08 Yanvar 2025 08:40
140
SİYASƏT
A- A+
Paşinyan daha bir generalı həbsə göndərdi

Paşinyan daha bir generalı həbsə göndərdi


Ermənistan silahlı qüvvələrində böyük problemlər qeydə alınmaqdadır


Hazırda məğlub Ermənistan böyük problemlərlə üzləşməkdədir. Bunun bir səbəbi də son dövrlərdə dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox dağıdıcı təsir göstərməsidir. 

Ekspertlərin  fikrincə, indiki vəziyyət tamamilə iflasa uğrayan Ermənistan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən Hayastanda ümumi daxili məhsulun (ÜDM) artımı bu durumda mümkün olmayacaq. Əksinə, sözügedən sahədə tənəzzül olması və böyük geriləmənin yaşanması tamamilə gözləniləndir. 

Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dolların və digər xarici valyutaların qiyməti  bundan sonra da artacaq. Elə bu səbəbdən ölkədə zəruri ərzaq mallarının qiyməti getdikcə qalxır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları çox azdır. Xaricdən, xüsusən də Rusiyadan köçürülən pulların miqdarının azalması isə daha böyük iqtisadi problemlərə yol açır.

Bütün bunların nəticəsidir ki, ölkədə  ictimai gərginlik azalmır. Hökumətə qarşı keçirilən etirzlara dəstək verənlərin sayının artması isə iqtidar üçün təhlükə yaradır. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyyət istefaya çağırılır. Ümidini üzənlər isə çıxış yolunu ölkəni tərk etməkdə görürlər.

Hadisələrin bu səpkidə inkişaf etdiyi bir vaxtda keçmiş hərbi xunta təmsilçilərinin həbs dalğası davam etməkdədir. Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müavini İkinci Qarabağ savaşında səhlənkarlıqda suçlanaraq həbs olunub. Yerli medianın yazdığına görə, Tiran Xaçatryan 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı 44 günlük savaş zamanı xidməti vəzifələrini yerinə yetirməyib. İttihamlara görə, Xaçatryanın gərəkli müdafiə xətləri təşkil etməməsi Azərbaycan qoşunlarına strateji uğurlar qazandırıb.

`Xaçatryan ittihamları rədd edib, onun vəkilləri isə generala qarşı ittihamları "əsassız" adlandıraraq apellyasiya məhkəməsinə üz tutacaqlarını bildiriblər. Onların iddialarına görə, keçmiş yüksəkrütbəli hərbçidən siyasi baxışlarına görə qisas almaq istəyirlər.

Rəsmi İrəvanın hərbi uğursuzluqlarından sonra ordu sahəsindəki həbsləri baş nazir Nikol Paşinyanla hərbi dairələr arasında münasibətləri gərginləşdirib və Paşinyana ölkədaxili basqıları artırıb. Xaçatryan 2020-ci ildə Azərbaycanla müharibədən sonra "Ermənistanın Milli Qəhrəmanı" adına layiq görülsə də, daha sonra onunla hakimiyyət arasında gərginlik yaranıb.

2021-ci ilin fevralında Paşinyan Xaçatryanı silahlı qüvvələrin baş qərargah rəisinin müavini vəzifəsindən azad edib. Bir gün sonra Xaçatryan da aralarında olmaqla 40-dan çox yüksəkrütbəli hərbçi baş nazirin və onun hökumətinin istefasını tələb edib. Bu addımı qınayan Paşinyan onu dövlət çevrilişi cəhdinin bir elementi kimi qiymətləndirib. 2024-cü ilin yanvarında restoranların birində mübahisə zamanı tüfənglə atəş açdığı üçün Xaçatryan iki ay müddətinə həbs edilib. Prokuror generalı masasının yanında duran şəxsi yaralamaqda günahlandırıb, Xaçatryan isə özünü qorumaq üçün havaya atəş açdığını deyib.

Bütün bunlarla yanaşı, Ermənistanda silahlı qüvvələrdə böyük problemlər qeydə alınmaqdadır. Müharibədən sonra məğlub ölkənin ordusu istər döyüş qabiliyyəti, istərsə də təminat baxımından çox ciddi çətinliklər yaşayır. Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı da sürətlə pisləşməkdə davam edir. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması yenə adi hal alıb. 

Ordudan yayınanların sayının artması bu xüsusda qaldırılan cinayət işlərinin də sayını çoxaldır. Artıq bu vəziyyət hökuməti də ciddi narahat edir. Qeyd olunur ki, hazırda 27-35 yaş arası 5000-dən çox vətəndaş orduda xidmətdən yayındıqlarına görə axtarışdadır. Hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!