07 Yanvar 2025 08:20
209
SİYASƏT
A- A+
Ermənistanın üç faşist prezidenti

Ermənistanın üç faşist prezidenti


Sarkisyan və Köçəryanın ardınca Petrosyanın da qatil olduğu üzə çıxdı


İllərdir Ermənistanın əlləri azərbaycanlıların qanına bulaşmış qatil prezidentləri deyəndə, adətən, Robert Köçəryan-Serj Sarkisyan cütlüyünün murdar adlarını ikrahla çəkirdik. Milli kimliyimizə susayan bu canilər xalqımızın başına gətirdikləri soyqırımlarını, qətliamları hay həyasızlığı ilə dilə gətirərək vəhşi əməllərini hətta beynəlxalq ictimaiyyət qarşısında etiraf etməkdən belə çəkinməmişdilər. 

Açığı, erməni qatil prezidentlərin bu siyahısında Qarabağda baş verən ən qəddar hadisələrin törədildiyi, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyi dönəmdə prezidentlik etmiş Levon Ter-Petrosyanın adının olmaması böyük şübhə doğururdu və qətiyyən inandırıcı deyildi ki, bütün bu qanlı proseslərdə qondarma dövlətin birinci prezidenti iştirak etməsin. 

Bu günlərdə Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" könüllülər birliyinin toplantısında çıxışının yayılan videoyazısı isə şübhələnməkdə haqlı olduğumuzu bir daha təsdiq etdi. 

Prezident qismində etdiyi bu çıxışında Petrosyan da Köçəryan və Sarkisyan kimi ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən, bir sözlə, xidmət etdiyi faşizm ideologiyasından bəhs edərək, bu murdar əməllərini utanmadan dilə gətirir. 


Ermənistanı necə monoetnik dövlətə çevirdilər?!


Görün özünü dünyaya məzlum xalq kimi sırıyaraq onun-bunun ianəsi hesabına dolanan "biçarə" ermənilərin prezidentləri milli düşmənçilik zəminində azərbaycanlılara qarşı törətdikləri barbar əməlləri necə etiraf ediblər. 

Qondarma Ermənistan dövlətinin birinci prezidenti Levon Ter-Petrosyan 1993-cü il iyulun 23-də - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin qarşısında qürrə ilə deyir:  "Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək". 

Petrosyan faşizm xislətlərini bu fikirləri ilə açıq şəkildə ortaya qoyaraq, düz 6 əsrdir ki, ermənilərin Qarabağ, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni min illərdir bu ərazilərdə var olan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərinin "şad" xəbərini çatdırır. O, prezident olaraq özünün də irqçi, Azərbaycan xalqına qarşı nifrət bəsləyən, işğalçılıq siyasətini dəstəkləyən biri olduğunu gizlətmir. 

Adi şəxsin dilindən yox, Ter-Petrosyanın qismində prezident tərəfindən səsləndirilən bu etiraflar həmçinin qondarma dövlət olan Ermənistanın yarandığı gündən işğalçılıq ideologiyasına xidmət etdiyindən xəbər verir.  

Erməni faşistin çıxışı həm də Ermənistanın bu gün nə üçün monoetnik dövlətə çevrilməsinin səbəblərinə aydınlıq gətirir. Eyni zamanda bu, dünyada multikultural, tolerant ölkə kimi nümunə olan Azərbaycanı vaxtaşırı etnik təmizləmədə günahlandıran Qərbdəki erməni havadarlarına veriləcək fakta əsaslanan cavabdır. 


Petrosyanın maskası cırıldı


Əsasən, azərbaycanlıların etnik təmizlənməsinə köklənmiş həmin çıxışını Petrosyan belə davam etdirir: "Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi, 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın (Göyçə gölü) sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib".

Təkcə 1988-ci ildə Ermənistan ərazisindən 300 min azərbaycanlının qovulması  danılmaz faktdır. Açıqca görünür ki, Petrosyan bilərəkdən bu rəqəmi olduğundan dəfələrlə az göstərib, necə deyərlər, hiyləgər hay nə olar, nə olmaz deyə, gələcəyə də əlyeri saxlayıb. Ancaq bu günə qədər yaxşı maskalanmağı bacaran məkrli Petrosyan erməni murdarlığına xas qürrəyə elə qapılıb ki, sözün həqiqi mənasında, tülkülüyünü bir anlıq unudaraq azərbaycanlıların çoxluq təşkil etdikləri əraziləri adbaad saymaqdan da özünü saxlaya bilməyib. Vaxt gələcək bu çıxışının xalqımıza qarşı iyrənc planlar quran başına ip kimi dolanacağını hesaba almayıb. 

Petrosyanın özünün də etiraf etdiyi kimi, düz 6 əsrdir ki, xalqımıza məxsus torpaqlara yiyələnmək üçün  azərbaycanlılara qarşı çirkin plan quran erməni "ideoloq"larının davamçıları 1988-ci ildən etibarən bu murdar ideyalarını açıq müstəviyə daşıdılar. Elə Levon Ter-Petrosyanın da başçılığı altında Ermənistandakı azərbaycanlılar sonuncu nəfərinə kimi yurdlarından didərgin salındılar. Xarici havadarlarının köməyilə Ermənistan yenicə müstəqillik qazanmış,  ordusu belə formalaşmamış Azərbaycana qarşı işğalçılıq siyasətinə başladı. Qarabağ və onun ətrafındakı ərazilər ard-arda işğal edildi, 800 min azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Əhalimizə divan tutuldu, soyqırımları həyata keçirildi... 


Qərbi azərbaycanlıları tarixi torpaqlarına qovuşduracaq faktlar


Diqqət edin, məşhur britaniyalı jurnalist, "Qara bağ" kitabının müəllifi Tomas de Vaalın 2000-ci ildə sabiq Ermənistan prezidenti Serj Sarkisyandan aldığı müsahibədə isə qondarma dövlətinin adıçəkilən prezidenti qandondurucu əməllərinə görə öyünür: "Xocalı hadisələrinədək azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq".

Bununla da bitmir, qondarma dövlətin daha bir prezidenti Robert Köçəryan 2004-cü ildə AŞPA-dakı çıxışı ilə özünü ifşa etmişdi. 

Həmin zaman istər çıxışında, istərsə də suallara cavabında Köçəryan daxili hisslərini büruzə verməklə özünü ifşa etmiş və hərbi əməliyyatlarda iştirakı ilə fəxr etdiyini demişdi. Bu isə Köçəryanın da müharibə canisi olduğunu və əllərinin yüzlərlə azərbaycanlının qanına batdığının təsdiqi idi. 

Vaxtilə qondarma dövlətin prezidentləri olmuş Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Köçəryan tərəfindən səsləndirilən və bəzi nümunələrini verdiyimiz bu tükürpərdici etiraflardan da görünür ki, erməni faşistləri hər zaman düşünüblər ki, azərbaycanlılara qarşı bu cür vəhşiliklər törədərək onların gözlərini qorxudacaq, tarixi torpaqlarımızın ermənilər tərəfindən zəbtinə göz yumduracaqlar. Lakin artıq haqq öz yerini tapıb. Murdar düşmən Qarabağımızdan birdəfəlik gedib. Erməni hərbi qatillərin bir çoxu tutularaq Azərbaycan qanunları ilə mühakimə edilirlər. Elə Azərbaycan xalqına düşmən kəsilən Sarkisyanın, Köçəryanın, 30 ildən sonra olsa da üzə çıxan Petrosyanın qanlı etirafları da beynəlxalq məhkəmələrdə onların əleyhinə işləyəcək əsaslı əleyh-dəlillərdir.  

Həm də elə məhz bu təkzibedilməz faktlar əsasında qərbi azərbaycanlılar da tarixi torpaqlarına qayıdacaqlar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

Gəncədə Milad bayramı qeyd olunub

09:05
08 Yanvar

Mədəniyyətimizin hamisi

09:00
08 Yanvar

Dünya etiraf edir

08:55
08 Yanvar

Daha güvənli

08:50
08 Yanvar

Faşizm üzərində bərqərar olmuş erməni "dünyagörüşü"

08:45
08 Yanvar

Paşinyan daha bir generalı həbsə göndərdi

08:40
08 Yanvar

Makron yeni ilə Azərbaycana qarşı təxribatla başladı

08:35
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!