02 Iyul 2024 08:50
1194
Oxucu məktubları
A- A+

Kəndimiz şəhərdən geri qalmır

 

Salyanın qədim və abad kəndlərindən olan bizim Şorsulu kəndi Ələt-Astara magistral şose yolunun kənarında yerləşir. Mənbəyini Kür çayından götürən Akkuşa çayı kəndimizin ortasından keçir. 
Bu iki həyat faktoru kəndimizin iqtisadiyyatını dirçəltmiş, onun mədəni həyatına çox böyük təsir etmişdir. Müstəqillik dövründən etibarən bu dirçəliş daha da irəliləmişdir. İndi kəndimizdə 3 məktəb, 2 tibb məntəqəsi, poçt, idman klubu, pambıq qəbulu məntəqəsi, 2 şadlıq sarayı, 10-dan çox kommersiya şəbəkəsi, restoran, 3 qapı-pəncərə, 3 avtomobil təmiri sexi və s. fəaliyyət göstərir. 
Kəndimizdə hər bir evə internet xətti çəkilmişdir. İşıq, təbii qaz sarıdan heç bir problemimiz yoxdur. Müasir üslubda tikilən fərdi yaşayış evləri kəndimizin hüsnünə yeni gözəllik qatır. 
Ələt-Astara avtomobil yolu (indi ona el arasında "köhnə yol" deyilir) 2022-ci ilin sonlarında yenidən qurulmağa başladı. Əraziyə texnikalar gətirildi, yolçəkənlər yorulmaq bilmədən çalışdılar. Körpülər salındı, suötürücü qurğular tikildi. Yolun torpaq qatı qazılaraq dərinləşdirildi. Oraya iri-iri çay daşları düzüldü. Sonra torpaq, çınqıl işləri həyata keçirildi. Üstündən asfalt qatı çəkildi. Artıq yol istifadəyə verilmək ərəfəsindədir, son tamamlama işləri görülür. 
Kənd əhalisini sevindirən digər bir səbəb isə kəndarası yolların  abadlaşdırılması, hər bir məhəlləyə asfalt yolun çəkilməsidir. İndi  yağış nə qədər yağırsa yağsın, kəndin istənilən məhəlləsinə rahat gedib-gəlmək mümkündür. 
Bütün bunlara görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq. 

Rəis ABDULLAYEV,
Salyan rayonunun Şorsulu kənd sakini 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video