12 Mart 2026 17:21
704
CƏMİYYƏT
A- A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb  


Azərbaycan və Latviya arasında münasibətlərin yüksək səviyyədə olması iki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahəsində də əlaqələrinin daim inkişaf etməsinə geniş imkanlar yaradıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Latviyanın rifah naziri Reinis Uzulnieks ilə onlayn görüşündə bildirib.

O, Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan ardıcıl sosial islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətlərində atılan addımlar barədə məlumat verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sahələrdə rəqəmsal həllərin geniş tətbiqi, əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı prosesinin gücləndirilməsi işləri diqqətə çatdırılıb. Azərbaycan və Latviya arasında həmin sahələrdə əməkdaşlığın və təcrübə mübadilələrinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyi vurğulanıb.

Reinis Uzulnieks iki qurum arasında əlaqələrin davamlı olaraq genişlənməsində maraqlı olduqlarını qeyd edib. O, Latviyada həyata keçirilən sosial müdafiə və məşğulluq proqramları, ölkəsinin əmək bazarı ilə bağlı məlumat verib. İkitərəfli əməkdaşlıq təcrübəsinin uğurla davam etdirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü səylərin göstəriləcəyini bildirib.

Sonra Anar Əliyev və Reinis Uzulnieks Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandumun icrası ilə bağlı 2026-2027-ci illər üçün Tədbirlər Planını imzalayıblar.

Tədbirlər Planında aktiv əmək bazarı siyasəti, əlilliyi olan şəxslərin, gənclərin məşğulluğu, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, əməyin mühafizəsi, insan resurslarının idarə edilməsi, xidmətlərin rəqəmsallaşdırılması, himayədar ailə qayğı modelinin inkişaf etdirilməsi, sosial xidmətlərin göstərilməsində innovativ həllərin, süni intellektin tətbiqi və s. üzrə bilik və təcrübələrin mübadiləsi, ikitərəfli müzakirələrin aparılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliyada yanacaqla bağlı ciddi qıtlıq gözlənilmir

16:19
16 Aprel

İrana hücum Suriya və İraqda uşaqların müalicəsinə mane olub

16:13
16 Aprel

Sudanda münaqişənin fəsadları: iqtisadi tənəzzül, kütləvi köçkünlük, zorakılıq və humanitar böhran

16:12
16 Aprel

Zəngilanda Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının nəticələrinə dair Protokol imzalanıb  

16:11
16 Aprel

Milli Məclis və Mərakeş Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb  

15:45
16 Aprel

Azərbaycan və Rusiya arasında qarşılıqlı investisiyaların həcmi açıqlanıb

15:22
16 Aprel

AAYDA-nın sədri Quba–Qonaqkənd yolunda sürüşmə baş verən ərazidə olub

15:13
16 Aprel

Xaçmazda tədris prosesi izlənilib

15:06
16 Aprel

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir  

14:56
16 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Baş nazirin müavini: Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur  

14:51
16 Aprel

Baş nazirin müavini: İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır  

14:47
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

14:13
16 Aprel

Azərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gəliblər

14:07
16 Aprel

İlin sonunadək ikinci LRHW hipersəs raket batareyası ABŞ ordusuna təhvil veriləcək  

13:43
16 Aprel

Azərbaycanda nadir elementlərlə zəngin yeni ərazilər müəyyən edilib

13:34
16 Aprel

DSMF-nin xərcləri artıb

13:26
16 Aprel

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasının iştirakçıları Zəngilanın Ağalı kəndi ilə tanış olublar  

13:03
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!