17 Dekabr 2025 08:15
2135
Təhsil
A- A+
Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb


Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi baş tutub. 

Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda dövlət rəsmiləri, yerli və xarici qonaqlar, tanınmış elm xadimləri, ali təhsil müəssisələrinin rektorları, professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Açılış mərasimi Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov  konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII qəbul olunmuş 609 iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb.

Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə olacağını deyib.

Elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlər və gələcək prioritetlər barədə çıxış edib. Nazir çıxışında xüsusilə vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir. 

Emin Əmrullayev deyib ki, sentyabrdan ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. O vurğulayıb ki, ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı Azərbaycan elmi potensialını gücləndirib. Nazir qeyd edib ki, bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır. Sonda NASCO XXVIII-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.  Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində "Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri", "Elm əsaslı innovasiya" mövzularında panel müzakirələr və müxtəlif elmi istiqamətləri əhatə edən məruzələr təşkil olunacaq. 

Konfransın əsas məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Serbiya ailə siyasəti və qadın hüquqları sahəsində əməkdaşlığı genişləndirə bilər

17:27
12 Mart

Hikmət Hacıyev: Bizim üçün “orta güc” anlayışı problemlərin həllinə yönələn yanaşma deməkdir  

17:23
12 Mart

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

17:21
12 Mart

Hörmüz boğazından daşımalar Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyənin 10 faizindən də azdır  

17:19
12 Mart

İran səfiri: Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm

17:16
12 Mart

İsmail Serageldin: Qlobal Bakı Forumu beynəlxalq sistemdə dialoq üçün mühüm platformadır

17:13
12 Mart

Prezidentin köməkçisi: Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

17:11
12 Mart

Hikmət Hacıyev: Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub

17:08
12 Mart

Rusiya “Şimal-Cənub” layihəsinin davam etdirilməsini gözləyir

17:03
12 Mart

Avropa Parlamentinin sabiq vitse-spikeri: XIII Qlobal Bakı Forumu Azərbaycanın çox praqmatik təşəbbüsüdür  

17:01
12 Mart

Romano Prodi: BMT-nin və beynəlxalq institutların zəifləməsi qlobal idarəetmə üçün ciddi çağırışdır  

16:55
12 Mart

Ad hüququ nədir? – İlk dəfə Ali Məhkəmə açıqladı

16:51
12 Mart

Kənd təsərrüfatı naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib

16:48
12 Mart

BMT: İranda 3 milyondan çox insan məcburi köçkünə çevrilib

16:43
12 Mart

XIII Qlobal Bakı Forumu Türkiyə mediasının diqqət mərkəzindədir  

16:31
12 Mart

Beynəlxalq Enerji Agentliyi: Bu il qlobal neft tələbatı artacaq  

16:29
12 Mart

Bakı Forumunda “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış” mövzusunda panel keçirilir

16:25
12 Mart

Bakı ilə Brüssel arasındakı münasibətlərdə yeni mərhələ

16:23
12 Mart

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

16:20
12 Mart

XIII Qlobal Bakı Forumunun ilk panel iclası qlobal təhlükəsizlik və güclər balansı mövzusuna həsr edilib YENİLƏNİB

16:19
12 Mart

Rusiyanın İrana humanitar yardım aparan təyyarəsi Lənkəran hava limanına enib 

16:16
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!