13 İyul 2025 10:45
650
DÜNYA
A- A+
Türkiyədə terrorçu kürdlər 40 ildən sonra silahı yerə qoymağa başlayıblar

Türkiyədə terrorçu kürdlər 40 ildən sonra silahı yerə qoymağa başlayıblar


BMT PKK terror təşkilatının tərk-silah edilməsini alqışlayır


Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik PKK-nın silahlı mübarizədən əl çəkməsini alqışlayıb. Düjarrik mətbuat konfransında deyib: "Biz razılaşmanın həyata keçirilməsini, ən azı ilk addımı (PKK-nın silahı yerə qoymasını) alqışlayırıq". O, ümid etdiyini bildirib ki, bu hadisə regionda davamlı sülhə doğru gələcək addımlar üçün stimul olacaq: "Lazım gələrsə, biz bu prosesə hər cür dəstək verməyə hazırıq".

Türkiyə dövlətinə qarşı 40 illik silahlı mübarizədən sonra iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK terror təşkilatı döyüşlərin dayandırılması və silahların yerə qoyulması istiqamətində ilk addım olacaq simvolik mərasim keçirib. PKK-nın tərk-silahı İraq Kürdüstanında ciddi təhlükəsizlik tədbirləri altında həyata keçirilir. Prosesin ən azı yayın sonuna qədər davam edəcəyi gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımı ölkə üçün "qanlı buxovların qırılması" adlandırıb.

 PKK terroru nəticəsində 40 minə yaxın insan həlak olub. Ekspertlərin fikrincə, ABŞ, Aİ və Böyük Britaniya tərəfindən terror təşkilatları siyahısına salınan PKK-nın tərk-silah olunması təkcə Türkiyədə deyil, İraq, Suriya və İranda da hiss ediləcək.

Həbsdə olan PKK lideri Abdullah Öcalan bu günlər yayımlanan videoda bunun "silahlı qarşıdurma mərhələsindən demokratik siyasət və hüquq mərhələsinə könüllü keçid" olduğunu bildirib. Xatırladaq ki, o, 1999-cu ildə həbs olunduqdan sonra İmralı adasındakı həbsxanada cəza çəkir.

Onu da qeyd edək ki, bu, Türkiyə ilə PKK arasında sülhə nail olmaq üçün atılan ilk addım deyil. Amma indiyə qədər 1984-cü ildə başlayan silahlı mübarizənin, nəhayət, bitəcəyinə dair ən böyük ümid verən cəhddir.

2013-cü ildə Öcalan PKK tərəfindən atəşkəs elan edib və tərəflər yenidən danışıqlar masası arxasında oturublar. Onlar Dolmabaxça Konsensusu kimi tanınan sülh nizamlanması üçün ümumi prinsiplər hazırlayıblar. 2015-ci ildə Öcalan silahlı mübarizədən əl çəkməyə yeni çağırış edib. Amma danışıqlar yarımçıq qalıb. Diplomatik prosesin pozulması xüsusilə cənub-şərqdə - kürdlərin çoxluq təşkil etdiyi şəhərlərdə, o cümlədən Diyarbəkirdə yeni toqquşmalara səbəb olub.

Son illərdə Türkiyə Hərbi Hava Qüvvələri  İraqın şimalındakı dağlarda PKK bazalarına dəfələrlə zərbələr endirib. Ankara həmçinin Suriyada kürd terrorçularına qarşı bir neçə hərbi kampaniya həyata keçirib. Eyni zamanda Ankara kürdlər silahı yerə qoyana qədər PKK ilə növbəti danışıqları istisna edib. İndi PKK silahı buraxmağa razılaşdığı üçün danışıqlar real perspektivə çevrilə bilər.

2024-cü ilin oktyabrında millətçi hərəkatın lideri və Ərdoğanın əsas müttəfiqlərindən biri olan Dövlət Baxçalı hökumətin PKK-nın tərksilah edilməsini nəzərdə tutan "Terrorsuz Türkiyə" təşəbbüsünü açıqlayıb. O, PKK-nın həbsdə olan lideri Abdullah Öcalanı partiyanı buraxmağa çağırıb. Baxçalının açıqladığı kimi, təşkilat özünü buraxandan sonra Öcalanın da azadlığa çıxması mümkün olacaq.

Türkiyə hökuməti kürdyönümlü Demokrat Partiyası vasitəsilə Öcalanla danışıqlara başlayıb və daha sonra o, fevral ayında tərəfdarlarına PKK-nı ləğv etmək üçün tarixi çağırış edib. Partiya liderinin çağırışı iki millət vəkili tərəfindən İmralı adasındakı həbsxanada Öcalanla görüşdən sonra oxunub. Öcalanın məktubunda deyilir: "Bütün qruplar silahı yerə qoymalı, PKK isə özünü buraxmalıdır". Bundan sonra Türkiyə Prezidenti bildirib ki, PKK-nın qərarı "terror divarını yıxmaq istiqamətində tarixi addım atmaq üçün fürsət" verib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!