24 Aprel 2025 09:20
537
DÜNYA
A- A+
Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək


Vəsiyyətinə əməl olunacaq


2024-cü ilin noyabrında Fransisk dəfn mərasimlərini dəyişdirərək, Roma pastoru və yepiskopu rolunu vurğulamaq üçün onları sadələşdirib və Papa vəfat etdikdə Vatikandan kənarda dəfn etməyə icazə verib. 

İndi budur, Vatikandan kənarda dəfn edilməsini istəyən Papa Fransiskin Romadakı dörd əsas kilsədən biri olan Santa Maria Maggiore bazilikasında dəfn edilməsi üçün hazırlıqlara başlanılıb. Onun dəfn xərcləri vəsiyyətnaməsində göstərildiyi kimi, adı açıqlanmayan bir xeyriyyəçinin ianəsi hesabına qarşılanacaq. Onu da qeyd edək ki, ənənəvi olaraq bir papanın dəfn mərasimi diqqətlə planlaşdırılan ayinlərdən ibarət mürəkkəb, təntənəli bir prosedurdur.

Fransiskin sağlığında onun təmtəraqlı mərasimlər istəmədiyi, onun dəfninin adi xristian kimi olacağı məlum idi. Buna görə də o, öldüyü andan dəfninə qədər istifadə olunacaq ayinləri müasir teoloji və pastoral təcrübələrə uyğunlaşdırmağa çalışıb.

Lakin əsas elementlər katolik kilsəsinin qədim ənənələrinə hörmət olaraq qorunub saxlanılmışdır. Diqqətçəkən dəyişikliklərə əvvəllər sərv, qurğuşun və palıddan hazırlanmış üç yuvalı tabutdan imtina daxildir. Bunun əvəzinə papanın cəsədi birbaşa sinklə örtülmüş sadə taxta tabuta yerləşdiriləcək. Üstəlik, mərhum Fransiskin cəsədi tabutun xaricində cənazə katafalkında nümayiş etdirilməyəcək. Papanın cəsədi qapaq çıxarılaraq tabutda qalacağı müddətdə möminlər kardinalların təyin etdiyi çərşənbə günündən  başlayaraq Müqəddəs Pyotr bazilikasında öz ehtiramlarını göstərə biləcəklər.

Kardinallar onun dəfn mərasimini keçirmək və varisini seçmək üçün toplanacaq konklavla bağlı hazırlıqları yekunlaşdırmaq üçün aprelin 23-də Vatikana gəliblər. Bu yerdə bildirək ki, müqəddəs Taxt-Tacın məlumatına görə, Papanın ölümündən sonra növbəti addımları müəyyən etmək üçün keçirilən ilk iclasda 60-a yaxın kardinal iştirak edib.

Konklavın yeni papanın seçilməsi üçün tarix hələ müəyyən edilməsə də, apostol konstitusiyasında onun təşkili üçün 15-20 gün müddət nəzərdə tutulub. "Sede vacante" və ya "vakant see" zamanı kamerlenqo kardinal Kevin Farrellə Vatikanı idarə etməkdə kömək etmək üçün üç kardinal təyin edilib. Onlar Vatikanın dövlət katibi kardinal Pyetro Parolin, Papa Fransiskin dəfn olunacağı Santa Maria Maggiore bazilikasının baş keşişi, polşalı kardinal Stanislav Rılko və Vatikanın İnkişaf və Miqrasiya İdarəsinin yüksəkvəzifəli əməkdaşı kardinal Fabbio Bacodur.

Dəfn mərasimi aprelin 26-na təyin edilib.


Konklavların tarixi: ağ tüstü neçə günə çıxacaq


Konklavların cəmi bir neçə gün, hətta saatlarla davam etdiyi hallar olub. Amma əks nümunələr də var ki, kardinallar illər boyu yeni pontifik seçə bilməyiblər.

Papa konklavı Fransiskin ölümündən 15-20 gün sonra başlayacaq. Mövcud qaydalara əsasən, 120 seçicidən ibarət olan Kardinallar Kollegiyasının qapalı iclası Sikstin kapellasında qapalı olacaq və dua ilə işə başlayacaq. İlk səsvermə günün ikinci yarısında baş tutacaq. Hər turdan sonra bülletenlər yandırılır. Bacadan qara tüstü nəticəsiz səsverməni göstərir, ağ tüstü isə bütün dünyaya yeni papanın seçildiyini elan edir.

Konklavlar bir gün də davam edə bilər, bir neçə il də. Bəzi tarixi nümunələr: ən uzun konklav 1268-1271-ci illərdə  İtaliyanın Viterbo şəhərində olub - 2 il 9 ay. 1314-1316-cı illərdə Lionda ( Fransa) keçirilmiş konklav isə 2 il 3 ay davam edib. Elə 1415-1417-ci illərdə Konstansada keçirilən konklav da az çəkməyib -  2 il.

Ən qısa konklav isə 1503-cü ildə cəmi bir neçə saat ərzində işini yekunlaşdırıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!