildən sonra isə 1 saylı Uşaq evi kimi fəaliyyətini davam etdirir. Ötən 53 ildə uşaq evi Bakı şəhər Təhsil İdarəsinin, Təhsli Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində işləyib. 2023-cü ilin dekabrından  Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.

Burada "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə xidmətlər göstərilir. Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar. Uşaqlar yaşa və cinsə uyğun olaraq qruplaşdırılırlar. 

Uşaq evi... Adından da göründüyü kimi, buranın sakinləri azyaşlılardır.  3-18 yaşlı uşaqlar bu evdə böyüyür, tərbiyə alır, həyata hazırlanırlar. Bu evdə bir neçə gün əvvələ kimi 100 uşaq yaşayırdı, onlardan biri  - Ayxan Əhmədli əsgəri xidmətə yollandı. İndi ailədə 99 uşağa 34 nəfər pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyət qulluq edir. Məlumdur ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Əbəs yerə "Ailə dövlətin kiçik modelidir" deyilmir. 1 saylı Uşaq evinin kollektivi də məhz bu dövlətin təməlinin daha möhkəm olmasına çalışır. 

Uşaq evinin  direktoru Nərminə Zöhrabova deyir ki, uşaqlara yaşadıqları yerə müəssisə kimi yox, öz evləri kimi yanaşmağı təlqin edirik. Tərbiyəçilərimiz onlarla  valideynləri kimi davranmağa çalışır, heç bir  diqqəti əsirgəmirlər: "Tərbiyəçi, şübhəsiz, uşağa qayğı ilə yanaşmalıdır. Uşaq onun baxışlarında, nəfəsində ana və ya ata hərarəti hiss etməlidir. Amma yetim uşağa "yazıq balam" deyə-deyə oxşamaq, əzizləmək, göz yaşı axıtmaq mənasızdır. Uşağın ətrafında "yetimlik", "yazıqlıq" ovqatı, ab-havası yaratmaq uşağın özü haqqındakı təsəvvürünü dəyişmir. Ona görə də  biz əsas diqqəti uşaqların tərbiyəsinə və inkişafına yönəldirik. Uşaqlarda xeyirxah, insani keyfiyyətlər, Vətənə, təbiətə məhəbbət hissi, humanistlik, insanpərvərlik ruhu tərbiyə olunmasına çalışırıq".

Kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlar olduqca həssas  və kövrək olurlar, onlara göstərilən diqqəti, qayğını mənimsəməkdə bəzən çətinlik çəkirlər. Ana şəfqətinin nə olduğunu bilməyən atılmışlar, ata sevgisini görməyən "atalı-analı yetimlər" bu uşaq evində  yarı yolda buraxılmırlar. Əksinə, o uşaqları yarıyolda qoyan valideynlərdən küsməməyi, onları günahlandırmadan,  mühakimə etmədən birdəfəlik üz çevirməməyi, bütövlükdə  insanlara qucaq açmağı öyrədirlər. Bunun üçün, ilk növbədə, onların qəlbindəki  sevgi qığılcımını alovlandırmaq, nifrət hissini məhv etmək, şəxsiyyət kimi yetişdirmək yolunda addım atırlar. Nərminə xanım bu məsələdə uşaqlarla çalışmağın çox incə və həssas məqam olduğunu vurğulayaraq bildirdi ki, biz  onların təkcə fiziki sağlam olmasına deyil, həm də ruhi sağlamlığına diqqət yetiririk: "Bu, çox vacibdir. Ruhi sağlamlıq dedikdə uşağın psixoloji vəziyyəti nəzərdə tutulur. Onların  psixoloji durumu düzgün şəkildə formalaşdırılıb istiqamətləndirilsə və inkişaf etdirilsə, bu zaman ortaya ürəkaçan mənzərə çıxacaq. Bu mənada  bizim psixoloq və tərbiyəçilərimiz uşaqlara yetərincə stimul verirlər".

Sosial müəssisənin direktoru bizi uşaqlara stimul verən digər amillərlə də tanış etdi. Sərgilənən əsərlər və eksponatlarla nağıl dünyasına bənzər rəsm və rəqs dərnəkləri, musiqi otağı, idman zalı, xalçatoxuma emalatxanasını məmnuniyyətlə qeyd edirik.  Uşaqların tərbiyəsində və inkişafında böyük rolu olan bu işlərlə demək olar ki, uşaqların hamısı məşğul olur. Bu cür məşğuliyyət onların  potensialını və istedadını üzə çıxarır. Xarici dillərin öyrənilməsi, kompüter savadı, tikiş, toxuma üzrə dərnəklər də uşaqlara mühüm həyati bacarıq və vərdişlər aşılayır. Nərminə xanım bildirdi ki, emalatxanada təkcə qızlar deyil, oğlanlar da xalça toxuyurlar. Balaca xalçaçıların emalatxanasında divardan çoxlu sayda xalça asılıb, onların da yanında əl işlərini nümayiş etdirdikləri  sərgilərdən alınan mükafatlar... 

Rəssamlıq otağında da uşaqların rəsm əsərləri nümayiş olunur. İstər kağız üzərində, istərsə də kətan parçada  çəkdikləri əsərlər dəfələrlə sərgilərdə nümayiş olunub, balaca rəssamların çoxlu sayda mükafatları otağın bəzək əşyası kimi diqqətləri özünə çəkir. Sadaladığımız  bu  otaqlar nağılları xatırladır,  qapını açıb içəri girəndə sanki nağıl dünyasına düşürsən. Həmin nağıl dünyasının bir sakininin adını çəkməsək olmaz. Bu,  13 yaşlı Adil Həsənovdur. Fiziki məhduduyyətli Adil qabelin sənəti ilə məşğul olur. Onun əl işləri dəfələrlə sərgilərdə nümayiş olunub. Böyüyəndə  xalçaçı rəssam olmaq istəyir.

Yeri gəlmişkən, sosial müəssisənin gül-çiçəkli həyəti və bağçası, təmir olunmuş,  tərtəmiz, səliqəli otaqları da diqqətimizdən yayınmadı.  "Bu gözəlliyi, bu ab-havanı bizə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva  bəxş edib", - Nərminə xanım qürurla danışır: "Heydər Əliyev Fondu yarandığı gündən müəssisəmizi diqqətdə saxlayır. Uşaqlarımızın ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Uşaqlarımız Mehriban xanımı çox sevirlər. Onun hər gəlişi burada toy-bayrama çevrilir. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan  müəssisəmizin açılışı 2005-ci ildə Mehriban xanımın iştirakı ilə olub. 2017-ci ildə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub". 

Direktorla  söhbətlərimizi və gördüklərimizi yazmaqla bitirmək olmaz. Vurğulamağı  unutmayaq ki,  sosial müəssisənin sakinləri burada hər cür qayğı və sevgi ilə əhatə olunurlar. Ona görə də  uşaq evindən ayrılıb müstəqil həyata başlayandan  sonra da  buranı unutmurlar. Vaxtaşırı gəlib kollektivlə görüşür, həyatda qazandıqlarını, sevinc və uğurlarını bölüşür, bəzən də problemlərini həll etməkdə yardım istəyirlər. Axı uşaq evi onları 18 il öz qoynunda saxlayıb.

Heç bir uşaq valideynini seçmir. Qadın hamilə olarkən sabahı düşünməlidir, dünyaya gətirəcəyi körpəsinin taleyi ilə bağlı uğurlu planlar qurmalıdır. Övladının uşaq evində böyüməsini ağlının ucundan belə keçirməməlidir. Əgər onu zibilliyə atacaq, xəstəxanadaca imtina edəcək, başqasına verəcək, uşaq evinə göndərəcəksə, əmin olsun ki, mütləq və mütləq həmin körpənin ahı bir gün onun yaxasından yapışacaq, özü də çox pis…


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

M.Y.Zabelinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:44
19 Mart

Küveytdə qabaqlayıcı tədbirlər: İş saatları azaldılır, məsafədən təhsil tətbiq edilir  

00:56
19 Mart

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb  

23:35
18 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib VİDEO  

23:04
18 Mart

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib  

21:28
18 Mart

Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib  

20:46
18 Mart

Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib  

20:31
18 Mart

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!