28 Yanvar 2025 19:00
349
İQTİSADİYYAT
A- A+
Naxçıvanda ötən il verilmiş ipoteka kreditlərinin dinamikası artıb

Naxçıvanda ötən il verilmiş ipoteka kreditlərinin dinamikası artıb

Keçən il muxtar respublikada 71 nəfərə ipoteka krediti verilib. 2023-cü ildə bu rəqəm 46, 2022-ci ildə isə 36 nəfər olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Naxçıvan İpoteka Fondu” ASC-dən məlumata verilib.

Bildirilib ki, maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə görə son 5 ildə ən çox kredit 2024-cü ildə verilib. Belə ki, 12 ay ərzində sakinlər 5 milyon 267 min 792 manat ipoteka kreditindən yararlanıblar. Ümumiyyətlə, geridə qoyulan illərə nəzər yetirdikdə bu, ən yüksək göstəricidir. 2023-cü illə müqayisədə bu rəqəm 2 dəfə çoxdur. Həmin il 46 nəfərə ipoteka fondu tərəfindən, sadəcə, 2 milyon 575 min 32 manat verilmişdi.

Eyni zamanda, maliyyələşdirilmiş güzəştli və adi ipoteka kreditlərinin illər üzrə həcmində də xeyli artım müşahidə olunur. 2024-cü ildə verilən ipoteka kreditlərinin 3 milyon 402 min 713 manatı güzəştli, 1 milyon 865 min 79 manatı isə adi kredit kimi verilib. Ötən il verilən kreditlərdən 70-i Naxçıvan şəhərinin, 1-i isə Şahbuz rayonunun payına düşür. 2023-cü ildə isə verilən ipoteka kreditinin 46-sı təkcə Naxçıvan şəhərini əhatə etmişdi. Digər maraqlı məqam, verilən kreditlərdə qadınların sayının artmasıdır. 2023-cü ildə 5 qadın ipoteka kreditindən yaralanmışdısa, 2024-cü ildə bu rəqəm artıq 16 olub.

İpoteka krediti götürənlərin yaş həddinə gəlincə, 2024-cü ildə daha çox istifadə edənlər 30-35 yaşlı sakinlər olub – 29 nəfər. Yaşı 35-i haqlamış 25 nəfər, yaşı 18-29 aralığı olan 17 nəfər də ötən il ipoteka kreditindən yararlanıb.

2022-2023-cü illərlə müqayisədə 2024-cü ildə ilk dəfə olaraq tibb sahəsində çalışan işçilərə ipoteka krediti verilib. Həmçinin ötən il 3 şəhid ailəsi də bu kreditdən yararlanıb. Ümumiyyətlə, geridə qoyduğumuz ildə 18 hərbi qulluqçuya, 19 dövlət qulluğunun xüsusi növündə çalışan şəxsə və 12 təhsil işçisinə ipoteka krediti verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!