24 Aprel 2025 08:30
390
SİYASƏT
A- A+
Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir


"Qərb təsisatlarının Azərbaycana münasibətdə tətbiq etdikləri ikili standartlar yeni olmadığı qədər, təəccüblü də deyil. Bu, onların tipik siyasəti, həm də simalarıdır. Azərbaycan daha öncəki dönəmdə cavab tədbirləri haqqında düşünürdüsə, artıq bunu üzərində dayanmamalı, düşünməməli vəziyyət kimi dəyərləndirir və paralel olaraq öz konstruktiv siyasətinə davam edir".

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, bu konstruktivizm qlobal Cənubun etibarlı bir üzvü kimi diplomatik əlaqələrin daha da dərinləşdirilməsi, iqtisadi keçiddə əsaslı yerin tutulması, nəticə etibarilə xarici siyasət prioritetlərinin əldə olunmasıdır. 

Onun fikrincə, bu, ən düzgün yanaşmadır. Qərbin lovğa, insan haqları adı altında daxili işlərə sirayət etmək siyasətinə elə bu formada da yanaşmaq lazımdır. Çünki reallığın bu qədər aydın görünməsindən sonra Qərb təsisatlarının başa düşdüyü yeganə dil budur. Azərbaycan hər baxımdan nümunəvi dövlətdir: "Burada bizi daha bir amil baxımından da məxsusi edən məsələ odur ki, Azərbaycan Qərbin ikili standartlarından əziyyət çəkən ölkələr üçün nümunədir. Bakı başqa dövlətlər kimi Qərbin çaldığı musiqi sədaları altında rəqs etmir, sağlam duruş ortaya qoyaraq qətiyyətli mövqe nümayiş etdirir. Qərb qoca qitə təfəkküründən heç cür azad ola bilmir və dünyada yaranan yeni reallıqları qəbul etmək istəmir. Qərb institutlarının ikili standartlar siyasətinə qarşı olan Türkiyə, Rusiya və Çin kimi üç güclü müttəfiqimiz var. 

Bəs Qərbin ikili standartlarının əsasını nə təşkil edir? Bu sualın cavabı məlumdur. Yalnız öz reallıqlarının olması və onları qəbul etmələri, digər reallıqları abstrakt görmələri, başqa dövlətləri və cəmiyyətləri ləkələməkləri, heç bir fakt, əsas təqdim etmədən günahı legitim hakimiyyətlərin üzərinə atmaqlarıdır".

Deputat qeyd edib ki, Azərbaycan normal mübadilə, əməkdaşlıq üzərindən və heç bir üçüncü tərəfi hədəf almadan ölkələrlə əməkdaşlıqlar qurur. Bu qurucu yanaşma da heç bir üçüncü tərəf tərəfindən pozulmamalı və  buna müdaxilə edilməməlidir: "Dövlət başçımız hər hansı məsələdə sülh üçün danışıqların təşviqini, iqtisadi inkişafı, bu yolla xalqların rifah halının yüksəlməsini istəyir, yürütdüyü siyasətlə bu amala xidmət edir. Azərbaycan hüquqi haqlarını, dövlət və xalq maraqlarını müdafiə etməyə bundan sonra da davam edəcək. Qərbi qıcıqlandıran amil odur ki, bu davamiyyət özünü xalq-iqtidar birliyində təcəssüm etdirir, onların cəmiyyətimizə istənilən sızma cəhdinin qarşısı dərhal alınır. Otuz ilə yaxın zaman çərçivəsində Azərbaycan sadəcə tarixi ədaləti bərpa etmək üzərində çalışmadı. Həmin dönəmdə Qərb təsisatlarının ikili standartlarının mövcudluğu fonunda və tarixi Zəfərimizdən sonra da davam edən təzyiqləri altında əxlaqi və ya hüquqi cəhətdən pozulmağa cəhd edilən halların qarşısının alınması məsələləri üzərində çalışdı və yenə də çalışır. Guya insan hüquq və azadlıqları, söz azadlığı kimi məsələlərlə göz boyuyaraq ikili standartlar tətbiq edən Qərb institutları anti-Azərbaycan məzmunlu təbliğat aparır. Özü də bu sadəcə siyasi kluarlarda gizli, pıçıltı formasında deyil, açıq-aşkar məzmundadır. 

A.Badamovun sözlərinə görə, dövlət başçısı da çıxışlarında bildirdiyi kimi bu addımlar həmin təsisatların özlərinin əleyhinədir: "Ümid edirəm ki, qarşıdan gələn dönəmdə bu təsisatların tərkibinin dəyişməsi ilə onların strukturunda da, heyətində də ciddi təmizlik işləri olacaq. Açığı, buna ciddi ehtiyac da var. Azərbaycana qarşı nifrət doğuran narrativlərin tirajlanması qəbul edilə bilməz. Cənubi Qafqazda kommunikasiyaların açılması Qərbi ən narahat edən məsələlərdən biridir. Bu hədəfə gedən yolda istənilən qərəzli tərəfi oyundankənar qoymalı, pozucu aktorların istənilən müdaxiləsinin qarşısını almalıyıq. Qərbin ikili standartları təsir və təzyiq vasitəsidir, bu vasitələrin hər birini zamanında cilovlamalı, lazım gəldikdə isə sərt tədbirlərdən çəkinməməliyik. Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr də Qərbin ikili standartlarının növbəti təzahürüdür. Buna görədir ki, bir qrup Aİ üzvü mövcud vəziyyətə qərəzli, ermənipərəst yanaşma sərgiləyir. Necə olur ki, başqa ölkələr Avropadan təhlükəsizlik zəmanəti, kompensasiya və yenidənqurmada yardım alır, amma Azərbaycana qarşı ikili standartlar tətbiq olunur? Necə olur ki, 1 milyondan artıq insanımız yurdsuz-yuvasız qaldı, çadır şəhərciklərinə möhtac oldu, Qərb nəinki Azərbaycan həqiqətlərini görmədi, bir dəfə də olsun obyektv mövqe ortaya qoymadı? Bu qərəzin, ədalətsizliyin lap elə özüdür". 

Deputat qeyd edib ki, Avropa İttifaqı nümayəndələrinin Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xanazax qəsəbəsi istiqamətində yerləşən döyüş mövqeyinə gələrək foto və videoçəkiliş aparması faktı mövcuddur. Bu faktların hər biri Azərbaycan Ordusu tərəfindən texniki vasitələrlə izlənilir. Ermənistan nə Qərbə, nə də Qərbin ikili standartlarına güvənsin. Mövcud reallığın geridönüşü mövcud olmadığı qədər, gələcəyin gəlməsi də uzaqda deyil.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

Düzgün idarə olunan iqtisadiyyatın təməli

08:50
20 May

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

08:45
20 May

Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur

08:40
20 May

Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

08:35
20 May

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

08:30
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!