23 Aprel 2025 19:20
638
CƏMİYYƏT
A- A+
Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib


Aprelin 23-də Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycanın uğurlarından söz açıb, ölkə iqtisadiyyatının inkişafından, dövlətimizin aqrar sahəyə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. O bildirib ki, aqrar sahədə həyata keçirilən islahatlar, yeni qanunların qəbulu, fərman və sərəncamların imzalanması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, yeni subsidiya mexanizminin tətbiqi və aqrar sığortanın genişləndirilməsi kimi tədbirlər öz müsbət nəticələrini verməkdədir. Vətəndaşlar əldə edilən uğurlara, kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə böyük maraq göstərirlər.

Komitə sədri bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova ictimaiyyətin marağını, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq, belə bir dinləmənin təşkilini məqsədəuyğun hesab edib. Tahir Rzayev tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolunu, iqtisadiyyatın diversifikasiyasındakı, davamlı inkişafındakı əhəmiyyətini vurğulayıb.

Sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova aqrar sektorun inkişafının əsas nailiyyətləri, bu istiqamətdə həyata keçirilən strategiyaları diqqətə çatdırıb, həmçinin perspektivdə duran əsas vəzifələrə qısa nəzər salıb.

Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı sahəsi üzrə istehsalda artım müşahidə olunur. Aqrar sektorun inkişaf meyillərini və göstəricilərini diqqətə çatdıran İ.Qədimova qeyd edib ki, 2025-ci ilin I rübündə bu sahədə artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz olub. O bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracında da artım tempinə nail olunub, yeni ixrac trendləri yaranıb, kənd təsərrüfatı və emal məhsullarının ixracı son 5 ildə 40 faizdən çox artıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov çıxış edərək iqlim dəyişikliklərinin təsirləri fonunda aqrar sığorta institutunun əhəmiyyəti və ölkədə aqrar sığorta sisteminin fəaliyyətinə dair məlumatları diqqətə çatdırıb.

Bu gün dünyada baş verən təbii fəlakətlərin və digər problemlərin kənd təsərrüfatında, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində yaratdığı çətinliklərdən söz açan Fuad Sadıqov aqrar sektorda bu kimi risklərin idarə edilməsində və davamlı fəaliyyətin təmin olunmasında sığorta mexanizmlərinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinin də dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslandığını, fermerlərimizin aqrar sahədə üzləşdiyi problemlərin həllinə, onların dayanıqlı fəaliyyətlərinin təmininə, bu sahəyə marağın stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatların tarixinə nəzər salıb, ölkəmizdə kənd təsərrüfatının inkişafının və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının yaradılmasından və möhkəmləndirilməsindən danışıb, müasir dövrün kataklizmlərinə və iqlim dəyişikliklərinə qarşı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Milli Məclisin komissiya sədri aqrar sahənin strateji məqsədləri, müasir texnologiyalara əsaslanan dayanıqlı inkişafı, istehsal və emal sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması kimi məsələlərə dair fikirlərini bölüşüb.

 mövzu ilə bağlı fikirlər səsləndirilib və təkliflər verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!