16 Dekabr 2025 20:03
1164
PARLAMENT
A- A+
Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub


Dekabrın 16-da Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəliyə bir məsələnin - Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil olduğunu bildirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev tütün və tütün məmulatlarının, eləcə də elektron siqaretlərin insan sağlamlığına zərərli təsirlərindən söz açıb. O bildirib ki, bu məhsullar bir çox sağalmaz xəstəliklərin yaranmasına səbəb olur və məsələ ilə bağlı deputatlar tərəfindən dəfələrlə təşəbbüslər irəli sürülüb. Tahir Rzayev qeyd edib ki, problemin aktuallığını nəzərə alaraq, son illərdə tütün məmulatlarının dövriyyəsi və istifadəsinin məhdudlaşdırılması istiqamətində bir sıra qanunverici aktlar qəbul edilib. Bununla belə insanların, xüsusilə gənclərin tütün və elektron siqaret məhsullarına çıxışının məhdudlaşdırılması, onların təşviqinin qarşısının alınması öz aktuallığını qoruyub saxlayır. Komitə sədri bildirib ki, məhz bu məqsədlə Milli Məclisin komitə sədri Fazil Mustafanın təşəbbüsü ilə təqdim olunan qanun layihəsi hazırlanıb.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa layihədə təklif olunan dəyişikliklər barədə məlumat verib. O bildirib ki, qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin - idxalının, ixracının, istehsalının, saxlanılmasının, topdan və pərakəndə satışının və istifadəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb. Komitə sədri vurğulayıb ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıb. O, dəyişikliklərin əhalinin sağlamlığının qorunması, xüsusilə gənc nəslin zərərli vərdişlərdən uzaq tutulması baxımından əhəmiyyətini vurğulayıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması və onların reklamının qadağan olunması ilə bağlı ölkədə mövcud olan qanunvericilik bazasından söz açıb. Bu qanunvericilik bazasının icrası və real tətbiqi ilə bağlı məsələlərə toxunub, müzakirəyə çıxarılan layihədə təklif olunan dəyişikliklərlə və bəzi anlayışların dəqiqləşdirilməsi ilə bağlı qeydlərini və təkliflərini səsləndirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, qanun layihəsindəki dəyişikliklər cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasına xidmət edir. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdən irəli gəlir. Belə ki, elektron siqaretlərin dövriyyəsi qadağan edildiyindən “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi həyata keçirilir. Vurğulanıb ki, təqdim olunan dəyişikliklər sosial məqsədlərin reallaşdırılmasını və cəmiyyətin sağlamlığının qorunmasını hədəfləyir.

Müzakirələrdə çıxış edənlər öz fikirlərini və qeydlərini bildiriblər.

Yekunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parlamentdə ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib  

12:34
03 Mart

Qazaxıstan vətəndaşlarının İrandan təxliyəsi üçün bir neçə marşrutdan istifadə edilir  

12:33
03 Mart

DSX: Fevral ayında dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanılıb

12:32
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edib YENİLƏNİB 

12:32
03 Mart

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib  

12:29
03 Mart

Ombudsmanın müraciətləri əsasında ötən il 21 məhkum əfv edilib

12:27
03 Mart

Hərbçilərin uşaqlarına ödənilən müavinətlərin yaşayış minimumuna uyğunlaşdırılması təklif olunur 

12:21
03 Mart

Səbinə Əliyeva: Rəqəmsal dövrdə informasiya hüquqları gücləndirilməlidir

12:20
03 Mart

Ombudsman: Ötən il 9 mindən çox şəxs qəbul edilib 

12:19
03 Mart

Astara sərhədində diplomatların təxliyəsi davam edir

12:18
03 Mart

Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib 

11:51
03 Mart

Ukraynalı hərbi ekspert: Rusiya ordusu kütləvi hücuma hazırlaşır

11:43
03 Mart

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

11:23
03 Mart

Avropada qazın qiyməti 25 faiz artıb

11:18
03 Mart

Milli Məclis 8 məsələnin müzakirəsinə başlayıb  

11:15
03 Mart

Səbinə Əliyeva: 2025-ci ildə Ombudsman Aparatına 42 mindən çox müraciət daxil olub  

11:12
03 Mart

Ötən gün 59 cinayətin açılması təmin edilib

10:35
03 Mart

Dünya birjalarında neft bahalaşıb

10:24
03 Mart

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!