17 Dekabr 2025 08:30
141
SİYASƏT
A- A+
Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur


Bu onu göstərir ki, belə qüvvələri cəmiyyət qəbul etmir


8 avqust 2025-ci il Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan arasındakı sülh prosesində müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Görüş və danışıqlarda müəyyən canlanma olsa da, sülhə əngəl törədən əsas mane, rəsmi İrəvanın konstitusiyasında dəyişiklik edərək, ölkəmizə qarşı ərazi iddialarını aradan qaldırmamasıdır. Bu barədə Ermənistanda müəyyən fikirlər səslənsə də, necə deyərlər, buz yerindən tərpənməyib. Bu istiqamətdə real addım atılmayıb. Eyni zamanda siyasi şərhçilərin fikrincə, Ermənistanın gələn il parlament seçkiləri ilə eyni vaxtda referendum keçirərək bu şərti də yerinə yetirəcəyi gözlənilir. Çünki bu ölkənin başqa yolu yoxdur.

Müşahidələr göstərir ki, Ermənistanda parlament seçkilərinin yaxınlaşması cəmiyyətdəki gərginliyi daha da artırıb. Bütün siyasi qüvvələr seçkilərdə qalib gəlmək üçün mübarizəyə qoşulub. Ən çox diqqəti cəlb edən isə ölkəyə rəhbərlik etmiş sabiq prezidentlərinin, Azərbaycan-Ermənistan arasında sülhə mane olan revanşistlərin yenidən fəallaşmasıdır. Erməni cəmiyyətində revanşistlərin siyasi dayaqları çox zəifdir. Ona görə də sülhə mane olan bu qüvvələrin qalib gəlməsi mümkün deyil.  Amma reavanşistlər də möcüzə baş verəcəyinə inanaraq mübarizələrindən əl çəkmirlər. Hansı yolla olursa olsun, sülhə mane olmağa çalışırlar. Din xadimlərinin siyasi proseslərə qatılması isə cəmiyyətdəki gərginliyi daha da artırır. Erməni cəmiyyətinin qəbul etmədiyi revanşistlərin, sabiq cinayətkar xunta rəhbərlərinin meydanda olması onu deməyə əsas verir ki, bu qara qüvvələr hələ də bəzi xarici dairələrin diktəsi ilə oturub-dururlar.

Diqqəti çəkən amillərdən biri də əvvəlki illər siyasətə qayıtmayacağını bildirmiş Ermənistanın birinci prezident Levon Ter-Petrosyanın da seçkilərdə iddialı görünməsidir. Xatırladaq ki, Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistan prezidenti olub. 80 yaşlı sabiq prezident bir müddət əvvəl Ermənistan Milli Konqresinin (EMK) sədri seçilib. Qurultay nümayəndələri onun siyasi lider kimi qalmasını dəstəkləyiblər. 

Bir neçə ay əvvəl Paşinyanla Ter-Petrosyan arasında müəyyən gərginlik hökm sürürdü. Həmin gərginliyin fonunda Baş nazir Nikol Paşinyan sosial media hesabında birinci prezidenti siyasi arenada ardıcıl mövqe sərgiləməməkdə ittiham edərək bu sözləri yazmışdı: "Hörmətli Levon Ter-Petrosyan! 1996-cı ildə seçkilərin nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi isə anlayıram ki, yenə də harasa getmək istəyirsiniz, lakin artıq qaçmağa yer tapa bilmirsiniz. Əslində, buna ehtiyac da yoxdur. Sadəcə olaraq, sakitləşin və Ermənistanda bərqərar olmuş dinc həyatınızdan zövq alın. Hamımıza xoş gün arzulayıram".

Ermənistan Milli Konqresinin sədri Ter-Petrosyanın sabiq həmkarları - Köçəryan-Sarkisyan cütlüyü ilə də münasibətləri çox sərindir. Əvvəlki illər Ter-Petrosyan açıqlamalarının birində onların əleyhinə danışaraq deyib: "Koçaryan-Serj rejiminin idarəçiliyinin nəticəsi Ermənistandan 1 milyon adamın mühacirətinə səbəb olub. Dünyadan "erməni soyqırımı"nı tanımağı tələb edən insanlar öz ölkələrində soyqırımı həyata keçirirlər. Xahiş edirəm diqqət yetirəsiniz ki, bunu mən yox, Serj Sarkisyanın təyin etdiyi fövqəladə və səlahiyyətli səfir Şarl Aznavur deyib. Rejimin fəaliyyətinin mühacirlikdən başqa daha bir nəticəsi korrupsiyadır...  Ermənistanın hazırkı hakimiyyətinin daha bir cinayəti ölkə vətəndaşlarının müdafiəsiz qalmasıdır. Problemlər yarandıqda, insanlar polisə və ya məhkəməyə müraciət etməkdən çəkinirlər". Deməli, Ermənistanda hakimiyyət uğrunda siyasi ziddiyyətlər getdikcə dərinləşir.

Hadisələrin gedişindən göründüyü kimi, Ermənistanda Azərbaycanla sülh prosesinə mane olan revanşist qüvvələr pozucu fəaliyyətlərindən əl çəkmək istəmirlər. Həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, həm də erməni kilsəsi Paşinyanı devirmək üçün birləşiblər. Onlar daim sülh prosesi əleyhinə çıxışlar edirlər. Bununla da cəmiyyəti öz arxalarınca çəkməyə çalışırlar. Sülhə mane olmağı qarşılarına məqsəd qoymuş revanşistlər erməni cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Qondarma "artsax"ın yaranmasının ildönümü münasibətilə separatçılar, daim onlara dəstək olan erməni kilsəsi və bəzi müxalifət partiyaları bir araya gələrək sülh əleyhinə çıxışlar edirlər. Onlar Minsk qrupunun buraxılmasını da qəbuledilməz adlandırıblar. Revanşistlər düşünürlər ki, bu, Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi üçün vacib mexanizm idi. Hansı ki, heç vaxt ermənilərin hüquqları pozulmayıb. Həmişə hüquları pozan elə onların özləri olublar. 

Sülhə mane olmağa çalışan revanşist qüvvələr Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasının Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınmalı olduğunu bəyan ediblər. Həmin sərsəm bəyanatda deyilir ki, bu hüquqların təmin edilməsi üçün effektiv mexanizmlər olmadan ATƏT-in Minsk qrupunun buraxılması qəti şəkildə qəbuledilməzdir. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Ermənistandakı və ölkə xaricindəki revanşist qüvvələr hələ də "böyük Ermənistan" xülyası ilə yaşayırlar. Ona görə də Paşinyanı devirib xarici güclərin köməyi ilə yenidən hakimiyyətə gəlmək istəyirlər. Daim sülhün tərəfində olan, yeni müharibə istəməyən Azərbaycan isə Ermənistan tərəfini dəfələrlə revanşist meyllərlə bağlı xəbərdar edib.

Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Baş nazir Nikol Paşinyan dəfələrlə bu mövzuya toxunsa da, ölkədəki siyasi vəziyyət səbəbindən konkret addım atmaqdan çəkinib. O, bəyan edib ki, Ermənistanın yeni konstitusiyaya ehtiyacı var. Konstitusiya Günü münasibətilə ilə xalqa ünvanladığı təbrik məktubunda da bu məqam yer alıb: "Ölkəmizin yeni konstitusiyaya ehtiyacı var. Mən konstitusiyanın yeni mətnindən deyil, onun yazılmasının və qəbulunun yeni üsulundan danışıram. Bizə xalqın özü tərəfindən yazıldığına və qəbul olunduğuna inandığı konstitusiya lazımdır". Paşinyan ehtiyat edir ki, əleyhinə olan qüvvələr, o cümlədən sabiq cinayətkar xunta rejiminin rəhbərləri, revanşistlər, kilsə seçki ərəfəsində bu məqamdan istifadə edib, onu devirə bilərlər. Buna görə də bəyanatlar versə də, konkret addım atmaqdan ehtiyatlanır.

Revanşist qüvvələrin duru suları bulandırmağa, erməni cəmiyyətində gərginlik yaratmağına baxmayaraq, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə nail olmaq üçün müvafiq addımlar atılır. Məlum olduğu kimi rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü şərtlərindən biri də yerinə yetirilib. Cari il dekabrın 1-də Minsk prosesi və onunla əlaqəli strukturlar tarixə qovuşub. Xatırladaq ki, bu barədə avqustun 8-də Vaşinqton sammitində imzalanmış Birgə Bəyannamə ilə razılıq əldə edilmişdi. Revanşist qüvvələrin müxtəlif pozucu təxribatlar törətməsinə baxmayaraq, Azərbaycan  özünün sülh məqsədlərinə yaxınlaşır. Elə Ermənistanda da bu istiqamətdə müəyyən işlər görülür. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!