17 Dekabr 2025 01:42
2182
ELANLAR
A- A+
Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!


Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin və müvafiq nizamnamə tələblərinə uyğun olaraq aşağıda göstərilən məcburi audit subyektləri hər il maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:


Sıra №si

Məcburi audit subyektləri

Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası

1.

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsi

2.

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
1999-cu il 28 dekabr tarixli 779-IQ saylı Qanununun 91.4-cü maddəsi

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
1999-cu il 28 dekabr tarixli 779-IQ saylı Qanununun 107.6-cı maddəsi

4.

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələri

5.

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsi

6.

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələri

7.

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ saylı Qanununun 16-cı və 17-ci maddələri

8.

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.3-cü maddəsi

9.

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.2-ci maddəsi

10.

Publik hüquqi şəxslər

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 173 nömrəli fərmanı ilə təsdiq edilmiş Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsinin 7.4-cü maddəsi

11.

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsi

12.

Kənd təsərrüfatı kooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli  270-VQ saylı Qanununun 5.4-cü maddəsi

13.

Bələdiyyələr

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 772-IQ saylı Qanununun 13-cü maddəsi

14.

İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ saylı Qanununun 61-ci maddəsi

15.

Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri tələb olunan qurumlar

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamları və digər sənədlər



İzahedici qeydlər:
- Qanunvericiliyin tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan iqtisadi subyektlər, qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri tələb olunan qurumlarda həyata keçirilməli olan, habelə Səlahiyyətli Dövlət Orqanları tərəfindən aparılan audit məcburi, digər hallarda isə könüllüdür. 
- Yuxarıdakı siyahıda qeyd olunan məcburi audit subyektlərindən başqa digər iqtisadi subyektlər də öz təşəbbüsləri ilə maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etdirmək və digər auditor xidmətlərindən istifadə etmək üçün könüllü olaraq müstəqil (kənar) auditor cəlb edə bilər.
- Auditi aparılan iqtisadi subyektin şəxsi əmlak mənafeyi, onun iqtisadi subyektinin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, həmin iqtisadi subyektdə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə, auditorlara həmin iqtisadi subyektlərdə audit aparmaq qadağandır.
- Yeni dövrün çağırışları nəzərə alınmaqla dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və yaşıl iqtisadiyyatın inkişafı naminə aparılan ölkə iqtisadiyyatının inkişafının müasir mərhələsində müstəqil (kənar) audit maliyyə şəffaflığının əsas təminatçısı kimi, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, maliyyə və vergi intizamının möhkəmləndirilməsində, korrupsiyaya və cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə mühüm rola malik olmaqla yanaşı, auditorlar tərəfindən təqdim olunan auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə fəaliyyətində yol verilən nöqsan və çatışmazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 sentyabr tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “e-mühasibat” informasiya sistemi haqqında Əsasnamənin 3-cü “Sistemin altsistemləri” bölməsinə uyğun olaraq məcburi audit subyektləri tərəfindən aşağıdakılar təmin edilməlidir:
3.2.1. kommersiya təşkilatlarının maliyyə hesabatları altsistemi vasitəsilə “Mühasibat uçotu haqqında” Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş kommersiya təşkilatları tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, habelə həmin Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş kommersiya təşkilatları tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların, məcburi audit subyektləri tərəfindən isə maliyyə hesabatlarının məcburi auditini keçirməsi barədə auditor rəyinin elektron qaydada göndərilməsi.
3.2.2. publik hüquqi şəxslərin maliyyə hesabatları altsistemi vasitəsilə “Mühasibat uçotu haqqında”  Qanunun 12-1.8-ci maddəsində nəzərdə tutulmuş publik hüquqi şəxslər tərəfindən illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının (auditor rəyi ilə birlikdə), habelə həmin Qanunun 12-1.9-cü maddəsində nəzərdə tutulmuş publik hüquqi şəxslər tərəfindən (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə dərc edilməsi barədə məlumatların elektron qaydada göndərilməsi.

Hörmətli təsərrüfat subyektlərinin rəhbərləri,
- İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz: 
- https://audit.gov.az/Az/page/5 (auditor təşkilatları)
- https://audit.gov.az/Az/page/6 (sərbəst auditorlar)
- Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. (Əlaqə telefonları: (012) 564-83-66 ; (012) 498-28-55 (dax.:109)                (050-612-04-73 ; E-mail: [email protected] - Vasif Cavadov).

Azərbaycan Respublikasının Auditorlar Palatası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı enerji qiymətlərinin artmasından narahatdır

11:43
10 Mart

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!