08 Yanvar 2025 10:39
163
SİYASƏT
A- A+
“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir


Bu gün Azərbaycan müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan üçün yeni bir inkişaf mərhələsinin başlaması istiqamətində önəmli addımdır.

1991-ci ildə yaranmış tarixi şərait, Sovet İttifaqının dağılması, xalqımızın müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. Lakin həmin illərdə Ermənistanın təcavüzü və ölkənin o dövrdəki səriştəsiz rəhbərliyinin yarıtmaz fəaliyyəti kövrək müstəqillik üçün ciddi çətinliklər yaratmışdır. Torpaqlarımızın işğalı, dərin siyasi-iqtisadi və hərbi böhran Azərbaycanı ağır vəziyyətə salmışdı. Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə etmişdir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində tezliklə bu çətinliklərə son qoyuldu, ölkədə siyasi sabitlik və demokratik inkişafın bərqərar olması təmin edildi.  Dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər müdrik və uzaqgörən siyasəti ilə milli dövlətçilik ideyasının reallaşmasına, müasir, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə nail oldu. Dövlət və cəmiyyət həyatının demək olar ki, bütün sahələrini əhatə edən hərtərəfli və genişmiqyaslı islahatlar həyata keçirildi. Bu islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının, ilk növbədə isə ölkənin yeni Konstitusiyasının hazırlanaraq qəbul edilməsi qarşıda duran ən vacib məsələlərdən biri idi.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi-siyasi sisteminin əsaslarını müəyyənləşdirərək dövlət suverenliyini və müstəqilliyi hüquqi baxımdan möhkəmləndirdi. Bu sənəd, eyni zamanda, demokratik institutların, vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi baza yaratmış və ölkənin beynəlxalq hüquq sisteminə inteqrasiyasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən düşünülmüş strategiya həm siyasi sabitlik, həm də hüquqi islahatların uğurla həyata keçirilməsinə imkan yaratdı.

Dövrün tələblərinə uyğun olaraq həyata keçirilən hüquqi təkmilləşdirmə prosesi ölkəmizin inikişafına və müasir çağırışlara cavab vermək məqsədini daşımışdır. Əsas Qanuna dəyişikliklərlə bağlı 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar hüquqi dövlətin və insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət etmişdir.

Dövlətçilik tariximizin ən mühüm və taleyüklü məsələsi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsi oldu. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edildi.

Ölkəmizin suverenliyinin tam bərpasından sonra həyata keçirilən xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində nufuzunu, dost ölkələrin sayını artırıb. Azərbaycanın regional təhlükəsizlik məsələlərində rolu, beynəlxalq əlaqələrdə strateji mövqeyi daha da güclənib.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və prinsipial xarici siyasət dövlətimizin beynəlxalq siyasətdəki təsir gücünün artmasını təmin edib.

Prezident İlham Əliyev 31 dekabr 2024-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın son 21 il ərzində inamla, uğurla, ləyaqətlə inkişaf etdiyini qeyd etdi.  Dövlət başçısı ölkənin qarşısına çıxan çətinlikləri, müharibələri və beynəlxalq təzyiqləri qeyd edərək, bunların heç birinin Azərbaycanın yolundan döndərmədiyini vurğuladı. Bu fikirlər Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.

“Konstitusiya və Suverenlik İli” dövlətimiz üçün yalnız keçmişin təhlili deyil, eyni zamanda, parlaq gələcəyin qurulmasına yönəlik strateji bir addımdır. Bu il çərçivəsində həyata keçiriləcək siyasət ölkəmizin dayanıqlı inkişafını möhkəmləndirəcək. Əminliklə bildirmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dövrdə də Azərbaycanın demokratik və hüquqi dövlət quruluşu daha da möhkəmləndiriləcək və ölkəmiz beynəlxalq aləmdə nüfuzu və rolu artacaqdır.


Mahir Süleymanlı,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!