"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca dünyanın böyük və güclü dövlətləri ölkəmizlə siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərirlər. Avropa İttifaqına daxil olan bir çox dövlətlə Azərbaycan arasında sıx münasibətlər mövcuddur".
Bu fikirləri "Azərbaycan" qəzetinə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, Qərbi Avropa dövlətləri arasında da ölkəmizlə siyasi, iqtisadi əlaqələr qurmaq istəyən ölkələrin sayı artmaqdadır. Almaniya Federativ Respublikası bu ölkələrdəndir. Almaniya ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri mövcuddur. Hələ 1867-ci ildə Almaniya Azərbaycanda mis yataqlarının istehsal edilməsində, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsində böyük rol oynayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən olub. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycanla Almaniya arasında 2020-2024-cü illərdə ticarət dövriyyəsinin ən aşağı həddi bir milyard ABŞ dolları üzərində olub. "Bütün bunlara baxmayaraq, Almaniyanın Azərbaycana qarşı siyasi baxışlarında fərqlilik sezilib. Burada, əlbəttə ki, Fransa amili mühüm rol oynayıb. Almaniya ilə Fransa arasında qarşılıqlı sıx əlaqələr buna öz təsirini göstərib. Ancaq qeyd etmək lazımdır ki, Almaniya Avropa İttifaqının iqtisadi güc mənbəyi hesab olunur", - deyə o əlavə edib.
Ekspert qeyd edib ki, Azərbaycan müasir dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü dövlət olduğu üçün Almaniya ölkəmizlə sıx əlaqələr qurmağa təşəbbüs göstərib: "Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi, siyasi əlaqələri yeni mərhələyə yüksəldəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Prezidenti Ştaynmayer mətbuata bəyanatla çıxış etdilər. Görüşdə əsas məsələ kimi Azərbaycanla Ermənistan arasında münasibətlər, eləcə də Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi əlaqələrin gücləndirilməsi müzakirə olundu. Dövlətimizin başçısı çıxışında həm Almaniya, həm də Avropa ictimaiyyətinin marağına səbəb olan bir sıra mesajlar verdi. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin bu ilin yanvar-fevral aylarında təxminən 3 dəfə artması gələcəkdə iqtisadi əlaqələrin daha da yüksələcəyindən xəbər verir. Azərbaycanın Almaniyaya xam neft ixrac etməsinin və istehsal edilən "yaşıl enerji"nin də gələcəkdə Almaniyaya ixracını nəzərə alsaq, demək olar ki, ölkəmiz Almaniyanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının təşəbbüskarının məhz Azərbaycan olduğunu Almaniya Prezidentinin nəzərinə çatdırdı. Ermənistan isə dünyaya özünü sülh tərəfdarı kimi nümayiş etdirsə də, bu prosesi uzatmaq niyyəti güdür".
K.Əliyeva vurğulayıb ki, əgər Ermənistan sülh istəyirsə, ilk növbədə ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanın təklifini qəbul etməli və öz konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddiası maddəsini çıxarmalıdır. Ölkəmiz BMT-nin qətnamələrinə uyğun olaraq öz torpaqlarını hərbi və siyasi yolla azad etdi ki, bu həm də beynəlxalq hüququn bərpası idi. İndi Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmayıb.
Ekspert düşünür ki, Ştaynmayerin çıxışında hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını və Almaniya dövlətinin Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiyini vurğulaması ölkəmizə qarşı olan bir sıra dövlətlərə də mesaj idi. Almaniya başa düşür ki, Azərbaycan dünya üçün çox önəmli bir ölkədir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradılan nəqliyyat, logistika infrastrukturu istər Avropa, istərsə də Asiya dövlətlərinin iqtisadi inkişafına böyük töhfələr verəcək.
Kafedra müdirinin fikrincə, Almaniya da Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: "Zəngəzur dəhlizinin açılması Almaniyanın Asiya dövlətləri ilə iqtisadi, ticari əlaqələrinə böyük töhfələr verə bilər. Bu da son dövrlər zəifləyən Almaniya iqtisadiyyatının güclənməsinə imkan yaradar. Bu görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın iqtisadi və siyasi güc mərkəzləri Azərbaycanla hesablaşır və bu siyasəti dəstəkləyirlər".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNƏCƏK
DSX: PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir
Zelenski Trampı Ukraynaya dəvət edib
Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar
Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək
Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim
Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil
Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!