16 Dekabr 2025 16:56
379
DÜNYA
A- A+
Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  


Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsinə dair indiki sülh planının əsas komponentlərindən biri Ukraynaya etibarlı təhlükəsizlik təminatının verilməsidir. Prezident Volodimir Zelenski bəyan edir ki, Ukraynanın Budapeşt Memorandumundan neqativ təcrübəsi var. Ona görə də təhlükəsizlik təminatı verən ölkələrin parlamentlərində bu sənəd ratifikasiya olunmalıdır. İlk növbədə, ABŞ Konqresi bu təhlükəsizlik təminatını verməlidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Berlində Ukrayna və ABŞ nümayəndə heyətlərinin sülh planına dair keçirdikləri ikigünlük müzakirələrin nəticələrini şərh edərkən ukraynalı siyasi ekspert İvan Us söyləyib.

“Berlin danışıqlarından sonra tərəflərin sülh planına dair uğurların əldə edildiyinə dair bəyanatlarına baxmayaraq, mən ciddi nəticənin əldə olunduğunu söyləyə bilmərəm. Bəli, danışıqlar davam etdirilir, Ukrayna Trampa birbaşa yox deməyə hazır deyil. Çünki xüsusilə silahların satışı, kəşfiyyat məlumatlarının ötürülməsi və iqtisadi məsələlərdə Amerikadan asılılıq qalır. Rəsmi Kiyev Amerikanın təzyiqi altında qalmaq istəmir. Ona görə də hər danışıqda Ukrayna rəsmi Vaşinqtonun təzyiqi ilə üzləşəndə, ortalığa tərəfdaş Avropa ölkələri çıxır və bəyan edirlər ki, Ukrayna meydanda tək deyil. Avropa Birliyi də var. İndi əsas rolu Almaniya oynayır. Əvvəllər daha çox Böyük Britaniya bu rolu üzərinə götürmüşdü. İndi baxaq görək, Avropa Birliyi ölkələri də nə dərəcədə sözdə yox, əməldə Ukraynanı dəstəkləyəcəklər”, - deyə İvan Us əlavə edib.

Ukraynalı ekspert hesab edir ki, Amerika münaqişə tərəflərinə təzyiqlərini davam etdirə bilər, ancaq fakt odur ki, hələ nəticə yoxdur. “Baxaq görək, proseslərin davamı necə olacaq. Ukrayna sülh planının beynəlxalq hüquq prinsipləri, həmçinin Amerikanın qanunvericiliyinin prinsipləri çərçivəsində müzakirələrinə hazırdır. ABŞ-ın Dövlət Departamenti və Konqresinin ekspert rəyi olmadan digər ölkələr üçün hər hansı məsələnin müzakirəsini aparmaq düzgün deyil. Bundan əlavə, Trampın özü 2017-ci ilə qanun imzalayıb. Həmin qanuna görə, Rusiyanın işğal etdiyi ərazilər Rusiyanın ərazisi kimi tanınmayacaq. Lakin biz rəsmi Vaşinqtonun sülh planında təqdim etdiyi müddəalarda Amerika qanunvericiliyinin prinsiplərinin pozulmasını görürük. Sözsüz ki, qanunvericiliyi dəyişmək olar, ancaq bunun üçün səsvermə olmalıdır. Tramp buna gedəcəkmi, bu sual açıq olaraq qalır”, - deyə ukraynalı ekspert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Siyasi şərhçi: Çinin Cənubi Qafqaz regionu ilə münasibətləri ikitərəfli və çoxtərəfli əməkdaşlıq baxımından önəmlidir VİDEO  

12:44
13 Yanvar

Baş prokuror: Prokurorluq orqanlarında 115 xanım əməkdaş çalışır  

12:01
13 Yanvar

Kamran Əliyev: Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97 faizini təşkil edəcək  

11:47
13 Yanvar

“Citigroup”: Qızılın qiyməti 5000 dollara yüksələ bilər  

11:30
13 Yanvar

Biləsuvarda zəlzələ olub

11:23
13 Yanvar

Ötən gün 64 cinayətin açılması təmin edilib  

11:22
13 Yanvar

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb  

11:21
13 Yanvar

Sudanlı nazir müavini “ASAN xidmət”də  

11:19
13 Yanvar

“Goldman Sachs” neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb  

11:17
13 Yanvar

Rusiya ordusu Ukrayna ərazisinə kütləvi hava hücumu edib, ölənlər və yaralananlar var  

11:14
13 Yanvar

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

10:51
13 Yanvar

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib  

10:48
13 Yanvar

Azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun mərkəzi - Ağdam Sənaye Parkı 

10:31
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:21
13 Yanvar

N hərbi hissəsində taktiki təlim keçirilib  

10:18
13 Yanvar

Azərbaycanda sayğaclaşdırma səviyyəsi Avropa İttifaqı ilə müqayisədə yüksəkdir 

10:16
13 Yanvar

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:11
13 Yanvar

Azərbaycan nefti cüzi bahalaşıb  

10:06
13 Yanvar

AAYDA gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

10:01
13 Yanvar

Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqlayıb  

09:44
13 Yanvar

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 faiz vergi tətbiq ediləcəyini açıqlayıb  

09:34
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!