17 Dekabr 2025 08:20
147
İQTİSADİYYAT
A- A+
Misri qılıncdan döyüş PUA-larınacan

Misri qılıncdan döyüş PUA-larınacan


Böyük Zəfərimizdə öz silahlarımız da sözünü dedi


2009-cu ildən başlayaraq hər il dekabrın 17-də ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günü qeyd edilir. Prezident İlham Əliyev bu barədə sərəncamı həmin il noyabrın 10-da imzalayıb.

Əvvəla qeyd edək ki, MSN dövlətimizin başçısının sərəncamı ilə 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. Bu mühüm addım Azərbaycan Ordusunu və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələri müasir döyüş texnikası və silah-sursatla təmin etmək məqsədi daşıyıb. Ötən 20 il ərzində nazirlik bir çox uğura imza atıb. Bu müddətdə nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar müvəffəqiyyətlə istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

44 günlük Vətən müharibəsi ölkəmizin müdafiə sənayesi məhsullarının da böyük bir sınağı oldu. Başqa sözlə, 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə bu məhsullar da öz "söz"ünü cəsarətlə dedi. Haqq savaşımızda MSN-in istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında əhəmiyyətli rol oynadı. O cümlədən pilotsuz uçuş aparatları özünü yüksək səviyyədə doğrultdu.

Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra ölkəmiz ilk dəfə 2022-ci ildə keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim etdi. Sərgidə MSN-in müəssisələrində buraxılan yeddi növ yeni pilotsuz uçuş aparatı göstərildi. Kamikadze "İti qovan" məşhur pilotsuz uçuş aparatı, eləcə də "Aerostar" və "Orbiter-4" də sərgidəki məhsullar sırasında oldu. MSN-in açıq havada olan ekspozisiyasında yeni "Gürzə" avtomobilləri, eləcə də modernizə olunmuş transportyor nümayiş etdirildi.

Qısa müddətdə MSN tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirməklə yanaşı, Azərbaycanda ADEX adı altında beynəlxalq müdafiə sərgilərinin keçirilməsinin təşkilatçısına çevrildi. Qeyd edildiyi kimi, Bakıda IV ADEX Azərbaycan Beynəlxalq Müdafiə və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgiləri keçirildi. Bu, müasir silah və texnikanın nümayiş olunduğu genişmiqyaslı tədbirlər idi. Həmin sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 200-dən çox şirkət iştirak etdi. Sərgilərdə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar, ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən MSN-in birlik və müəssisələrinin 179 adda məhsulu nümayiş olundu.

Növbəti il noyabrın 22-dən 25-dək isə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində "Bakı-Ekspo" Mərkəzində "SPECA ölkələri sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi baş tutdu. 

Keçən il sentyabrın 24-26-da Bakıda nazirliyin təşkilatçılığı ilə "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirildi. Sentyabrın 24-də Prezident İlham Əliyev sərgiləri ziyarət etdi. Dövlətimizin başçısı Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Belə ki, sərgidə "Azərsilah"a məxsus pavilyonda ziyarətçilərə PUA, müxtəlif növ kəşfiyyat və kamikadze dronları, avtomatik top, zirehli gödəkcələr, aviabombalar, təlim simulyatorları, müxtəlif növ atıcı silahlar, snayper tüfəngləri, minaatanlar, müxtəlif növ mərmilər, zirehli dəbilqə və zirehli gödəkçələr, optik nişangah və cihazlar təqdim olunurdu.

Sərgilər zamanı MSN və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər, MSN-nin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC ilə Azərbaycan Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumunun imzalanması, bir çox mövzuda panel müzakirələrin aparılması da önəmli hadisələr idi.

Sərgilərdə ziyarətçilər "Bakı-Ekspo" Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara da baxdılar. Tədbirdə ilk dəfə öz stendi ilə təmsil olunan Müdafiə Nazirliyi tərəfindən müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizat vasitələri, zirehli texnikalar nümayiş etdirildi. Sərgilərdə eləcə də MSN-in müəssisələrində yaradılan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları, ümumilikdə 193 adda müdafiə təyinatlı məmulat göstərildi. 

Qeyd edək ki, ADEX və "Securex Caspian" sərgiləri məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu, Azərbaycanın müdafiə qabiliyyətini inkişaf etdirmək əzmini təsdiqləyən faktlardan biridir. Onu da deyək ki, növbəti - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin 2026-cı ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur. 

Bu yaxınlarda isə MSN-nin yaradılmasının 20 illiyi ilə bağlı təşkil olunan silsilə tədbirlər çərçivəsində Milli Aerokosmik Agentliyində "Süni intellekt: sənayedə tətbiqi, hüquqi aspektləri, beynəlxalq təcrübə" mövzusunda seminar keçirildi. Tədbirdə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin süni intellektin inkişafı, elmi potensialın gücləndirilməsi və yeni texnoloji həllərin genişləndirilməsi baxımından mühüm yol xəritəsi olduğu vurğulandı. Son illərdə müdafiə sənayesində süni intellektin tətbiqi, tədqiqatların dəstəklənməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və kadr potensialının artırılması istiqamətində ardıcıl və sistemli işlər görüldüyü qeyd edildi.

Deyilənlərə onu da əlavə edək ki, MSN-nin müəssisələrində istehsal edilən məhsullar həmçinin ixraca yönəldilir və bu nailiyyət də nazirliyin müvəffəqiyyətləri sırasında önəmli yer tutur. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!