08 Yanvar 2025 08:55
229
İQTİSADİYYAT
A- A+
Dünya etiraf edir

Dünya etiraf edir


Beynəlxalq ticarət yüklərinin Azərbaycan üzərindən daşınması sərfəli və etibarlıdır


Yerləşdiyimiz coğrafi ərazi Azərbaycana dünyada mühüm tranzit ölkəsinə çevrilmək imkanı verib. Bu imkan hesabına Azərbaycan Şərqdən Qərbə, Şimaldan Cənuba gedən mühüm ticarət marşrutlarında açar ölkədir və o üzdən ölkəmiz dünyanın diqqət mərkəzindədir. Qərb və Şərq bloklarının Azərbaycan uğrunda  apardıqları geosiyasi rəqabət də bununla bağlıdır.

Yerləşdiyimiz coğrafi məkan bizə bir sıra üstünlük qazandırsa da, ancaq unutmayaq ki, ölkəmiz bu fürsətdən vaxtında düzgün istifadə etməsəydi, indi Azərbaycan həmin rəqabətin qurbanı ola bilərdi. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasət sayəsində bu istiqamətdə vaxtında nəhəng işlər görülmüşdür. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi və yeni xətlərin çəkilməsi Azərbaycanın təşəbbüsü idi. Bu layihənin maliyyələşməsinə ölkəmizin əleyhinə işləyən beynəlxalq qüvvələr imkan vermirdilər. Belə olan halda Prezident İlham Əliyev layihənin icrası üçün dövlət büdcəsindən vəsait ayırmaq barədə qərar qəbul etdi. Üstəlik, Gürcüstana belə bir imkanı olmadığı üçün simvolik faizlə kredit ayrıldı. Beləliklə, bizə qarşı qurulan məkrli plan aradan qalxdı.

Bundan sonra Orta dəhlizin fəaliyyətə başlaması üçün imkan yarandı. Ancaq bu işi daha da genişləndirmək və maraqlı tərəfləri bir araya gətirmək üçün çox iş görülməli idi. Prezident İlham Əliyev Qazaxıstan və Çinlə uğurlu danışıqlar apararaq Orta dəhlizi dünya üçün əhəmiyyətli ticarət  marşrutuna çevirə bildi. Sonradan bu layihəyə Özbəkistan,  Tacikistan və Türkmənistan da qoşuldu. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticələri idi.

Yeri gəlmişkən onu da xatırladaq ki, torpaqlarımız Ermənistanın işğalı altında olanda Azərbaycan bu beynəlxalq layihəyə işğalçı ölkənin qoşulmasına imkan vermədi. Ermənilərin havadarları isə bu səbəbdən bütün imkanlarından istifadə edərək layihənin maliyyələşməsinin qarşısını almaq istədilər. Məqsədləri beynəlxalq aləmdə Azərbaycanın siyasi və iqtisadi çəkisinin artmasına mane olmaq idi. Ancaq Prezident İlham Əliyevin qətiyyəti sayəsində dünyanın 100 ən iri layihəsindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti çəkildi və artıq 7 ildir ki, istismar olunur. Onu da vurğulayaq ki, bu layihənin icrası "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizinin istismarında mühüm rol oynayır. 

BTQ-də görülən terxniki modernləşdirmə işləri, o cümlədən vahid tarif barədə razılığa gəlinməsi, sənədləşmə və prosedurların sadələşdirilməsi yükdaşımaların həcminin artmasına imkan yaradıb və ötən 4 ildə  bu yolla yükdaşımaların həcmi 5 dəfə artıb. Bu marşrutun bir üstün cəhəti də yüklərin tez və təhlükəsiz mənzil başına çatdırılmasıdır. Müasir dünya ticarətində bu iki amil xüsusi əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələri olan Qazaxıstana, Türkmənistana, Özbəkistana, Qırğızıstana, Tacikistana, həmçinin Əfqanıstana yüklərini Avropa bazarına və  əks istiqamətə daşımaq üçün geniş imkanlar açır. Üstəlik, həmin ölkələr yük göndərərkən zaman itkisini 2 dəfə azaltmaq imkanı qazanıblar. Söz düşmüşkən qeyd edək ki, Orta dəhlizdə  Azərbaycanla yanaşı, ən fəal ölkə Qazaxıstandır. Dost ölkə 2030-cu ilə qədər Orta dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaq niyyətindədir.

Elə burada bildirək ki, Orta dəhlizin fəaliyyəti türk dövlətləri arasında iqtisadi əlaqələrin artmasına geniş imkanlar yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə hazırladığı "Türk iqtisadi icmalı"nda qeyd edilir ki, ötən il təşkilata daxil olan ölkələr arasında ticarət dövriyyəsi 45 milyard dollardan çox olub. Bu fakt onu göstərir ki, Orta dəhlizin fəaliyyəti türk dövlətləri arasında ticarət həcminin artmasına və iqtisadi əlaqələrin güclənməsinə töhfə verməyə başlayıb. Gələcəkdə bu rəqəmin daha yüksək olacağı şübhəsizdir.

Orta dəhliz qədər "Şimal-Cənub" nəqliyyat marşrutu da dünya ticarətində önəmli rol oynayacaq. Hələlik bu marşrut nəzərdə tutulan səviyyədə işləmir. Səbəbi İran ərazisindən Fars körfəzinə qədər uzanan dəmir yolu xəttinin çəkilməməsidir. İran tərəfi maliyyə çatışmazlığı üzündən öz ərazisində beynəlxalq standartlara cavab verən dəmir yolu xətti çəkə bilmir. Buna görə Rusiya maliyyələşməni üzərinə götürüb. İki ölkə arasında 2023-cü ilin may ayında bağlanan müqaviləyə görə, Rusiya və İran 162 kilometrlik Rəşt-Astara dəmir yolunun çəkilməsi barədə razılığa gəliblər. Həmin müqavilə ilə dəmir yolunun tikintisinin 2027-2028-ci illərdə başa çatdırılması nəzərdə tutulub.

Bu dəhlizdə də Azərbaycan açar ölkədir. Ona görə də ölkəmiz üzərinə düşən işləri tez və keyfiyyətli görməkdə qərarlıdır. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti  Asiya İnkişaf Bankı ilə 131,5 milyon dollarlıq müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 160,5 milyon dollardır. Onun 29 milyon dolları ölkəmiz tərəfindən yatırılacaq. Layihə çərçivəsində "Şimal-Cənub" marşrutunun Sumqayıt-Yalama hissəsindəki 166 kilometrlik yol yenidən qurulacaq. Bütün işlər yekunlaşandan sonra mütəxəssislərin hesablamalarına görə, 2030-cu ilə qədər bu dəhliz üzərindən yükdaşımalar 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaqdır. Həmin dövrdə dəhlizin illik gəlirinin 20 milyard dollara çatması gözlənilir. Azərbaycan tərəfi isə bundan ildə 3 milyard dollara qədər vəsait əldə edəcəkdir. Gəlirlərlə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki  siyasi çəkisi də artacaq. Bunlarsa "Şimal-Cənub" nəqliyyat marşrutunun ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!