24 Aprel 2025 08:35
509
SİYASƏT
A- A+
Avropa İttifaqının məkrli "missiyası"

Avropa İttifaqının məkrli "missiyası"


Bu, regionun təhlükəsizliyinə təhdid yaradır


Əməlləri sözləri ilə düz gəlməyənlərə sonunda inanan, etimad göstərən olmur. Çünki özlərinə qarşı inamı itirirlər. Bir sıra beynəlxalq təşkilatların, bəzi Qərb ölkələrinin də dünyaya "beynəlxalq hüquq", "insan haqları" və "demokratiya" "dərsləri" keçmək cəhdləri artıq ifşa olmaqdadır. Başqalarına verdiyi "dərslər"dən özü dərs çıxarmayan Avropa İttifaqı (Aİ) da eyni aqibəti yaşayır. 

Nüfuzlu beynəlxalq təşkilatların məqsədi, missiyası dünyada sülhün bərqərar olmasına, sabitliyin yaranmasına, münaqişəyə rəvac, müharibəyə səbəb olacaq məsələlərin həllinə, problemlərin aradan qaldırılmasına dəstək olmaqdır. Çünki qarşıdurmaların yaranması, savaşların meydana çıxması bəşəriyyətin ən böyük bəlasıdır, dünya üçün təhdiddir. Qalib də, məğlub da müharibədə itkilər verir. Həlak olanlar isə daha çox döyüş bölgələrində vuruşan gənclər olur. Müharibə ölkələrə ziyan vurur, xalqlara fəlakət gətirir. Odur ki, sülhə yol varsa, ondan kənar durmaq, münaqişə yaratmağa cəhd göstərmək, müharibəyə sürükləmək bütövlükdə insanlığa qarşı düşmənçilikdir.

Azərbaycan dövləti və xalqı sülhü, əmin-amanlığı hər zaman öz amalı, qayəsi, məqsədi bilib, regionda ədalətli və davamlı sabitliyini bərqərar olmasına səy göstərib.

1980-ci illərin axırları, 1990-cı illərin əvvəllərində erməni quldurları yenidən ərazi iddiası ilə hucum edərək Azərbaycana fəlakətlər gətirdilər. Topaqlarımızın iyirimi faizini işğal etdilər. Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatlar işğalçını da, işğala məruz qalanı da tanıdıqları, bildikləri halda özlərini korluğa, karlığa, lallığa vurdular. Erməni cəlladları Azərbaycanın  Xocalı, Ağdaban, Meşəli, Qaradağlı, Başlıbel və daha neçə-neçə ərazisində qətliamlar, soyqırımları törətdilər. Nə 1980-ci illərin sonlarından Qərbi Azərbaycanda, Qarabağda və Şərqi Zəngəzurda yaratdıqları münaqişə alovlarını körükləyəndə, nə də həmin qədim yurd yerlərindən əsl sakinlərini qovanda qəddar emənilərə "durun" deyən oldu. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur əraziləri otuz ilə yaxın Ermənistanın işğalı altında qaldı. Bir sıra beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələri ədalətli mövqe nümayiş etdirmədilər. Onların ikili standartlar siyasəti, işğalçı Ermənistana qol-qanad gərmələri, havadarlıq etmələri Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək təkliflərinin və bu istiqamətdə göstərdiyi səylərin reallaşmasına ən böyük maneə oldu. Məqsədləri müxtəlif vasitələlərlə işğal müddətini uzatmaq idi. Güman edirdilər ki, bununla Azərbaycanı Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğalı ilə barışdıra biləcəklər. 

Ancaq dövlətimimizin və xalqımızın mövqeyi aydın və qətiyyətli idi. Azərbaycan xalqı işğalla barışmayacağını Prezident İlham Əliyev yüksək kürsülərdən dönə-dönə bəyan etdi.

2020-ci ilin payızında başlayan İkinci Qarabağ müharibəsinə səbəb də Ermənistanın təxribatları oldu. Və qarşısında hər döyüşçüsü bir qəhrəman olan, müasir silah-sursatla, hərbi texnika ilə təchiz edilmiş peşəkar Azərbaycan Ordusunu gördü. Bu, müzəffər ordu işğalçı Ermənistanın silahlı qüvvələrini 44 gün ərzində ağır məğlubiyyətə uğratdı, Qarabağ və Şərqi Zəngəzur torpaqlarını düşmən işğalından azad etdi. 

Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar gördülər ki, Azərbaycan dövləti öz ərazilərində işğala son qoymağa da, onu qorumağa da qadirdir. Həm də Ermənistan kimi özünə havadarlar axtarıb tapmaqla, onların ətəklərinə sığınmaqla deyil, öz gücü, qüvvəsi ilə. 

Müharibə bitdi. Azərbaycan ədaləti bərpa etdi, haqqı olanı işğalçıdan geri aldı. Və indi həmin ərazilərdə geniş tikinti, bərpa-quruculuq işləri həyata keçirilir. Erməni vandallarının otuz il müddətində dağıtdıqları, xarabaya çevirdikləri Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur.

Öz yoluna, məqsədinə sadiq olan Azərbaycan yenə sülhün bərqərar olmasına çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.

Əgər Avropa İttifaqı kimi beynəlxalq təşkilatların əsl məqsədi iki ölkənin - Azərbaycanla Ermənistanın arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsidirsə, o zaman ikili standartlardan, qərəzkarlıqlardan, riyakarlıqdan əl çəkməlidir, rəsmi İrəvanı silahlanmadan çəkinməyə, yubanmadan sülh sazişini imzalamağa çağırmalıdır.

Bu gün  Ermənistana öz gələcəyi naminə silahlanma deyil, sülh lazımdır. Bunu Avropa İttifaqı kimi təşkilatlar Nikol Paşinyan hökumətindən də yaxşı bilirlər. Ancaq onlar Ermənistanın aqibətini deyil, öz maraqlarını düşünürlər.

Avropa İttifaqının Ermənistana "müşahidə missiyası" adı ilə kəşfiyyatçılar yerləşdirdiyi məlumdur. Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 2027-ci il fevralın 19-dək uzadılıb. Həmin "müşahidə missiyası"nın üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər. Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" adı ilə fəaliyyəti narahatlıq doğurur. Bu missiyanın fəaliyyətinin regionun təhlükəsizliyinə təhdid yaratdığını və Azərbaycanın maraqlarına uyğun olmadığını rəsmi Bakı dəfələrlə bəyan edib.

Vaxtaşırı binoklları ilə sərhədlərimizdə peyda olan, müşahidə adı altında kəşfiyyat aparan, casusluqla məşğul olan Aİ missiyası Ermənistan silahlı qüvvələrinin sülh danışıqların getdiyi bir vaxtda Azərbaycanın hərbi mövqelərini atəşə tutmalarına göz yumur. Həqiqəti görməzlikdən gəlib, Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşdığı barədə saxta məlumatlar yayır. Müharibə tərəfdarının Ermənistan olduğunu danmağa çalışır. Ancaq həqiqəti pərdələmək, faktları danmaq mümkün deyil. Haqlı da, haqsız da göz önündədir. Sonunda yenə böyük Zəfər həqiqətin, ədalətindir. 


Zöhrə FƏRƏCOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

Bəhreyndə yaşayış binasına İran raketi düşüb, 1 ölü, 8 yaralı var  

14:53
10 Mart

Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunublar

14:52
10 Mart

Dubaydan təxliyə olunan vətəndaş Prezidentə və aidiyyəti qurumlara təşəkkür etdi

14:51
10 Mart

Pakistan və Hindistanda enerji böhranı fonunda bir sıra tədbirlər görülür

14:49
10 Mart

Bernama Azərbaycanın İrana humanitar yardımından yazır

14:31
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb  

14:25
10 Mart

Sabah respublika üzrə pensiyalar qrafikdən əvvəl tam ödəniləcək

14:14
10 Mart

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb

14:12
10 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!