14 Fevral 2026 02:12
1627
ELANLAR
A- A+
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)


Layihənin Adı: Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant Nömrəsi: TF-C8884
Tapşırığın Adı: Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) dayanıqlı təmizlənməsi və ərazi bərpası üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək üzrə məsləhət xidmətləri
Satınalma Planının İstinad Nömrəsi: AZ-MOEC-CS-CQS-03
Ölkə: Azərbaycan

1.    Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.

2.    Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron göllərinin (Zığ, Xocasən və Böyükşor) dayanıqlı təmizlənməsi və ərazi bərpası üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək üzrə xidmətlərini əhatə edir.

Məsləhətçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (İcraçı Qurum) Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədinə əsaslanaraq Abşeron göllərinin təmizlənməsi və ərazinin bərpası üzrə Ətraf mühit və Sosial risklərin idarə edilməsi (ƏMSRİE) sənəd paketinin hazırlanmasında kömək göstərəcək.

Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2026-cı ilin aprel ayında başlanılması nəzərdə tutulur. Tapşırığın ehtimal olunan ümumi dəyəri 300,000 ABŞ dollarıdır. Təhvil veriləcək işlərin siyahısı və gözlənilən müvafiq icra müddətləri aşağıdakı keçiddə yerləşdirilən Texniki Tapşırıqda (TT) göstərilmişdir: 

https://www.dropbox.com/scl/fi/0t818yf5o5tqoatin8tz3/ToR_Absheron_Lakes_ESF_Tools_13.02.2026.docx?rlkey=yh934alh3dyqcoeg40eezjmrw&st=56pabtf2&dl=0

3.    İcraçı Qurum hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan Xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.

4.    Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

(i)       Ümumi Təcrübə: a)Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi və  Beynəlxalq Maliyyə İnstitutları (BMİ) tərəfindən maliyyələşdirilən layihələrdə təcrübə (Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrdə təcrübəyə üstünlük verilir).

(ii)     Xüsusi Təcrübə:

-      Göllərin bərpası, şəhər su hövzələri və ya çirklənmiş sahələrin təmizlənməsi layihələri daxil olmaqla ətraf mühitin bərpası və su ilə əlaqəli mürəkkəb layihələr üçün Ətraf Mühitə və Sosial Təsirlərə dair Qiymətləndirmələrin (ƏMSTQ) aparılması sahəsində peşəkar və uğurlu təcrübə, Beynəlxalq Maliyyə İnstitutları tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsinə üstünlük verilir;

-      Dünya Bankının Ətraf Mühit və Sosial Çərçivə (ƏMSÇ) sənədinin tətbiqi üzrə təcrübə;

-      Ətraf mühitin bərpası texnologiyaları, hidroloji sistemlərşəhərlərdə ətraf mühitin bərpası sahəsində güclü texniki biliklər;

-      Müxtəlif maraqlı tərəflərlə səmərəli əməkdaşlıq qurmaq, konsensus formalaşdırmaq və əməkdaşlığı təşviq etmək bacarığı.

(iii)   Oxşar regionlarda təcrübə və heyət səfərbərliyi bacarığı:

Azərbaycan və ya Cənubi Qafqaz regionunda və ya oxşar iqlim şəraitinə malik bölgələrdə təcrübənin olması, həmçinin yerli ətraf mühit və sosial tənzimləyici çərçivələrə dair anlayışın mövcudluğu üstünlük hesab olunur. Texniki tapşırıqda müəyyən edilmiş vəzifələrin icrası üçün tələb olunan ixtisaslı mütəxəssislərin səfərbər edilməsi bacarığı.

 

Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər fərdi olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş Məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.

5.    Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər ən azı aşağıdakı sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company), eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.

(i)       Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.

(ii)     Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.

(iii)   Bu Maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı (formaya keçid linki: https://www.dropbox.com/scl/fi/hulzprh5xzvtzsl0goehf/Form-1-Similar-Contracts.docx?rlkey=qvhme2yl126m609f5wilwi5w0&st=wvya8boj&dl=0 tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.

(iv)   Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.

 

6.    Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.

Qeyd: Yuxarıda 4-cü bənddə qeyd edilən xüsusi təcrübə tələbinə uyğunluğun qiymətləndirilməsi zamanı sub-məsləhətçilərin təcrübəsi nəzərə alınmayacaq.

7.    Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.

8.    Maraq ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 27 fevral 2026-cı il tarixinədək təqdim olunmalıdır.

Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanından əldə etmək olar:

Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu

  • Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
    Tel: +994 12 310 28 00 (daxili: 2227)
    E-mail:  [email protected]  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!