12 Sentyabr 2024 01:22
3847
MSK
A- A+
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 63 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 63 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 40/201

 

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Əzizov Əzizxan İman oğlu 2024-cü il sentyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət etmiş, seçki günü adıçəkilən seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia edərək dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 23/83 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını və müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra -Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Ə.İ.Əzizov müraciətində seçki günü müşahidə aparılması zamanı müşahidəçilərə maneələr yaradıldığını, səlahiyyəti olmayan şəxslərin seçki prosesinə müdaxiləsini, seçki qutularına birdən artıq bülleten atıldığını, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən məntəqəni tərk etdiklərini, səslərin sayılması zamanı elan olunan nəticələrlə Mərkəzi Seçki Komissiyasının rəsmi saytında verilmiş nəticələrin uyğun gəlmədiyini və digər qanun pozuntuları olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin dairə seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğvini tələb etmişdir. O, müraciətinə yalnız bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmiş, araşdırma prosesində isə əlavə olaraq daha bir elektron informasiya daşıyıcısı da təqdim etmişdir. 
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 78 saylı Lənkəran kənd seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilmədiyindən müraciət təmin olunmamışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada və komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar həmin seçki dairəsi üzrə qeydə alınmış iki namizəddən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif namizədləri, siyasi partiyaları və qeyri-hökümət təşkilatlarını təmsil edən müşahidəçilərdən, eləcə də həmin məntəqə seçki komissiyalarının üzvlərindən izahatlar alınmışdır.
Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş iki ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 78 saylı Lənkəran kənd seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası mübahisələndirilən qərarında əsasən düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqələrinə münasibətdə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilməsi və digər seçki materiallarının təhlili nəticəsində 29 və 32 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Buna görə də 78 saylı Lənkəran kənd seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Aparılan araşdırma nəticəsində müəyyən edildi ki, sentyabrın 1-də 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə keçirilmiş seçkilərdə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmir.
Beləliklə, 78 saylı Lənkəran kənd seçki dairəsindən qeydə alınmış namizəd Ə.İ.Əzizovun müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının 4 sentyabr 2024-cü il tarixli 23/83 saylı qərarı 29 və 32 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməli, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə qeydə alınmş namizəd Əzizov Əzizxan İman oğlunun 8 sentyabr 2024-cü il tarixli 63 saylı müraciəti qismən təmin olunsun, seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 78 saylı Lənkəran kənd seçki dairəsi dairə seçki komissiyasının 4 sentyabr    2024-cü il tarixli 23/83 saylı qərarı 29 və 32 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə isə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

11.09.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!