28 Yanvar 2025 17:56
283
SİYASƏT
A- A+
Bələdiyyə seçkiləri ilə əlaqədar mətbuat konfransı təşkil olunub

Bələdiyyə seçkiləri ilə əlaqədar mətbuat konfransı təşkil olunub

Yanvarın 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, media subyektlərinin nümayəndələri tərəfindən operativ və geniş şəkildə işıqlandırılan mətbuat konfransında bələdiyyə seçkilərinə son hazırlıq işləri barədə yekun statistik göstəricilər təqdim olunub və məlumatlar verilib.

Tədbirdə çıxış edən Məzahir Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi MSK bələdiyyə seçkilərinin təyin edildiyi ilk gündən prosesi Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun təşkil etməyə çalışıb. O, MSK-nın atdığı bütün addımların şəffaf şəkildə həyata keçirildiyini, bu işdə media nümayəndələrinin də prosesləri müşahidə etdiyini diqqətə çatdırıb.

Seçicilərin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün bütün lazımi şəraitin yaradıldığını deyən MSK-nın sədri qeyd edib ki, seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də məcburi köçkün vətəndaşlarımız var.

Sədr deyib ki, seçkilər ümumilikdə 5846 məntəqəni əhatə edəcək. Bunlardan 5734-ü daimi, 112-si müvəqqəti əsaslarla yaradılan məntəqələrdir.

“Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkilərlə əlaqədar bütün seçici siyahıları dəqiqləşdirilib və məntəqələrdən asılıb. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Sevindiricidir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaranmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”, - deyə Məzahir Pənahov vurğulayıb.

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin 31 faizinin qadınlar olduğunu deyən sədr əlavə edib ki, namizədlərin 82 faizi ali təhsillidir.

O bildirib ki, 685 bələdiyyəyə seçkilər üzrə çap olunmuş bülletenlərə adı daxil edilən 16 min 92 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. Ümumilikdə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub. Seçkilərdə 23 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb ki, bu da Azərbaycanda bələdiyyə seçkilərinə marağın artmasının göstəricisidir.

Diqqətə çatdırılıb ki, bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 70 min 625 nəfərdir.

MSK sədri vurğulayıb ki, seçkilər Seçki Məcəlləsinin tələbinə tam uyğun olmalıdır. O, Mərkəzi Seçki Komissiyasının seçkilərlə əlaqədar müxtəlif maarifləndirmə tədbirləri, təlimlər keçirdiyini də diqqətə çatdırıb.

Qeyd edilib ki, seçki günü səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SOCAR Qazaxıstandan hasil edilən xam neftin tranzitinə başlayır  

10:33
30 Yanvar

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

10:28
30 Yanvar

Bu gün Azərbaycanda gömrük əməkdaşları peşə bayramını qeyd edir  

10:23
30 Yanvar

Azərbaycan nefti bahalaşıb  

10:18
30 Yanvar

Şalva Papuaşvili: Ədalətli münasibət olmasa, Gürcüstan AŞPA-da iştirak etməyəcək  

10:13
30 Yanvar

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır  

10:08
30 Yanvar

Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb  

10:01
30 Yanvar

Özbəkistan XİN rəhbəri: Daşkənd Bakı və Ankara ilə strateji əlaqələrin daha da möhkəmləndirilməsinin tərəfdarıdır  

09:56
30 Yanvar

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb  

09:51
30 Yanvar

Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin mətni açıqlanıb  

09:46
30 Yanvar

MSK-nın sədri: Seçkilərin nəticələri olaraq 413 bələdiyyə tam formalaşıb

09:41
30 Yanvar

Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya heç bir müraciət daxil olmayıb  

09:36
30 Yanvar

Gürcüstan parlament nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb  

09:31
30 Yanvar

Tofiq Bəhramovun xatirəsi yad olunub

09:25
30 Yanvar

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

09:20
30 Yanvar

"Kaşaqan" neftinin də Avropaya yolu tezliklə BTC-dən keçəcək

09:15
30 Yanvar

AİŞ-in missiyası həm də dayanıqlı infrastruktur yaratmaqdır

09:10
30 Yanvar

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır

09:05
30 Yanvar

Son 20 ildə Azərbaycanın nəqliyyat infrastrukturu kökündən dəyişib

09:00
30 Yanvar

Veb-kameralar şəffaflığı təmin edir

08:55
30 Yanvar

"Bələdiyyə qapısı mənim üçün bir ümid yeridir"

08:50
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!