07 Yanvar 2025 08:05
192
SİYASƏT
A- A+
Dərin böhrandan tam iflasa doğru...

Dərin böhrandan tam iflasa doğru...


Ermənistan 2025-ci ilə dərinləşən tənəzzül, səfalət və miqrasiya problemi ilə başlayıb


Ermənistanda əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu vəziyyəti daha da ağırlaşdırır. Proqnozlar göstərir ki, əhalinin maddi rifah halının pisləşməsi, daxili və xarici siyasətdə qeydə alınan uğursuzluqlar bu il ərzində də davam edəcək. Çünki problemlərin çözümü üçün Ermənistan hakimiyyətinin konkret siyasəti və proqramı yoxdur.

İqtisadi tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçurumun kənarına gətirib. Ona görə də cari ili Ermənistan dövləti və xalqı dərin iqtisadi böhranla qarşılayıb.

Sülh müqaviləsinin imzalanmayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Ermənistanda mövcud sosial-iqtisadi problemlər həmişə olduğu kimi 2024-cü ildə də ön plana çıxıb. İndi cəmiyyət hakimiyyətdən üzləşdikləri sosial çətinliklərin həllini tələb edir. Amma bunun üçün lazımi resurslar olmadığından ölkəni aksiyalar, tətillər bürüyür. 

İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb. Bu o deməkdir ki, dövlət 2025-ci il vətəndaşların əməkhaqqı və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.

Son illər Ermənistan hökuməti o qədər borc götürüb ki, indi bu, fəlakətli həddə çatıb. İstər borcun kəskin artması, istərsə də qiymətlərin xeyli yüksəlməsi nəticəsində borclara xidmət çətinləşib. Ermənistan hakimiyyətinin "səyləri" ucbatından ölkə dəhşətli maliyyə yükü altına düşüb. Məlumata görə, hər il Ermənistanın dövlət büdcəsindən borclara xidmət üçün yüz milyardlarla dram ayrılır.

Bildirilib ki, 2025-ci ildə dövlət borcunun ödənilməsi və borclara xidmət üçün 1117,1 milyard dram tələb olunacaq ki, bunun da 723,0 milyard dramı borc ödənişləri, 394,1 milyard dramı isə faiz ödənişləri olacaq. 

Son 6 ildə Ermənistan hökuməti o qədər borc götürüb ki, ölkəni ağır maliyyə yükü altına salıb. Bu müddət ərzində Ermənistan hökumətinin borcu təxminən iki dəfə artıb. Borc üzrə faiz dərəcəsi əvvəlki 4-4,5 faizdən 7,3 faiz təşkil edib. Cari ildə təkcə Ermənistan hökumətinin borcunun faizlərini ödəmək üçün 394 milyard dram lazımdır ki, bu da ötən illə müqayisədə 49 milyard çoxdur.

Müqayisə üçün qeyd edək ki,  Ermənistanın 2018-ci ilin dövlət büdcəsində borclara xidmət üçün cəmi 140 milyard dram ayrılıb. Cari il isə 394 milyard dram ayrılacaq. Paşinyanın hakimiyyətinin 6 ilində təkcə borcun faizlərinin ödənilməsi 2,8 dəfə artaraq 140 milyard dramdan 394 milyard drama çatıb.

Vaxtilə borclara qarşı olan, Ermənistanı borc altında qoymaqda keçmiş hakimiyyət nümayəndələrini günahlandıran Nikol Paşinyan 6 ildə o qədər borc götürüb ki, onun xidmətini böyük ölçülərə çatdırıb. Bu il Ermənistanda borc faizlərinin ödənilməsi ÜDM-in 3,6 faizini təşkil edəcək. Bu, büdcənin gözlənilən gəlirlərinin 13,7 faizini alacaq.

Müqayisə üçün deyək ki, Ermənistanın 2018-ci il dövlət büdcəsində dövlət xəzinə istiqrazlarına xidmət üçün 62 milyard dram tələb olunurdu. Bu xətt üzrə xidmətlər 6 ildə 4 dəfə artıb. Bunlar borc strategiyasının dəyişdirilməsi, daxili borcun nisbi çəkisinin kəskin şəkildə artması, bahalı xəzinə istiqrazlarının buraxılması və külli miqdarda pulun cəlb edilməsi nəticəsində yaranıb.

Məlumatlara görə, bu il xarici borc faizlərini ödəmək üçün 108 milyard dramdan çox pul tələb olunacaq. Halbuki 2018-ci ilin büdcəsində xarici borcun ödənilməsi üçün nəzərdə tutulan məbləğ cəmi 47 milyard dram olub ki, bu da indikindən azı iki dəfə azdır. Amma borc xidməti yalnız faizlə məhdudlaşmır. Borcları ödəmək üçün daha böyük məbləğlər lazımdır.

Ermənistanın 2025-ci il dövlət büdcəsi layihəsinə əsasən, borcun ödənilməsi üçün 723 milyard dram tələb olunacaq: 408,5 milyard dram dövlət xəzinə istiqrazları, 132,3 milyard dram xarici valyutada dövlət istiqrazları, 182,1 milyard dram isə xarici kreditlərin ödənilməsi üçün nəzərdə tutulub. Bu məbləğlər çox vaxt yeni borclar cəlb etmək vasitəsilə ödənilir.

Ermənistan hökumətinin proqnozlarına görə, bu ilin sonuna qədər dövlət borcu 13 milyard 972 milyon dollara çatacaq. Yenidən 1,3 milyard dollar artacaq, icazə verilən həddi keçərək ÜDM-in 53,3 faizinə yaxınlaşacaq. Ermənistan hökumətinin büdcə layihəsinə əsaslanan proqnozlarına əsasən, borcun orta çəkili faiz dərəcəsi 7,5 faiz təşkil edəcək.

Vəziyyətdən yeganə çıxış yolunu Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutmaqda görür.  Ümumiyyətlə, ötən il ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunub. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. 

Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb. Məsələnin bu tərəfinə nəzər salan etnoqraflar bildirirlər ki, ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısını ala bilməyib. Vurğulanıb ki, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axınının qarşısını almaq qətiyyən mümkün olmayacaq.

Ermənistan Audit Palatasının sədri Nairi Sarkisyan məlumat verib ki, ölkə əhalisi növbəti 10 il ərzində 800 min nəfər azalaraq 2.2 milyona düşə bilər. Bu templər davam edərsə, növbəti 25 il ərzində ölkədə erməni qalmayacaq. Bildirilib ki, əsas səbəblər arasında aşağı doğum əmsalı, miqrasiya və işsizlikdir. Keçən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb.  Ölkədə 1 milyon 150 min insan sosial qayğıya ehtiyac duyur. Onlardan 204 min nəfəri işsizdir, daha 960 min nəfəri isə əmək prosesində iştirak etmir (təqaüdçülər, uşaqlar, əlillər). Siyahıyaalmanın ilkin məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 928 914 nəfərdir, lakin yerində olan əhalinin sayı 2 638 917 nəfərdir. Vurğulayaq ki, BMT 2050-ci ilə qədər Ermənistan əhalisinin 300 min nəfər azalacağını proqnozlaşdırır.

O da qeyd olunur ki, əhalinin azalmasının əsl səbəbi Ermənistanda baş verən özbaşınalıq, rüşvətxorluq və korrupsiya, iqtisadiyyatın ölü vəziyyətdə olması və düzgün xarici siyasətin aparılmamasıdır. Bundan başqa, ekspertlər ona da diqqət yönəldirlər ki, görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. Ermənistan əhalisi bu ağır durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Ölkədə qalanlar üçün isə iş yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

Gəncədə Milad bayramı qeyd olunub

09:05
08 Yanvar

Mədəniyyətimizin hamisi

09:00
08 Yanvar

Dünya etiraf edir

08:55
08 Yanvar

Daha güvənli

08:50
08 Yanvar

Faşizm üzərində bərqərar olmuş erməni "dünyagörüşü"

08:45
08 Yanvar

Paşinyan daha bir generalı həbsə göndərdi

08:40
08 Yanvar

Makron yeni ilə Azərbaycana qarşı təxribatla başladı

08:35
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!