18 Dekabr 2025 09:33
294
CƏMİYYƏT
A- A+
Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT


Ağdam rayonunda mina hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb. Bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib. “1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə birgə məlumatda qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlik: Sosial sahədə inkişaf qarşıdakı dövrdə də dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olaraq qalacaq  

13:30
09 Yanvar

“Sabah” qəzeti: Ermənistan Konstitusiyasının dəyişdirilməsi regionda sülh və normallaşmaya xidmət edəcək seçimdir  

13:29
09 Yanvar

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Braziliya mətbuatında işıqlandırılıb  

13:28
09 Yanvar

Keçmiş məcburi köçkün: Hər gün bu qayıdışın həsrətini çəkmişik VİDEO  

13:27
09 Yanvar

Ağdərə sakini: Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq  

13:26
09 Yanvar

Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk köç karvanı yola salınıb 

13:26
09 Yanvar

Litva Prezidenti ilk dəfə olaraq ictimai reytinqlərdə lider mövqeyini itirib  

13:25
09 Yanvar

Rusiya ordusu “Kalibr” raketləri və “Şahed” dronları ilə Ukraynaya zərbələr endirib VİDEO  

13:19
09 Yanvar

Aİ-Merkosur sazişi Fransanı çıxılmaz vəziyyətə salıb  

13:18
09 Yanvar

BMT qlobal iqtisadi artım proqnozunu açıqlayıb  

12:25
09 Yanvar

Dövlət Turizm Agentliyi: Qarabağ və Şərqi Zəngəzurda ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur  

12:24
09 Yanvar

Media: Qrenlandiyalıların 85 faizi amerikalı olmaq istəmir  

12:22
09 Yanvar

Qurban Qurbanov: Sevindirici haldır ki, artıq çempionatda “Qarabağ”a təhlükə yaradan komandalar var  

12:01
09 Yanvar

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

11:50
09 Yanvar

Cəbrayıl və Füzuli rayonlarının ərazisində açıq sahədə baş vermiş yanğınlar söndürülüb  

11:43
09 Yanvar

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır  

11:41
09 Yanvar

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

11:39
09 Yanvar

“Samsung Ballie” layihəsi dondurulub  

10:50
09 Yanvar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar  

10:48
09 Yanvar

Dünya bazarında qızıl 17 dollar bahalaşıb

10:47
09 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:46
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!